AZƏRBAYCAN ƏDƏBİYYATININ ARXİVİ ŞÖBƏSİ


E-mail: arxiv@anl.az
Şöbə müdiri: Əliyeva Almaz Xəlil qızı
Tel.: (994 12) 493 94 21

Şöbə haqqında ümumi məlumat

Azərbaycan ədəbiyyatının arxivi şöbəsi 1947-ci ildən fəaliyyət göstərir. Şöbədə 1831-ci ildən bu günə qədər nəşr olunan bütün elm sahələri üzrə kitablardan bir nüsxə təxminən 91 min; 1875-1928-ci illərdə nəşr edilmiş 43 adda qəzet; 1906-cı ildən bu günə qədər 475 adda jurnal; həmçinin 2006-cı ildən Azərbaycanda rus dilində nəşr olunun jurnalların bir nüsxəsi; 716 nüsxə elmi əsərlər; 857 ədəd mikrofilm kitab; 852 ədəd mikrofilm jurnal və qəzet qorunub saxlanılır. 2004-cü ildən Azərbaycan Kitab Palatasından Azərbaycanda nəşr olunan rus dilində ədəbiyyat da şöbəyə verilmişdir. Şöbədəki ədəbiyyat daşbasma, əski əlifba, köhnə latın, kiril, təzə latın qrafikasındadır.

Həmin kitabların içində məzmun və tarixilik baxımından bir sıra qiymətli, xüsusilə, nadir nüsxələr vardır.

2005-ci ilin əvvəlindən şöbənin fondu elektron kataloqa köçürülür. Həmçinin, 1831-1929-cu il nəşrləri və kitabxanaya bir nüsxə daxil olan ədəbiyyat , eyni zamanda XX əsrin əvvəllərində nəşr olunmuş dövri mətbuat elektron kitabxanaya salınmışdır. Bu iş davam edir.

Vəzifələri

  • Mədəni irsimizi qoruyub saxlamaq, fondu daima zənginləşdirmək və ixtisasından asılı olmayaraq elmi-tədqiqat işi aparan bütün elmi işçilərə xidmət göstərmək.

Fəaliyyət istiqamətləri

  • Nəşr yerindən, dövründən və əlifbasından asılı olmayaraq, Azərbaycan dilində və eyni zamanda Azərbaycana aid rus dilində bütün ədəbiyyatın əslini, surətini, fotosurətini, mikrofilmlərini toplayır və oxucuların istifadəsinə verir. Şobədə oxu zalı fəaliyyət göstərir.

  • Şöbədə ədəbiyyat əlifba, sistemli və xronoloji kataloqlarda öz əksini tapır. Kitablar xronoloji, qəzet və jurnallar əlifba, elmi əsərlər inventar nömrəsi ilə düzülür.


<< Geri