Şöbə müdiri:
Zəkəriyəyev İlham
E-mail:
ilham.z@anl.az
Şöbə haqqında ümumi məlumat
İnfrastrukturun
təşkili və proqram təminatı şöbəsi 2011-ci ilin yanvar ayından
fəaliyyət göstərir.
Şöbə kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram
təminatının yaradılmasını, kitabxananın elektron poçtunun,
internet səhifəsinin fəaliyyətini təmin edən proqramların
tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron
informasiya məlumatlarının mühafizəsini təmin edir.
Şöbənin strukturu
Şöbənin strukturuna
İnfrastrukturun təşkili sektoru və Proqram təminatı sektoru
daxildir.
Şöbənin əsas
vəzifələri
-
Kitabxananın
elektron informasiya təminatının həyata keçirilməsində
fəaliyyət istiqamətləri üzrə iştirak etmək;
-
Vətəndaşlar
tərəfindən kitabxananın internet informasiya ehtiyatlarının
sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə
olunması üçün tez və asan əldə edilən, optimal şərait
yaradılmasını təmin etmək;
-
Fəaliyyət
istiqamətləri üzrə qanunvericilik aktlarının,
təşkilati-sərəncamverici sənədlərin layihələrinin
hazırlanmasında iştirak etmək;
-
Kitabxananın
vahid kompyuter şəbəkəsinin yaradılmasını, fəaliyyətinin
tənzimlənməsini və onun fasiləsiz işini təşkil etmək;
-
Kitabxananın
informasiya resursları, şəbəkələri ilə təminatını,
informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi
üçün kompyuter proqramlarının tətbiqini təşkil etmək;
-
Kitabxananın
keyfiyyətli və fasiləsiz internet bağlantısını təmin etmək;
-
Kitabxananın
kompyuter və şəbəkə avadanlıqlarının işləməsini və idarə
edilməsini təmin etmək;
-
Kitabxananın
rəhbərliyi tərəfindən yaradılmış mobil qruplarda iştirak
etmək;
-
Milli
Kitabxananın saytının (www.anl.az)
və elektron kataloqun oxucular tərəfindən açılıb oxunmasını
təmin etmək;
-
Şöbənin iş
planı, fəaliyyəti ilə bağlı kitabxananın rəhbərliyinə
məlumat vermək;
-
Şöbənin
işçiləri tərəfindən fəaliyyət prosesində qanunvericiliyə
uyğun olaraq xidməti məlumatların, dövlət sirrinin
qorunmasını təmin etmək;
-
Fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Şöbənin əsas
fəaliyyət istiqamətləri
-
Kitabxananın
vahid kompyuter şəbəkəsinin və proqram təminatının
yaradılmasını təmin edir;
-
Kitabxananın
elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin
edən proqramların tənzimlənməsini və müasir texnologiyalara
uyğun olaraq elektron informasiya məlumatlarının
mühafizəsini təmin edir;
-
Müvafiq sahənin
inkişafını təmin edir;
-
Qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə
fəaliyyət göstərir.
Şöbənin əsas fəaliyyət
istiqamətləri
-
Rəqəmsal aparatlar,
skaner və müvafiq proqramlar vasitəsilə nəşrlərin tammətnli
elektron resurslarını işləyib hazırlamaq;
-
Hazırlanmış tammətinli
resursları redaktə etmək;
-
Bu resursları
oxucuların istifadəsinə təqdim etmək məqsədi ilə İnternet
və İntranetə ötürmək və həmin resurslara interfeys “giriş”
imkanı yaratmaq.
|