ÇAP MƏHSULLARININ QEYDİYYATI VƏ
MİLLİ BİBLİOQRAFİYA ŞÖBƏSİ
 (KİTAB PALATASI)


Şöbə müdiri: Talıbova Liliya Xəlil qızı
Tel.: (994 12) 498 51 64
E-mail:
kitab_palatasi@anl.az  
Şöbə haqqında ümumi məlumat


Şöbə 1925-ci ildən Azərbaycan Dövlət Kitab Palatasının əsasında fəaliyyətə başlamışdır. Bu illər ərzində “Kitab salnaməsi”, “Mətbuat salnaməsi”, “Birillik Azərbaycan kitabiyyatı” və s. kimi biblioqrafik nəşrləri çap etmişdir. 1987-ci ildən bu nəşrlər məlum səbəblər üzündən dayandırılmışdır.

2003-cü ildən şöbə Milli Kitabxananın nəzdində fəaliyyətə başladı və “Birillik Azərbaycan kitabiyyatı”nın  1990, 1991, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006. 2007, 2008, 2009, 2010-cu illəri əhatə edən nəşrləri çap edildi.

“Yeni kitablar” annotasiyalı biblioqrafik göstərici 2006 və 2007-ci illərin buraxılışları  il ərzində  2 dəfə çapdan çıxırdı. 2008-ci ildən bu günə kimi ildə 4 dəfə - rüblük olaraq çapdan  çıxır. İndiyə kimi  kitabxanaya daxil olan    “Yeni kitablar” annotasiyalı biblioqrafik göstəricisinin 2006, 2007, 2008, 2009, 2010 və 2011-ci ilin I buraxılışı çap olunmuşdur.

1941-1960-cı illəri əhatə edən “Azərbaycan kitabı”nın III cildi hazırlanıb.

 Vəzifələri

  • Respublikada çap olunan kitablar haqqında analitik biblioqrafik məlumatları tez və vaxtında hazırlayıb oxuculara təqdim etmək, kitabxanaya daxil olan kitabların annotasiyalı biblioqrafik göstəricisini operativ hazırlamaq, vəsaitlərin tərtibi ilə yanaşı məlumat, biblioqrafiya işləri və ölkə çap məhsullarının uçotunu aparmaq.

Fəaliyyət istiqamətləri

  • Azərbaycanda Azərbaycan və rus dillərində çap olunan kitabları “Birillik Azərbaycan kitabiyyatı”nda əks etdirmək üçün onların seçimini, təsvirini, sistemləşdirilməsini, redaktə olunmasını həyata keçirir;

  • Kitabxanaya  Azərbaycan, rus və digər xarici dillərdə daxil olan kitablar əsasında “Yeni kitablar” annotasiyalı biblioqrafik göstəricisinin seçimini, təsvirini, sistemləşdirilməsini, redaktə olunmasını həyata keçirir.


<< Geri