XARİCİ ƏDƏBİYYAT VƏ BEYNƏLXALQ KİTAB MÜBADİLƏSİ ŞÖBƏSİ


Şöbə müdiri: İsmayılova Xəyalə Vasif qızı
Tel: (994 12) 493 18 06

E-mail: anl.fordept@anl.az

Şöbə haqqında ümumi məlumat
1923-cü ildən Komplektləşdirmə şöbəsinin nəzdində bölmə kimi fəaliyət göstərmiş Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsi 1965-ci ildən müstəqil şöbə kimi fəaliyyət göstərir. Kompleks xarakterli şöbədir.

1965-ci ilə qədər şöbənin fondunda 130 012 nüsxə ədəbiyyat olmuşdur. Hazırda şöbənin ingilis, alman, fransız, şərq və  başqa dillər fondunda 300 665-dən artıq  ədəbiyyat var. Burada 40-a yaxın dildə kitab, jurnal toplanmışdır.

Şöbəyə ədəbiyyat müxtəlif mənbələr vasitəsilə: BMT, BKM, UNESKO, müxtəlif nəşriyyatlar, səfirliklər, sərgilər, hədiyyələr və respublika kitab mağazalarından alınan kitablar və b. mənbələrdən  daxil olur. Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsi 1994-cü ildən BMT-nin və ATƏT-in ehtiyat kitabxanası sayılır. Bu təşkilatlardan alınan qiymətli nəşrlər şöbədə araşdırılır, lazım olan kitablar kitabxana qaydası ilə işlənir və çoxsaylı oxucuların istifadəsinə təqdim olunur.

Şöbənin 20 nəfərlik oxu zalında müxtəlif dillər üzrə 3000 nüsxə ədəbiyyat toplanmışdır. Kataloqlar xarici ədəbiyyat şöbəsinin oxu zalında yerləşir.


Strukturu

  • Beynəlxalq kitab mübadiləsi bölməsi

  • Oxu zalı bölməsi

Vəzifələri

  • Azərbaycan müəlliflərinin xarici ölkələrdə çap olunan əsərlərini və Azərbaycanla əlaqədar olaraq nəşr olunmuş ədəbiyyatı toplamaq.

Fəaliyyət istiqamətləri

  • 1965-ci ildən Beynəlxalq kitab mübadiləsi (BKM) ilə məşğul olur.

  • BKM-si aparmaq üçün ölkədaxili kitab mübadiləsi  şöbəsinin nəzdində respublikada çap olunan ədəbiyyatın ehtiyat mübadilə fondunu yaradır;

  • Şöbəyə daxil olan ədəbiyyat kitabxana qaydası ilə işlənir, Azərbaycan xarici mətbuatda kartotekasında əks olunur. Şöbə kitabxanada dil öyrənənlərə lazımi köməklik göstərir.

  • Şöbə ABŞ Konqres kitabxanası və Türkiyə milli kitabxanası ilə biblioqrafik yazı mübadiləsi aparır. 


<< Geri