ELEKTRON RESURSLARIN YARADILMASI ŞÖBƏSİ


Şöbə müdiri: Səfərova Rübabə Şəfi qızı

Tel: (994 12) 598 48 69

E-mail: e_kitabxana@anl.az

 

Şöbə haqqında ümumi məlumat

Elektron resurslarının yaradılması şöbəsi müəllif hüquqlarının qorunması qanunlarını rəhbər tutaraq kitabxana avtomatlaşdırma sisteminin imkanlarından istifadə etməklə əsası 2006-cı ildən qoyulmuş Elektron Kitabxananın (Azərbaycan, rus və ingilis dillərində) bazasının zənginləşdirilməsi, yeni elektron məlumat bazalarının yaradılması işlərini həyata keçirir. Həmçinin şöbə hesablama texnalogiyaları və informasiya şəbəkələri - İnternet və İntranet vasitəsilə dünya və Azərbaycan elm və mədəniyyətinin müxtəlif sahələrinin nailiyyətlərinin təbliği və informasiya təminatını təmin etmək işini həyata keçirir.
 

Şöbənin strukturu

Şöbədə üç bölmə var:

  • Mətnlərin rəqəmsallaşdırılması bölməsi

  • Kitabların elektron bazasının yaradılması bölməsi

  • Dövri və ardı davam edən nəşrlərin elektron bazasının yaradılması bölməsii

Şöbənin əsas vəzifələri

  • Milli Kitabxananın fonduna daxil olan cari ədəbiyyatın mühafizəsini təmin etmək, ədəbiyyat qıtlığını aradan qaldırmaq, oxuculara xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə fondun nəşrlərinin tammətinli elektron resurslarının -  elektron kolleksiyalarının yaradılması;

  • Tammətinli resursların uyğun olaraq Azərbaycan, rus və ingilis dilli “Elektron Kitabxana”larda və digər elektron məlumat bazalarında, eləcə də dövri və ardı davam edən nəşrlərin elektron məlumat bazasında yerləşdirilməsi;

Şöbə Elektron Kitabxananın məlumatlar bazalarına cari ədəbiyyatın aşağıdakı növlərini daxil edir:

  • Nadir kitabları;

  • Arxiv kitablarını;

  • Not-musiqi nəşrlərini;

  • Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”  12 yanvar 2004-cü il tarixli cərəncamı ilə nəşr olunan klassik və müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı  silsiləsindən əsərləri;

  • Mikrofilmləşdirilmiş ədəbiyyatları;

  • Dövri və ardı davam edən nəşrləri;

  • Digər fondlarda olan ədəbiyyatları.

  • Azərbaycan Respublikasının özəl günlərinə həsr olunmuş və görkəmli şəxsiyyətlərin, klassiklərimizin həyat və yaradıcılığını əks etdirən elektron məlumat bazalarının yaradılması və zənginləşdirilməsi;

  • Yaradılmış tammətinli resursları oxucuların istifadəsinə təqdim etmək üçün həmin bazaların İnternet və İntranetə ötürülməsi.

  Şöbənin əsas fəaliyyət istiqamətləri

  • Rəqəmsal aparatlar, skaner və müvafiq proqramlar vasitəsilə nəşrlərin tammətnli elektron resurslarını işləyib hazırlamaq;

  • Hazırlanmış tammətinli resursları redaktə etmək;

  • Bu resursları oxucuların istifadəsinə təqdim etmək məqsədi ilə  İnternet və İntranetə ötürmək və həmin resurslara interfeys “giriş” imkanı yaratmaq.


<< Geri