“Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalı­­şan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm…”

HEYDƏR ƏLİYEV,

 Ümummilli lider


2013-cü ildə Azərbaycan Milli Kitabxanasının yaradılmasının 90 ili tamam olur. Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir...

İLHAM ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Ulu öndərimiz elm və mədəniyyətə yüksək qiymət verən prezident Heydər Əliyev 4 dəfə Milli Kitabxanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitab kitabxanaya hədiyyə etrmişdir. 2005-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

ƏBÜLFƏS QARAYEV,

Azərbaycan Respublikasının

 Mədəniyyət və Turizm naziri


Türk dilinin inkişafının güclənməsinə, ortaq türk dilinin formalaşmasına nail olmaq, bir-birimizin təcrübəsindən faydalanmaq ystəyirik, kitab mübadiləsi edək və bir-birimizi tanıyaq.

TÜNCEL ACAR,

 Türkiyə Milli Kitabxanasının sabiq başqanı 


Milli Kitabxanada milli irs toplanır və qorunur.

ANATOLİ BROVKİN,

Ukrayna Milli Kitabxanası

 baş direktorunun müavini


Oxucu kitabxananın əsl dostu, kitabxana isə oxucunun çox sevdiyi müqəddəs bir yerdir. Qabaqcıl, mütərəqqi simaların yaratdığı xariqələri özündə toplayan, hər zaman onu oxucuya təqdim edən kitabxanadan da xeyirli nə ola bilər.

Kitab özü də həyat üçün, hər sahədə mədəniyyət və yüksəliş üçün əsasdır. Kitabsız və kitabxanasız heç bir mədəni yüksəlişdən danışmaq olmaz. Buna görə də bütün işlərinizin içində kitab və kitabxana mərkəzi yer tutmalıdır.

Kitab və kitabxana ən nurlu bir işıqdır. Kitab şüur üçün, ağıl və dimaq üçün, gündəlik təsərrüfat işləri üçün də əsl işıqdır. Kitab gecə də, gündüz də işıqdır...

SÜLEYMAN RƏHİMOV,

Xalq yazıçısı,

kitabxananın fəxri oxucusu


1342-ci il Murad ayının 7-də İran gənclər evinin nümayəndə heyəti ilə imkan tapıb iftixarla M.F.Axundov adına böyük və cəzbedici kitabxananı gəzdim. Mən tərəddüd etmədən deyə bilərəm ki, belə bir elmi mərkəzi kitabxana cocializm ölkəsinin varlığı ilə yaradılmışdır.

Mən bu kitabxananı görməklə Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin belə tərəqqi etməsinə çox sevinir və onu ürəkdən təbrik edirəm.

EYRAC GÜLSURXİ,

İran Gənclər evinin katibi


Я очень горжусь, что Библиотечный Совет присудил мне звание Почетного члена Азербайджанской Государственной библиотеки им. М.Ф.Ахундова. и это избрание было обсуждено и поддержано коллективом библиотеки и читателями.

Я навсегда сохраню хорошие воспоминания о днях, проведенных в Вашей библиотеке, где я встретил сердечную помощь и прекрасное азербайджанское гостеприимство. Пожалуйста, передайте мою искреннию благодарность и наилучшие пожелания коллективу библиотеки, возможно, некоторые еще помнят меня.

Кроме того, мне доставило огромную радость сообщение о том, что Ваша библиотека организовала выставку для ознакомления с моей работой, посвященной истории Азербайджана. Возможна ли получить фотографию и небольшое описание этой выставки для моих работ? Для меня всегда ценно получить какие-либо издания и документы, относительно истории Азербайджана, включая Южную часть Вашей страны, которые я использую для моего исследования. Я надеюсь, что Ваше сердечная помощь будет способствовать продвижению моей работы по истории Азербайджана и позволит мне лучше представить проблемы и стремления азербайджанского народа американскими читателями.

Пусть Вам всем сопуствует большой успех в Вашей жизни, кавказского долголетия.

