ÖLKƏDAXİLİ KİTAB MÜBADİLƏSİ ŞÖBƏSİ


Şöbə müdiri:. Sevdimalıyeva Sarıgül Adıgözəl qızı
Tel: (994 12) 493 14 36
E-mail: mubadile@anl.az


Şöbə haqqında ümumi məlumat

Ölkədaxili kitab mübadiləsi bölməsi 1961-ci ildən komplektləşdirmə şöbəsinin tərkibində, 1978-ci ildən etibarən müstəqil şöbə kimi fəaliyyətə başlamışdır.
Mübadilə şöbəsinin əsas məqsədi respublika kitabxanalarının fondlarında saxlanılan çap məhsullarından daha səmərəli istifadə edilməsini təşkil etməkdən ibarətdir. Şöbəyə daxil olan ədəbiyyatların sayı ildən ilə artır. 2006-cı ildə şöbəyə 26 811 nüsxə kitab daxil olmuşdur, 26 604 nüsxə kitab paylanmışdır.

Strukturu

  • Respublika ehtiyat fondu bölməsi

Vəzifələri

  • Kitabxananın öz büdcəsi hesabına alınmış, Mədəniyyət və Turizm Nazirliyi xətti ilə daxil olan və nəşriyyatlar, müəlliflər tərəfindən verilmiş hədiyyə ədəbiyyatın uçotunu aparmaq, rayon və şəhər kitabxanaları arasında ədəbiyyatı bölüb paylamaq;

Fəaliyyət istiqamətləri

  • Şöbəyə alınan kitabları qoşma sənədlə üzləşdirib fondda sahələr üzrə yerləşdirir;

  • MKS-lərin kitabxanalarının sayını nəzərə alaraq, alınmış ədəbiyyatı məqsədəuyğun şəkildə bölür;

  • Şöbə müntəzəm olaraq Kitab fondlarının formalaşdırılması, Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi və Not nəşrləri və səsyazmaları şöbələri üçün yeni alınmış ədəbiyyatı rəflərə paylayır.


<< Geri