ELEKTRON DİSSERTASİYA FONDUNUN TƏŞKİLİ VƏ ONDAN İSTİFADƏ ŞÖBƏSİ


Şöbə  müdiri: Hüseynova Gülər Elçin qızı

E-mail: e_dissertasiya@anl.az


Şöbə haqqında ümumi məlumat

 2009-cu ilin yanvar ayından “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə” şöbəsi müstəqil struktur kimi fəaliyyət göstərir. Şöbədə1994-ci ildən bu günə kimi Azərbaycanda müdafiə edilmiş dissertasiyalar mühafizə olunur. Hal-hazırda şöbədə 8993 dissertasiya vardır və bunların 3830-u rus dilində, 5163-ü isə Azərbaycan dilində olan dissertasiyalardır. Şöbədə həmçini internet vasitəsilə Rusiya Dövlət Milli Kitabxanasının Elektron Dissertasiyalarının virtual oxu zalına birbaşa giriş mümkündür.

Oxuculra həmçinin virtual xidmət göstərilməsi üçün şöbənin fondunda olan dissertasiyaların tam mətnli elektron versiyasının hazırlanması prosesi davam edir. Hal-hazırda elektron bazamızda 3823 tam mətnli dissertasiya və aftoreferat oxucularımızın istifadəsindədir.


Vəzifələri

  • Azərbaycanda müdafiə edilən dissertasiyaları mühafizə etmək və oxuculara xidmət göstərmək;

  • Oxuculara yerli dissertasiyalarla yanaşı eyni zamanda Rusiya Dövlət Milli kitabxanasının dissertasiya və aftoreferatlarının tam mətnli elektron bazasından virtual xidmət göstərmək;

  • Milli Kitabxana fondunda saxlanılan dissertasiya və aftoreferatların elektron bazasının yaradılması prosesini həyata keçirmək;

  • Yaradılan dissertasiya və aftoreferatların elektron bazası vasitəsi ilə oxuculara xidmət göstərmək;

 Fəaliyyətinin əsas istiqamətləri

  • Azərbaycanda müdafiə edilən dissertasiyaların mühafizəsi, elektron daşıyıcılara köçürülməsi və oxuculara çatdırılması;

  • Rusiya Dövlət kitabxanasının dissertasiya və aftoreferatlarının tam mətnli elektron bazasını oxucuların xidmətinə verilməsi;

  • İstifadəçilər üçün məlumatın əldə edilməsinin təkmilləşdirilməsi;

  • Dünya kitabxanalarının qabaqcıl iş təcrübələrini öyrənib tətbiq etmək.


<< Geri