ТАДЕУШ СВИТИЧОВСКИ,

Профессор Колледжа Монмаут (США),первый зарубежный

почетный читатель

библиоеки им. М.Ф.Ахундова


Mən bu gün Moskvadan uçub Azərbaycan respublikasının paytaxtına gəlmişəm, sizin kitabxananızı görmək xoşbəxtliyi mənə nəsib olmuşdur. Kitabxana mədəni nailiyyətlərin rəmzidir. Qədim Yunanıstan və qədim Roma zəngin kitabxanalara malik idilər. Azərbaycan respublikası öz əhalisinin az olmasına baxmayaraq, belə gözəl, zəngin kitabxanaya malikdir; ilk baxışdan görmək olur ki, azərbaycanlılar mədəniyyətə çox böyük hörmət göstərirlər. Mən bir elm xadimi kimi, əziz yoldaşlar, Sizə, Sizin mədəni nailiyyətlərinizə hörmət göstərməyə bilmərəm. Sizə qəlbən daha böyük müvəffəqiyyətlər və milli mədəniyyətinizin çiçəklənməsini arzu edirəm.

MATSMURA,

yaponiyalı professor.


Kitabxananın rəmzi rənginə boyanan bu mavi kitabda mənə çox xoşdur deyim ki, bu elm sarayına hakim kəsilən ruh qəlbimi sevinclə doldurdu. Kitabxananın direktorunu və işçilərini xalqın rifahı üçün çəkdikləri böyük əmək münasibəti ilə təbrik etmək istəyirəm və Azərbaycan mədəniyyətinin daha da çiçəklənməsini arzu edirəm.

Çili jurnalisti nə qədər uzaq bir ölkədən olsa da ruhən sizin tərəfinizdədir.

MABUEL MAYO BODELON,

Çili jurnalisti


Azərbaycan respublikasının milli kitabxanası ilə tanış olmaq mənə bu xalqın elmi və ədəbi inkişafına yaxından bələd olmaq imkanı verdi.

Azərbaycan xalqı bu elmi mərkəzi təsis etməklə, eyni zamanda birlik və həmrəylik nəticəsində xurafatın kökünü kəsib, həyata əsil həyat gözü ilə baxa bilmişdir. Bu elmi mərkəzin elm sevən işçilərinin öz işlərində ustad və geniş məlumata malik olmaları kitab sevənlərin qəlbidə belə bir ümid yaradır ki, onlar Şərq ilə Qərb kitab həvəskarları arasındakı çətinlikləri aradan qaldırmağa kömək edəcəklər.

DOKTOR HÜSEYN XƏDİV CƏM,

İran Elmi-Tədqiqat İnstitutunun

professoru


Kitabxana – xalqın fikir xəzinəsi, mənəvi dünyasıdır. Bu mənada M.F.Axundov adına kitabxanamızla hər kəs fəxr edə bilər. Bu nəhəng binada bütün xalqların yetirdiyi dühalar, ürəklər, şüşə dolablar içərisində yan-yana dayanıb üzümüzə gülümsünür.

Mənim gəncliyim bu kitabxananın divarları arasında keçmiş, qazandığım bütün biliklərə görə mən ona, onun mədəni, işgüzar əməkdaşlarına borcluyam.

BƏXTİYAR VAHABZADƏ,

Azərbaycanın Xalq şairi


Etiraf etməliyəm ki, mədəni və bilik səviyyəmin yüksəlməsində və bir sənətkar kimi yetişməyimdə M.F.Axundov adına Azərbaycan Respublika kitabxana­sının böyük xidmətləri olmuşdur.

Mən artıq 30 ildir ki, bu kitabxananın oxucusuyam.

Kitabxananın qayğıkeş və bacarıqlı əməkdaşları mənim sorğu və suallarıma həmişə diqqətlə yanaşmış və məni lazımi ədəbiyyatla təmin etmişlər.

Kitabxananın 50 illik yubileyi münasibətilə mən bütün həmkarlarım adından onun əməkdaşlarına öz minnətdarlığımı bildirir və onlara uzun ömür, cansağlığı, yeni-yeni əmək nailiyyətləri arzulayıram.

MİKAYIL ABDULLAYEV,

SSRİ Xalq rəssamı, professor


 M.F.Axundov adına Azərbaycan Respublika kitabxanası eyni zamanda mənim dəqiq məsləhətçim, mənə məlum olmayan mənbələrə yol açan bələdçimdir.

Kitabxanamızın zənginliyindən doğan iftixar, əksəriyyəti universitet yetişdirməsi - o cümlədən mənim əziz tələbələrim olan kitabxana əməkdaşlarının qayğıkeşliyinə minnətdarlıq hissi lndi də məni tərk etməmişdir. 

