Gəncə
Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş,hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub.
Parkın ərazisində yaşıllıq salınıb, dekorativ gül kolları əkilib,2 fəvvarəquraşdırılıb. Parkda sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin,Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə dəbir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.
|