ANALİTİK ELEKTRON MƏLUMAT BAZASININ TƏŞKİLİ ŞÖBƏSİ


Şöbə müdiri: Sadıqova Dilşad Şaban qızı

Tel.: (994 12) 493 98 96

E-mail: analitik@anl.az

 

Keçmiş V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanasının nəzdində Mədəniyyət və incəsənət üzrə elmi informasiya mərkəzi yaradıldıqdan sonra elmi-texniki informasiya sisteminə respublika dövlət kitabxanaları da qoşuldu. Bunun əsasında Milli Kitabxanada 1975-ci ildə Mədəniyyət və incəsənət üzrə elmi informasiya şöbəsi fəaliyyətə başladı.

2006-cı ildə şöbənin adı dəyişirilərək Mədəniyyət üzrə informasiya adı  altında fəaliyyət göstərdi.

2009-cu ilin fevral ayından isə Milli Kitabxananın  müstəqil şöbəsi kimi dövrün tələblərinə uyğun – mədəniyyət, incəsənət, iqtisadiyyatın bütün sahələri, səhiyyə və digər sahələrdə soraq-informasiya xidməti ilə məşğul olaraq yeni adla – Analitik Elektron Məlumat Bazasının Təşkili şöbəsi kimi  fəaliyyətini davam etdirir.

 

Şöbədə iki bölmə fəaliyyət göstərir

  •  Analitik Məlumat Bazasının yaradılması bölməsi;

  •  Tammətnli analitik yazıların veb portalda yerləşdirilməsi bölməsi

 

Vəzifələri

Dövri mətbuat səhifələrindən respublikamıza aid ən dəyərli materialları Azərbaycan və rus dillərində kitabxananın “Elektron kataloq”unda əks etdirmək;

Kitabxanaya daxil olan dövri mətbuat səhifələrindən rəhbər işçilərə, aparıcı və elm sahəsində çalışan mütəxəssislərə Azərbaycan mədəniyyəti, incəsənəti və turizmi barədə yeni ədəbiyyat haqqında operativ məlumat vermək.

 

Fəaliyyətinin əsas istiqamətləri

Şöbə qarşısına qoyduğu vəzifəsini dünyanın ən böyük kitabxanalarında tətbiq olunan VTLS – VİRTUA sistemi üzrə həyata keçirir;

Hər ay elektron bazaya ötürdüyü materiallar əsasında “Mədəniyyət incəsənət və turizm haqqında yeni ədəbiyyat” adlı cari biblioqrafik informasiya göstəricisi nəşr etdirir;

Elektron kataloqa ötürülən analtik təsvir olunmuş materialların əksəriyyətini tam mətn olaraq elektron məlumat bazasına yerləşdirilir;

Saytı olmayan dövri mətbuat səhifələrindəki əhəmiyyətli məqalələr skaner olunaraq tam mətn halında elektron bazada yerləşdirilir.


<< Geri