KİTABİŞLƏMƏ VƏ KATALOQLAŞDIRMA ŞÖBƏSİ


Şöbə müdiri: Məmmədli Səyyàrə Îruc qızı
Tel: (994 12) 4931806

E-mail: kitabisleme@anl.az


Şöbə haqqında ümumi məlumat:

Milli Kitabxananın Kitabişləmə və êataloqlaşdırma şöbəsi 1923-ci ildə yaradılmışdır. Şöbə yarandığı gündən 1947-ci ilə qədər komplektləşdirmə, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi məsələləri ilə kompleks şəkildə məşğul olmuşdur. 1941-ci ildən isə Kitabişləmə şöbəsinin əsasında 2 yeni şöbə - Komplektləşdirmə,  Kitabişləmə və êataloqlar şöbəsi təşkil edilmişdir.

1950-ci ildən Kitabişləmə və êataloqlaşdırma şöbəsi sistemli oxucu kataloqunu təşkil etməyə başlamışdır.

1957-58-ci illərdə ədəbiyyatın qrup halında işlənməsi bölməsi Kitabişləmə və êataloqlaşdırma şöbəsinin tərkibində yaradılmışdır.

1980-cı ildə şöbə tərkibində ədəbiyyatın qrup halında işlənməsi bölməsi qalmaqla Elmi sistemləşdirmə və Kitabişləmə kimi 2 şöbəyə ayrılmışr.

Strukturu

  • Təêràr və məcburi nüsõələrin işlənməsi bölməsi;

  • Bàş əlifbà êàòàlîqu bölməsi.

Vəzifələri

  • Azərbaycan və rus dilində olan çap məhsullarını kataloqlaşdırmaq, biblioqrafik təsvirin (BT) tərtibi, əlifba kataloqlarının təşkili və müntəzəm olaraq şöbənin kataloq sisteminin elmi və texniki redaktəsini həyata keçirmək, 2004-cü ildən başlayaraq «Azərbaycan ədəbiyyàòûnûn àrõiâi» şöbəsinə Azərbaycanda nəşr olunan rus dilində olan milli ədəbiyyatı işləyib təhvil vermək.

Təkrar və məcburi nüsxələrin işlənməsi bölməsində təsvir olunmuş ədəbiyyata çıxarılan kartoçkalar redaktə olunaraq düzülmək üçün aşağıdakı kataloqlara təhvil verilir:

  • Azərbaycan ədəbiyyatı arxivi şöbəsi kataloquna (ədəbiyyatla birgə);

  • Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi kataloquna (ədəbiyyatla birgə);

  • Nadir ədəbiyyat fondu kataloquna (ədəbiyyatla birgə);

  • Ədəbiyyatın elmi sistemləşdirilməsi şöbəsinin sistemli düzülüş kataloquna;

  • Azərbaycan və rus dillərində olan avtoreferatın baş əlifba kataloquna;

  • Azərbaycan və rus dillərində olan müxtəlif növ ədəbiyyatın baş əlifba kataloquna;

  • Elektron resursları kataloquna (Azərbaycan dilində olan CD ROM, DVD və s.).  

Fəaliyyət istiqamətləri

Baş əlifba kataloqu daxili xidmət üçün nəzərdə tutulmuşdur. Burada, rus dilində olan bütün kitablardan əlavə ardı davam edən «Trudı»lar, «Uçenıe zapiski», coğrafi xəritə və atlaslar öz əksini tapır. Oxucu baş əlifba kataloqundan daha düzgün və dolğun cavab almaq məqsədilə istifadə edir;

  • Oxucu əlifba kataloqu 1938-ci ildə yaranıb, hazırda burada 50-ci ildən sonra nəşr olunan ədəbiyyat öz əksini tapır;

  • Adına görə bədii ədəbiyyat kartotekasında ədəbiyyat kitabların sərlövhəsinə görə əlifba sırası ilə düzülür;

  • Avtoreferatların əlifba kataloqu  əsasən daxili xidmət kataloqudur və avtoreferatların 1974-cü ilin sonlarında, yəni avtoreferatların müntəzəm daxil olduğu vaxtdan təşkil olunmuşdur. Buna qədər tək-tək hallarda kitabxanaya daxil olan avtoreferatlar da həmin kataloqda öz əksini tapır;

  • Dissertasiya kataloqu 1994-cü ildə  şöbəyə dissertasiyalar daxil olduğu vaxtdan təşkil olunur.

  • Sistemli şifrədən format nömrəsinə keçən ədəbiyyatın yenidən işlənməsi də bu şöbənin baş əlifba kataloqu bölməsində həyata keçirilir.


<< Geri