VİRTUAL SİFARİŞ
(http://www.anl.az/order.php)


Bu bölmə oxuculara məsafədən sifariş (virtual) xidmətini təklif edir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.

Sifarişlər bazar ertəsindən başqa hər gün saat 10 00-dan 16 00-dək qəbul olunur.

Ədəbiyyatın şifrəsini kitabxananın elektron kataloquna daxil olmaqla əldə etmək olur və sifarişlər 2 saat müddətinə yerinə yetirilir. Şifrəsi məlum olmayan kitabların sifarişini isə bir gün əvvəl vermək lazımdır. Elektron kataloqdan istifadə qaydasını da  buradan  öyrənə bilərsiniz.

Qeyd edək ki, elmi işçilər istisna olmaqla hər oxucu 5 nüsxədən artıq kitab sifariş verə bilməz və sifarişlər 3 gün müddətinə saxlanılır. Üç dəfə sifariş verib kitabxanaya gəlməyən oxucudan bir daha sifariş qəbul olunmur. Qəzetlərin sifarişi həmin gün üçün etibarlıdır. Kitabxananın ümumi qaydasına uyğun olaraq ədəbiyyatın kitabxanadan kənara çıxarılması qadağandır.


<< Geri