1922

Azərbaycan mərkəzi Dövlət Kitabxanası yaradılmışdır. Yanvar ayında Xalq Maarif Komissarlığı tərəfindən Mərkəzi kitabxananın direktoru vəzifəsinə Müseyib İbrahim oğlu Səlimov təyin

1921

Kitabxana üçün ilk olaraq keçmiş Bakı ictimai yığıncağı kitabxanasının binası (Malıgin küçəsi) ayrılmışdır.

1922

Kitabxana noyabr ayında Birjavoy (indiki Ü.Hacıbəyov) küçəsindəki 9 nömrəli evə - keçmiş Azərbaycan İqtisadiyyat Şurasının binasına köçürülmüşdır.

1923

May ayının 23-də kitabxananın rəsmi açılışı olmuşdur. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. Kitabxananın fondu 51.000 nüsxə kitab olmuşdur.

1927

İlk dəfə “Şərq haqqında jurnal materialları (1917-1927)», «1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı» adlı biblioqrafik göstəricilər cap olunmuşdur.

1928

Kitabxananın fondu 300.000 ədəbiyyat olmuşdur.

Kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa,Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır. Oxucuları 3183 nəfər olmuşdur.

1939

Azərbaycan Respublika el kitabxanasına (Bakı) M.F. Axundovun adı verilmişdir.

1950-1960

Kitabxananın yeni binasının tikintisinə başlanılmışdır.

1961

Kitabxana yeni binaya köçmüşdür.Binanın yerinin seçilməsində və tikilməsində görkəmli Xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, binanın layihəsi isə akademik Mikayıl Hüseynova məxsusdur.

1963

M.F.Axundov adına Respublika Kitabxanasının 40 illiyi keçirilmişdir.

1964

Ə.Əliyevin tərtib etdiyi “Azərbaycan kitabı” biblioqrafiyasının I-ci cildi capdan çıxmışdır.

1973

Kitabxananın 50 illiyi dövlət səviyyəsində keçirilmişdir.

Kitabxananın 50 illiyi ilə əlaqədar M.F.Axundov adına Azərbaycan Dövlət Respublika kitabxanası işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərman imzalamışdır.

1980-1992

M.F.Axundov adına Respublika Dövlət kitabxanasının elmi əsərləri (6 buraxılışda) capdan çıxmışdır.

1983-1993

Kitabxananın 60 illiyi tamam olmuşdur.

M.F.Axundov adına Respublika Dövlət Kitabxanasının yaradılmasının 70 illiyi keçirilmişdir.

M.F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanası əməkdaşlarının əsərləri (1923-1993-cü illər) çap olunmuşdur.

M.F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının nəşrləri (1923-1993-cü illər) biblioqrafiyası çap edilmişdir

“70 il xalqın xidmətində” M.F.Axundov adına Azərbaycan Respublika Dövlət kitabxanasının tarixinə dair materiallar məcmuəsi capdan çıxmışdır.

1995

Ulu öndər ,ümummilli lider Heydər Əliyev “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabın təqdimat sərgisində iştirak etmişdir.

1996

İsranldə çapdan cıxmış “Heydər Əliyev: siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimində Ulu öndər ,ümummilli lider Heydər Əliyev çıxış etmişdir.

İran İslam Respublikasının Bakıdakı səfirliyi tərəfindən kitabxanada “Dostluq salonu” açılmışdır.

1997

“Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimində Ulu öndər ,ümummilli lider Heydər Əliyev çıxış etmişdir.

M.F.Axundov adına Respublika Kitabxanasında Amerikada nəşr edilən “Azərbaycan internəşnl” jurnalının beş illiyinə həsr olunmuş mərasimdə Ulu öndər, ümummilli lider Heydər Əliyev çıxış etmişdir.

1998

Türkiyə Cümhuriyyətinin Azərbaycanda fəaliyyət göstərən “Bayholdinq” şirkətinin kitabxananın “Dövri mətbuat” zalını təmir etmişdir.

2000

NK-nın 6 mart tarixli 30¹-li qərarı ilə Azərbaycan Milli Kitabxanasının Əsasnaməsi təsdiq edilmişdir.

Kitabxanada İnternet Mərkəzi açılmışdır

2004

Kitabxanaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir.

2005

Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edildi.

2006

14 martda Avstriya Milli kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

2006

5 iyulda Çelyabinski vilayət elmi universal kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Dekabr ayında Türkiyə Cümhuriyyətinin Milli kitabxanası ilə qarşılıqlı işbirliyinə dair əməkdaşlıq protokolu imzalanmışdır.

Dekabr ayında Belarus Milli kitabxanası ilə əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır. 

“İnformasiya texnologiyalarının kitabxana işinə tətbiqi və avtomatlaşdırma” mövzusunda beynəlxalq seminar krçirilmişdir.

Kitabxanada Şimali Atlantika Alyansının dəstəyi ilə yaradılmış "Avro-Atlantika Mərkəzi" açılmışdır.

2007

21 noyabrda İran İslam Respublikasının Milli kitabxanası və Arxivi arasında memorandum Sazişi imzalanmışdır.

Fransa Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

7 mayda Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanası arasında Anlaşma Memorandum imzalanmışdır.

30 mayda Slovakiya Milli kitabxanası ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

25 dekabrda Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq Proqramı (2008-2010-cu illər üçün) imzalanmışdır.

30 yanvarda Latviya Milli kitabxanası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

Latviya Akademiya Kitabxanası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

Belarus Milli kitabxanası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

Qazaxıstan Respublikası Milli akademik kitabxanası arasında əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.

Qırğızıstan Respublikası Milli kitabxanası Ilə əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.

A.Firdovsi adına Tacikistan Milli kitabxanası ilə əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.

2008

Kitabxana “Avropa Elektron kitabxanası”na üzvlüyə qəbul edilib.

Kərim Tahirovun “M. F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi 1923-2008-ci illər” monoqrafiyası capdan çıxmışdır.

Kitabxananın 85 illiyi ilə əlaqədar "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına "Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam vermişdir.

Kitabxananın 85 illiyi ilə əlaqədar "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam vermişdir.

27 martda Niderland Milli Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

19 noyabrda Özbəkistan Respublikasının Milli kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

2009

8 iyulda Suriya Ərəb Respublikası Əl-Əsəd Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Kərim Tahirov “M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzununda dissertasiya müdafiə etmişdir.

2010

İyunun 8-də Estoniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Moldova Respublikası Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

İordaniya Milli Kitabxana Departamenti arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.

2011

Mayın 4-də İsveçrə Milli kitabxanası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

2012

Rusiya Dövlət Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır.

İyunun 18-də Macarıstan Milli Kitabxanası ilə əməkdaşlıq haqqında Memorandumun imzalanmışdır.

Dekabırın 3-də Yunanıstan Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanmışdır

2013

Milli Kitabxananın 90 illik yubileyidir.Hal-hazırda kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır.

<< Geri