NƏŞRİYYAT İŞLƏRİ ŞÖBƏSİ


Şöbə müdiri: Cəfərova Mehriban Nizami qızı

Tel.: (994 12) 498 71 62
E-mail:  nesriyyat@anl.az


Şöbə haqqında ümumi məlumat

Kitabxana fəaliyyətə başlayandan bəri ixtisasa aid metodik vəsaitlərin, kitabçaların və tarixi günlərə dair müxtəlif məzmunlu materialların, seminar müşavirələri üçün sənədlərin və s. nəşrlərlə məşğul olmuşdur.
Həmin işləri ayrı-ayrı şöbələr müstəqil olaraq, fərdi qaydada həyata keçirirdilər. Bu pərakəndəliyin qarşısını almaq üçün, yeni bir struktur bölmə yaratmağa ehtiyac duyulmuş və 1980-ci ildə kitabxananın Elmi-tədqiqat şöbəsinin nəzdnində yaradılmış bu bölmə 1981-ci ildən sərbəst fəaliyyət göstərən Nəşriyyat şöbəsinə çevrilmişdir.

Vəzifələri

  • Milli Kitabxananın şöbələrinin, respublikanın digər kitabxanalarının nəşr olunmaq üçün təqdim etdiyi bütün materialların redaktə və korrektəsi işini həyata keçirmək

Fəaliyyət istiqamətləri

  • İnformasiya və biblioqrafik göstəricilərin, normativ materialların, tövsiyə ədəbiyyat siyahılarının, buklet və əlfəcinlərin nəşrə hazırlanmasına yardımçı olur;

  • Şöbə nəşr olunan bütün vəsaitləri qəbul edilmiş qayda əsasında dövlət standartlarina uyğun olaraq nəşrə hazırlayır;

  • Şöbənin nəşr etdiyi materiallar içərisində kitabxana işçiləri üçün hazırlanan metodik vəsaitlər xüsusi yer tutur. Kitabxana siyasəti və metodik rəhbərlik, Kitabxanaşünaslıq elmi-tədqiqat, Diyarşünaslıq elmi biblioqrafiya, Sorgu informasiya xidməti, Mədəniyyət üzrə elmi informasiya, Not nəşrləri və səsyazmaları, Kitabişləmə və kataloqlaşdırma  şöbələrinin  hazırladıqları vəsaitlər bu silsilədəndir. Həmin vəsaitlər kitabxana işinin formalaşmasına və oxuculara xidmət işinin yüksəlməsinə ciddi təsir göstərir.


<< Geri