OXUCULARA XİDMƏT ŞÖBƏSİ


Şöbə müdiri: İsmayılova Ədibə İmoş qızı
Tel: (99412) 493 83 09
E-mail: oxucu_xidmet@anl.az
Şöbə haqqında ümumi məlumat
 

Oxuculara xidmət  şöbəsi 1923-cü ildə kitabxanada Qiraət zalı kimi fəaliyyətə başlamışdır. 1928-ci ildən müstəqil şöbə kimi öz işini davam etdirir.

Oxuculara xidmət şöbəsi kitabxanaya müraciət edən oxuculara xidmətin 80%-ni həyata keçirir. Şöbənin oxu zalları bir ildə 150-160 min oxucu qəbul edə bilir.

2011-ci ildə kitabxanaya  38426  nəfər oxucu üzv olmuşdur, il ərzində 196 079 nəfər oxucuya xidmət edilmişdir.

Oxuculara xidmət şöbəsi oxuculara dövri mətbuat, tələbə gənclərə xidmət, humanitar, dəqiq və texniki elmlər zallarında, elektron resurslardan istifadənin təşkili və lokal şəbəkədən istifadə üçün oxu zalı bölmələrində xidməti həyata keçirir.

Strukturu

  • Məlumat bölməsi

  • İstifadəçilərin uçotu və qeydiyyatı bölməsi

  • Ümumi oxu zalı bölməsi

  • Köməkçi fond bölməsi

  • Elmi zallar bölməsi

  • Dövri mətbuat zalı bölməsi

  • Elektron resurslardan istifadənin təşkili bölməsi

  • Lokal şəbəkədən istifadə üçün oxu zalı bölməsi

 

Vəzifələri

  • Kitabxanaya üzv olan bütün oxuculara tələbə gənclərə xidmət zalında, sahəvi və dövri mətbuat zallarında, elektron resurslardan istifadənin təşkili və lokal şəbəkədən istifadə üçün oxu zalı bölmələrində elmin bütün sahələri üzrə xidmət göstərmək.

 

Fəaliyyət istiqamətləri

  • Oxucuların kitabxanaya  yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir;

  • Yardımçı ədəbiyyat fondlarının komplektləşdirməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir;

  • Zallarda ardıcıl olaraq yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edir.

 

Dövri mətbuat zalı

Dövri mətbuat zalında 67 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4 illik jurnal və 5 illik qəzetlər saxlanılır. 2011-ci ildə Azərbaycan

dilində 190 adda qəzet, 95 adda jurnal, rus dilində 26 adda qəzet, 20 adda jurnal alınmışdır. Dövri mətbuat zalından kimliyindən asılı

 olmayaraq hər cür oxucu qrupları istifadə edir.

 

Tələbə gənclərə xidmət zalı

Tələbə gənclərə xidmət zalı  bir dəfəyə 280 oxucu qəbul edə bilir. Buraya ədəbiyyat əsas etibarilə Kitab fondlarının

 mühafizəsi şöbəsindən alınır. Oxucu qrupları, əsasən  universitet tələbələri, orta təhsilli qulluqçular, fəhlələr, təqaüdçülər və

s.- dən ibarətdir. Ədəbiyyat oxucular üçün 1 gün müddətində saxlanılır.

 

Köməkçi fond

Köməkçi fond bölməsində  9537  nüsxə ədəbiyyat vardır. Bunlardan 4187 nüsxəsi Azərbaycan, 5350  nüsxəsi rus dilindədir. Fondda əlifba və sistemli kataloq təşkil olunmuşdur. Köməkçi fond hər yay mövsümündə yoxlanılır, istifadəsi azalmış kitablar fonda qaytarılır, yeniləri ilə əvəz olunur. Burada ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat növləri vardır. Bu ədəbiyyatlar- fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, hüquq, tibb, texnika və s. sahələri əhatə edir. Burada əsasən, ali məktəb tələbələrinə, gənclərə və digər oxucu qruplarına xidmət edilir.


Elmi zallar

Humanitar elmlər zalı

Humanitar elmlər zalında 36 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4237 nüsxə ədəbiyyat yerləşmişdir. Bunların 2072 nüsxəsi Azərbaycan, 2165 nüsxəsi rus dilindədir. Zalda əlifba və sistemli kataloqlar var. Hər il zalın fondu yeni kitablarla zənginləşdirilir. Bu zal əsasən professorlara, elmlər doktorlarına, elmi işçilərə, ixtisaslı qulluqçulara və s. xidmət edir. Kitabların çoxu tələbnamələr vasitəsi ilə 30 dəqiqə ərzində Kitab fondlarının mühafizəsi şöbəsindən gəlir. Oxucuların vaxt itkisinin qarşısını almaq üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır. Bu zalda ensiklopediyalar və illiklər açıq rəfdə yerləşdirilir.


Dəqiq və texniki elmlər zalı

Dəqiq və texniki elmlər zalında 22 oxucu yeri vardır. Bu zalda da yardımçı ədəbiyyat fondu mövcuddur. Fondda 1869 nüsxə ədəbiyyat toplanmışdır. Bunların 757 nüsxəsi Azərbaycan, 1112 nüsxəsi rus dilindədir. Əlifba və sistemli kataloqları var.  Bu zalda tibb işçilərinə, texnika və dəqiq elmlər üzrə oxuculara xidmət olunur. Kitabların əksəriyyəti tələbnamələr vasitəsi ilə 30 dəqiqə ərzində əsas fonddan alınır. Oxucuların vaxt itkisini aradan qaldırmaq üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır.

 

Elektron resurslardan istifadənin təşkili

Bölmədə oxucu sorğusu əsasında ən çox istifadə olunan kitabların, dövri mətbuatın, dissertasiyaların  elektron versiyaları yaradılır və surəti çıxarılır. Elektron versiyaların yaradılması rəqəmli fotoaparatlar vasitəsilə yerinə yetirilir. İstənilən ədəbiyyatın lazım olan səhifələri rəqəmli fotoaparatlar vasitəsilə çəkilir, işlənir, çap edilərək oxucuya verilir. Sonra həmin ədəbiyyatın tam elektron versiyası yaradılır və kitabxananın lokal kompyuter şəbəkəsinə daxil edilir.

 

Lokal şəbəkədən istifadə üzrə oxu zalı

Lokal şəbəkədən istifadə üzrə oxu zalı bölməsində daha çox oxucunun eyni zamanda kitabxananın lokal şəbəkəsində elektron resurslardan istifadə imkanları artmışdır.  Bölmədə 24 kompyuter vasitəsilə oxuculara xidmət göstərilir və onların  sorğuları  tam şəkildə ödənilir.


<< Geri