PƏNAH XƏLİLOV,

Bakı Dövlər Universitetinin professoru


1922-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı Bakı şəhərində Dövlət kitabxanası təşkil etməyi mənə tapşırda. Bu məqsədlə hazırlıq işlərinə başladıq. Malıgin küçəsindəki 6 nömrəli evdən müxtəlif elm sahələrinə dair on minə yaxın kitabı Üzeyir Hacıbəyov küçəsindəki 9 nömrəli evə - Azərbaycan Ali İqtisadiyyat Şurasının keçmiş dörd otaqlı mənzilinə daşıdıq. Bu kitabları onluq təsnifat sistemi ilə üç otaqda kitab rəflərinə düzdük. Daxili hazırlıq işləri qurtarandan sonra 1923-cü ildə Azərbaycan Dövlət kitabxanası rəsmi surətdə açıldı.

Qısa müddətdə kitabxanamız ləyaqətli bir elmi müəssisəyə çevrildi. Dövlət müəssisələri işçiləri, alimlər, müəllimlər, tələbələr və başqa vətəndaşlar onun xidmətindən geniş surətdə istifadə edirdilər.

Xalq Maarif Komissarlığının və onun siyasi maarif şöbəsinin daimi qayğısı sayəsində, kitabxana əməkdaşlarının fədakar əməyi nəticəsində bu elm ocağının öz fəaliyyətini durmadan genişləndirdiyini iftixar hissi ilə xatırlayıram.

MÜSEYİB SƏLİMOV,

Milli Kitabxananın ilk direktoru 


Mən 30 ildən artıqdır ki, bu böyük elm xəzinəsindən istifadə edirəm. Əvvəllər kitabxana darısqal binada yerləşirdi, ancaq buna baxmayaraq onun sayca çox olmayan kollektivi oxuculara çox böyük fədakarlıqla xidmət edirdi.

Mən bütün oxucu həmkarlarıma, xüsusilə gənclərə müraciət edərək deyirəm ki, onlar yaşından, vəzifəsindən asılı olmayaraq kitabxananın bütün kollektivinə, hər bir əməkdaşına həmişə dərin hörmət bəsləsin, kitabxana əməkdaşlarının çox şərəfli və nəcib işlərinə yüksək qiymət versinlər, kitabxananın hər bir guşəsinin həmişə təmiz olmasına, oxucular tərəfindən intizama ciddi və danışıqsız surətdə əməl edilməsinə nəzarət etsinlər.

Kitabxana bizimdir, xalqındır. Biz onun bütün sərvətini, fondunu göz bəbəyi kimi qorumalı və həm də zənginləşdirməliyik.

Ç.TAHİROV,

Azərbaycan Dövlət Neft Sənayesi Elmi-

Tədqiqat və Layihə İnstitutunun doktorantı


M.F.Axundov adına Respublika kitabxanası bizim üçün həqiqi mənada ikinci məktəb, elm ocağı, bilik xəzinəsi olmuşdur. 1931-ci ildən üzvü olduğum bu kitabxanadan hələ də ayrıla bilməmişəm.

Bizi bu elm ocağına bağlayan səbəblərdən biri də axtardığımız bütün suallara cavab tapmaqda mühüm rol oynayan bu kitabxananın xeyirxah kollektivinin xoş rəftarı, qayğıkeşliyi və yüksək səviyyədə xidmətidir. Kitabxananın işçiləri bizi lazım olan materiallarla təmin etdikləri kimi, başa düşmədiklərimizi də izah edir, bizə mütakiə barədə faydalı məsləhətlər verirlər. Biz onlardan həmişə bacı-qardaş, ata-ana məhəbbəti duyuruq.

Xüsusilə, burada dissertasiya işimi yazarkən biblioqrafların, humanitar elmlər zalı işçilərinin, xarici ədəbiyyat şöbəsi əməkdaşlarının və həmin şöbənin müdiri Hüseyn müəllimin qayğıkeş xidmətini böyük minnətdarlıqla qeyd etmək istəyirəm.

Biz oxuculara göstərdiyimiz hərtərəfli xidmət üçün çox sağ olun! Biz həmişə Sizə minnətdar olaraq qalacağıq.

R.QURBAN,

Filologiya elmlər namizədi,


<< Geri