SORĞU İNFORMASİYA XİDMƏTİ ŞÖBƏSİ


Şöbə müdiri: Əliyeva Zemfira Balakişi qızı.
Tel: (994 12) 493 60 04
E-mail:  sorgu_informasiya@anl.az
Şöbə haqqında ümumi məlumat

Soğu-informasiya xidməti şöbəsi 1927-ci ildən fəaliyyət göstərir. Əvvəlcə “Məlumat bürosu” 1974-cü ildən “ Məlumat-biblioqrafiya”, 2006-cı ildən isə “Sorğu-informasiya xidməti” şöbəsi adlanır. Şöbədə 8 nəfərlik oxu zalı fəaliyyət göstərir.

Soraq və biblioqrafik nəşrlər açıq rəf üsulu ilə düzülüb.


Strukturu

  • Kataloqlarla xidmət bölməsi

  • Informasiya xidməti bölməsi

Vəzifələri

  • Kataloq və kartoteka sistemi ilə biblioqrafik xidmət göstərmək, oxucuları məlumat-biblioqrafiya bilikləri ilə maarifləndirmək.

Fəaliyyətinin əsas istiqamətləri

  • Ali dövlət orqanlarından, yeni yaradılmış müxtəlif qurumlardan, müəssisə və təşkilatlardan,ayrı-ayrı oxucu qruplarından şöbəyə daxil olan yazılı və şifahi arayışların cavablandırılması;

  • Şöbə soraq və biblioqrafik nəşrlər fondunu daxili kataloq və biblioqrafik kartoteka sistemində əks etdirir;

  • Şöbə əməkdaşları tərəfindən biblioqrafik göstəricilər tərtib edilir;

  • Şöbədə “Yeni ədəbiyyat” və “Kitabxana nəşrləri” başlıqlı daimi sərgilər təşkil edilir;

  • Elektron kataloq vasitəsilə biblioqrafik xidmət göstərilir;

  • Ödənilmiş arayışlar fondunun elektron bazası yaradılır;

  • Respublika əhəmiyyətli sərgilərin təşkili və nümayişində iştirak edir.


<< Geri