ELEKTRON KATALOQUN FORMALAŞDIRILMASINA DƏSTƏK ŞÖBƏSİ


Şöbə müdiri: Əsədova Rəna Qurbanxan qızı
Tel.: (994 12) 498 88 52
E-mail:
e_kataloq@anl.az

Şöbə haqqında ümumi məlumat

M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının nəzdində 2005-ci ildən başlayaraq layihə çərçivəsində milli ədəbiyyatın elektron kataloqunun yaradılması işinə başlanılmışdır. 2006 - cı ilin fevral ayından isə Elektron kataloqun formalaşdırılmasına dəstək şöbəsi müstəqil struktur kimi fəaliyyət göstərir. Şöbə kitabxanaya daxil olan Azərbaycan və rus dillərində olan
cari ədəbiyyatın, Azərbaycan ədəbiyyatının arxivi şöbəsində olan ədəbiyyatın və kitabxananın fondunda olan əədəbiyyatın maşınla oxuma formasında elektron kataloqunun yaradılması işini həyata keçirir.

Vəzifələri

  • Ədəbiyyatın biblioqrafik yazılarının tərtib edilməsi;

  • Biblioqrafik yazılarının redaktəsi;

  • Tərtib olunmuş biblioqrafik yazıların məlumat bazasına daxil edilməsi;

Şöbə üç istiqamətdə ədəbiyyat qəbul edərək bibloiqrafik yazıları tərtib edib, məlumat bazasına daxil edir:

  • Kitabxanaya daxil olan Azərbaycan və rus dillərində olan cari ədəbiyyatı;

  • Azərbaycan ədəbiyyatının arxivi şöbəsində olan ədəbiyyatı;

  • Tammətnli resursların biblioqrafik yazılarının tərtib edilməsi üçün kitabxananın fondunda olan ədəbiyyat.

 Şöbə məlumatlar bazasına ədəbiyyatın aşağıdakı növlərini daxil edir:

  • Monoqrafiyalar;

  • Monoqrafik seriyaları;

  • Dissertasiyaları;

  • Dissertasiyaların avtoreferatlarını;

  • Kartoqrafiya materiallarını;

  • Not-musiqi nəşrlərini;

  • Elektron resurslarını.

Fəaliyyətinin əsas istiqamətləri
 

Şöbə elektron kataloqda biblioqrafik yazıları VTLS sistemində VİRTUA proqram təminatında, MARC 21 formatında təqdim edir. Məlumatlar bazası yaradıldıqda ən yeni biblioqrafik nəşrlərdən istifadə olunur ki, bu da təsvirin tam dolğun şəkildə aparılmasına imkan verir. Biblioqrafik yazılar AACR 2 – yə əsaslanan “Pravila sostavleniya biblioqrafiçeskoqo opisaniya” ya (2-e izd., pererab. i dop. M., 2003) uyğun tərtib olunur.

Biblioqrafik yazılar əsas biblioqrafik məlumatları: adlar başlığını, təşkilatların adlarını və unifikasiya sərlövhələrini, nəşr haqqında məlumatları, buraxılış məlumatlarını, fiziki xüsusiyyətləri, həmçinin elmi kitabxanalar üçün KBT və UOT cədvəlinin tam nəşrinin təsnifat indekslərini və Azərbaycan Milli Kitabxanasının (AMK) predmet rubrikalarını, İSBN i, qiymətini, tirajını və bundan əlavə nüsxələrin sayı və həmin nüsxələrin yerləşdiyi yer haqqında kodlaşdırılmış məlumatları ehtiva edərək, elektron kataloq vasitəsilə oxucu sorğusuna tam və dolğun şəkildə cavab verir.


<< Geri