KİTABXANAŞÜNASLIQ ELMİ TƏDQİQAT ŞÖBƏSİ


Şöbə müdiri: Əhmədli Sədaqət Əliyətdin qızı

E-mail: elmi_tedqiqat@anl.az

Şöbə haqqında ümumi məlumat:

Elmi-tədqiqat şöbəsi öz fəaliyyətinə 1975-ci ildə başlamışdır. Şöbə 1975-1990-cı illər ərzində kitabxana sahəsinin bir çox məsələlərini araşdırmaq məqsədi ilə “Azərbaycan kəndinin həyatında kitab və mütaliə”, “Kütləvi kitabxanalarda oxucu sorğusu və mütaliə dinamikasi”, “Azərbaycan ədəbiyyatına maraq və ondan istifadə” və s. mövzusularda, 1990-2000-ci illər arası isə əsasən Milli Kitabxana ilə bağlı “M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında müasir dövrdə baş verən yeniliklər və həmkarlarımızın öz peşəsinə münasibəti”, “Azərbaycanın böyük və kiçik kitabxanaları”, “M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının təsis olunmasinin 80 illiyi” adlı tədqiqatlar aparılmışdır. 2006-ci ildə şöbənin adı dəyişdirilmiş “Kitabxanaşünaslıq elmi-tədqiqat” şöbəsi adlandırıldı. Şöbə kitabxana daxilində “Oxucu günü” təşkil edir, müxtəlif tipli məs.,”Biblioqrafların xidməti”, “Kitabxanaçıların rəftarı”, “Sifarişlərin gec gəlməsi” mövzularında sorğular keçirir. Bundan başqa 2011-ci ilin may ayından etibarən Virtual Sorğu xidməti yaradılıb və Milli Kitabxananın saytında “Bizdən soruşun” başlığı altında xidmət fəaliyyət göstərir. Burada virtual oxucuların sualları cavablandırılır.


Vəzifələri

  • Respublikada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq məsələləri üzrə elmi-tədqiqat işini həyata keçirmək.

Fəaliyyət istiqamətləri

  • Kitabxana informasiya sahəsini və oxucu tələbatını araşdırmaq məqsədi ilə sosioloji sorğular təşkil və tətbiq edir;

  • Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq məsələlərinə dair materiallar məcmuəsi “Elmi əsərlər”i hazirlayır və nəşr edir;

  • Tədqiqat işi və iş planı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş  şuraya təhvil verilir, Elmi şuranın təsdiqindən sonra həmin tədqiqat işi təcrübədə həyata keçirilir;

  • Aparılan tədqiqatların nəticələri çap edilir.


<< Geri