NOT NƏŞRLƏRİ VƏ SƏSYAZMALARI ŞÖBƏSİ


Şöbə müdiri: Seyidova Kəmalə Hüseyn qızı
Tel:
(994 12) 493 46 60

E-mail
:
not_musiqi@anl.az


Şöbə haqqında ümumi məlumat

Not nəşrləri və səsyazmaları şöbəsi 1960-cı ilə qədər Xidmət şöbəsinin bölməsi kimi fəaliyyət göstərib. 1961-ci ildə Not-musiqi şöbəsi yaradıldı. Şöbənin fondunda 178546 not nəşrləri toplanmışdır. Kitabxananın kompleks şöbəsidir. 244 000 nüsxə ədəbiyyatı olan ümumi fondunda 176 346 (7236 ədəd milli not,169110 xarici not) not materialları, 30 000 səs yazmaları (qrammofon valları), 2200 qrammafon valları CD-lərə köçürülüb, 2200 Azərbaycan bəstəkarlarının əlyazmalar, 1991 səhnə əsərlərinin əlyazmaları, 10 000 nüsxə musiqi haqqında kitablar mövcuddur. Şöbənin 16 nəfərlik yeri olan not nəşrləri, kitab, qrammafon valları oxu zalı  oxucuların xidmətindədir. Zalda tələbatçının musiqini fərdi və qrup halında dinləməsi üçün xüsusi avadanlıqlar (val səsləndirən cihaz, qulaqcıqlar) oxucuların istifadəsindədir. 1981-ci ildən şöbədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən, Azərbaycan bəstəkarlarının əlyazmalarının fondu bölməsi təşkil edilmişdir. 2000-ci ildən isə pyeslərin (səhnə əsərlərinin) əlyazmaları fondu yaradıldı. Şöbənin fondunda ayrıca fond kimi qorunub saxlanılan milli not materiallarının və səsyazmalarının arxiv fondu respublikanın yeganə qızıl fondudur.

2006-cı ilin mart ayında Yaponiya Səfirliyi tərəfindən fonoteka zalı üçün CD-ləri səsləndirən  11 maqnitafon, kasetlər üçün 4 maqnitafon, qrammafon vallarının köçürülməsi üçün 1 ədəd səsyazma cihazı, 15 dinləyicinin istifadəsi üçün stol və stul və s. verilmişdir.

Kompleks xarakterli şöbə olduğundan Kitab fondlarının formalaşdırılması, Kitabişləmə və kataloqlaşdırma, Kitab fondlarının muhafizəsi və Oxuculara xidmət, Sorgu informasiya xidməti, Azərbaycan ədəbiyyatının arxivi, Kitabxana siyasəti və metodik rəhbərlik, Mədəni-kütləvi işlər və Depozitar ədəbiyyat şöbələrinin  funksiyalarını özündə cəmləşdirir.

Strukturu

  • Fonoteka bölməsi

  • Not əlyazmalarının arxivi bölməsi

  • Not nəşrləri bölməsi

Vəzifələri

  • Əlyazmalar, qrammafon vallarını komplektləşdirmək, uçotunu aparmaq, kataloqunu tərtib etmək, sistemləşdirmək və respublikanın musiqi sahəsinə tələbatı olan oxuculara kompleks şəkildə differensial xidmət göstərmək.

Fəaliyyət istiqamətləri

  • Oxuculara şifahi və yazılı tematik arayışlar verməklə daxildə və şöbədənkənar müəssisə və təşkilatlara, məktəblərə və başqa musiqi ocaqlarına kütləvi tədbirlərin keçirilməsi işində bilavasitə xidmət göstərir;

  • Şöbənin zalında musiqi sahəsi ilə əlaqədar bəstəkarların ildönümləri münasibətilə əlamətdar və tarixi günlərə dair sərgilər təşkil edir, habelə onların həyat və yaradıcılığını əks etdirən məqalələri dövri mətbuatda çap edərək, biblioqrafik tövsiyə vəsaitlərini hazırlayır;

  • Oxucuların musiqiyə dair tələbatını yetərincə ödəmək məqsədilə «Musiqi dünyası» və «Min bir mahnı» jurnallarında gedən materialların iki dildə (Azərbaycan və rus) analitik-biblioqrafik təsvirini edir, bütün məqalələr mövzu kartotekasında öz əksini tapır;

  • Şöbə öz fondunu hər hansı bir musiqi informasiyasına cavab verən xüsusi kataloq sistemində - əlifba, sistemli kataloq və mövzu, mətn kartotekalarında əks etdirir.


<< Geri