KİTAB FONDLARININ MÜHAFİZƏSİ ŞÖBƏSİ


Şöbə müdiri: İsmayılova Xuraman İsbi qızı
Tel.:
(994 12) 493 92 18
E-mail: kitab_fond@anl.az
Şöbə haqqında ümumi məlumat

Respublikamızda uzun illərdən bəri formalaşmaqda olan kitabxana fondları içərisində Milli Kitabxananın universal məzmunlu kitab fondu xüsusi yer tutur.

Respublikanın baş kitabxanasında əsas fondun təşkili və onun inkişafı 87 illik tarixə malikdir. 1923-cü ildə rəsmi açılışı olmuş kitabxananın fəaliyyətini təmin etmək məqsədilə fondun təşkilinə ciddi fikir verilmiş, əsas diqqət ayrı-ayrı şəxslərdən kitabların satın alınmasına yönəldilmiş və əsasən milli çap məhsullarının toplanmasına səy göstərilmişdir. Bir faktı göstərmək kifayətdir ki, 1922-ci ildə Baş İqtisad Şurası Dövlət kitabxanasına milli dildə kitab almaq üçün 10 000 manat qızıl pul verilməsini lazım bilmişdir.

Kitabxananın açılışı zamanı onun fondunda 20 441 nüsxə çap məhsulu toplanmış və bunun 900 nüsxəsi milli dildə olmuşdur. Bu zaman fond 3 şöbədə sistemləşdirilmişdir:

Şərq şöbəsi

Avropa şöbəsi

Rus şöbəsi

Kitabsaxlayıcıda bütün bilik sahələri üzrə kitablar, jurnallar, ardı davam edən nəşrlər, qəzetlər (Azərbaycan və rus dilində) toplanır. Əsas diqqət fondun formalaşdırılmasına, ondan istifadə olunmasına və mühafizəsinə verilir. Fondun tərkibində erməni və gürcü dilində də ədəbiyyat saxlanılır.

Fondda ədəbiyyat sistemli, format və  əlifba-xronoloji qaydada düzülmüşdür.

Strukturu

  • Azərbaycan ədəbiyyatı bölməsi

  • Format üzrə qruplaşdırılmış ədəbiyyat bölməsi

  • Jurnal və digər ardı davam edən nəşrlər bölməsi

  • Jurnal və digər ardı davam edən nəşrlər bölməsi

  • Elektron informasiya daşıyıcıları bölməsi

  • Sistemli  ədəbiyyat bölməsi

  • Qəzet fondu bölməsi

  • Nadir kitablar bölməsi

  • Böyük formatlı ədəbiyyat və xəritələr bölməsi.

Vəzifələri

  • Əsas kitab fondundan kitabxananın bütün oxu zallarının oxucularının, KAA şöbəsinin abonentlərinin və kitabxananın əməkdaşlarının istifadəsini təmin edərək çoxsaylı ədəbiyyat fondunu mühafizə etmək.  

Fəaliyyət istiqamətləri

  • Kitabsaxlayıcıda ədəbiyyat verilişi oxucuların və abonentlərin sifarişi əsasında həyata keçirilir. Kitabsaxlayıcınun fondu kitabxananın bütün kataloqlar sistemində öz əksini tapır;

  • Nadir kitablar bölməsi 1962-ci ildən fəaliyyət göstərir. Əsas vəzifəsi elmi əsərləri, nəşr tarixi baxımından qiymətli hesab edilən nəşrləri, miniatür kitabları və poliqrafik cəhətdən nəfis şəkildə tərtib edilmiş ədəbiyyatı toplamaq, mühafizə etmək və elmi ictimaiyyətin istifadəsinə çatdırmaqdan ibarətdir. Nadir kitablar  bölməsindən  il ərzində 1000-ə  yaxın oxucu istifadə edir. Ədəbiyyat verilişi isə təxminən 2500-ə yaxındır. Fondda 16 dildə 7000-ə yaxın çap məhsulu qorunub saxlanılır;

  • Qəzet fondunda əsasən 1920-ci ildən sonra çap olunmuş Azərbaycan və rus dillərində qəzetlər saxlanılır. Fondun tərkibində Azərbaycan qəzeti arxivi yaradılıb. 


<< Geri