KİTABXANALARIN METODİK TƏMİNATI ŞÖBƏSİ


Şöbə müdiri: Abdullayeva Adilə

E-mail: metodik@anl.az

 

Şöbə haqqında ümumi məlumat

1948-ci ildə Respublika Dövlət kitabxanası nəzdində Kitabxanaşünaslıq və tövsiyə biblioqrafiya kabinetinin meydana gəlməsi müstəqil metodik şöbənin yaranması üçün mühüm rol oynadı və 1960-cı ildə Elmi metodik kitabxanaşünasliq şöbəsinin əsası qoyuldu. Həmin vaxtdan şöbə müxtəlif istiqamətlərdə öz funksiyalarını yerinə yetirmişdir.

2011-ci ilin mart ayından etibarən şöbə “Kitabxanaların metodik təminatı” adı ilə fəaliyyət göstərir.

 

Vəzifələri

  • Kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, elektron kitabxanaların yaradılması, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi; əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı üçün şəraitin yaradılmasını təmin etmək məqsədilə respublikada idarə tabeçiliyindən və növündən asılı olmayaraq bütün kitabxanalara metodik mərkəz kimi tövsiyələr verməkdən ibarətdir;

  • Rayon və şəhər kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxanaların və elektron kataloqun yaradılması və onlardan istifadənin təşkili, MKS-lərin saytının yaradılması barədə tövsiyələrin verilməsi və xidmət prosesində İnternetin axtarış sistemlərindən istifadəyə metodik köməklik göstərmək, qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılmasını təmin etmək;

  • Milli Kitabxananın oxuculara təqdim etdiyi yeni xidmət üsullarının yerlərdə təbliği və onlardan iş prosesində istifadənin təşkilini həyata keçirəcək kadrların hazırlanması məqsədilə treninqlərin təşkili;

  • Yeni texniki vasitələrin kitabxana işinə tətbiqi ilə əlaqədar kitabxana işinin aktual problemlərinə, bu və ya digər məsələlərinə dair metodik vəsaitləri, tövsiyələri hazırlayıb nəşr etmək.

Fəaliyyətinin əsas istiqamətləri

  • Milli Kitabxananın müvafiq şöbələrindən, respublikanın MKS-lərindən, Bakı şəhəri ərazisində yerləşən MKS-lərdən və bir sıra şəhər kitabxanalarından müraciət edən işçilərin yazılı və şifahi sorğularını yerinə yetirir və metodik köməklik göstərir;

  • Ezamiyyətlər təşkil edib, yerlərdə kitabxana işçilərinə əyani təcrübi köməklik göstərir;

  • Metodik vəsaitlər və tövsiyələr  hazırlayaraq, nəşr olunmuş vəsaitləri yerlərə çatdırır;

  • Yerlərdə rayonlararası zona-seminar müşavirələri keçirir;

  • Qabaqcıl kitabxanaların iş təcrübəsini öyrənib, digər kitabxanaların işinə tətbiq edilməsinə metodik köməklik göstərir.


<< Geri