E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR MAQSUD İBRAHİMBƏYOV HAQQINDA


"Maqsud İbrahimbəyovun xidmətləri böyükdür. Ədəbiyyatımızda, incəsənətimizdə onun özünəməxsus yeri var. Onun yaradıcılığı, əsərləri özünəməxsus formada, məzmunda, mənadadır və bizim başqa yaradıcı adamlarımızın əsərlərindən fərqi onun məhz bu xüsusiyyətlərindədir".

 

Heydər Əliyev,

Azərbaycan Xalqının Ümummilli Lideri


"Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rәпgаrәпg obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir".

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


"O, gerçəkdən son dərəcə səmimi bir insan idi, özündən müsbət enerji paylayırdı, bircə dəfə onunla ünsiyyətdə olandan sonra adam ona heyran qalırdı, onun xoş aurasından doymaq olmurdu.Təəssüf ki, Maqsud müəllim son dərəcə işıqlı, hərtərəfli, qeyri-adi və eyni zamanda, həm də çox sadə insan  artıq iki ilə yaxındır bizim aramızda deyil. O, əsl vətənpərvər idi, o bütün qəlbi ilə Azərbaycana, öz doğma torpağına bağlı idi. O, mətin vətəndaş mövqeyi ilə seçilirdi. O, ömrü boyu öz ideyalarından və prinsiplərindən dönmədi, uzun ömür sürdü və həmişə səmimi, mehriban və sevgi dolu biri kimi yaşadı. O bizi tərk etdi, amma özündən sonra böyük bədii və mənəvi irs saxladı, bunlar onun kitabları, pyesləri, ssenariləri, esseləridir. Onun qələmindən çıxan hər əsər heyrətli dərəcədə bu günlə də, dünənlə də səsləşir və mən tam əminəm ki, onlar sabah da öz aktuallığını qoruyub saxlayacaqlar. Onun əsərlərinin hər biri canlıdır. Maqsud müəllim buna görə yaşayır...".

 

Mehriban Əliyeva,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,

 Heydər Əliyev Fondunun prezidenti


"Maqsud getdi, amma ona olan sevgim məni tərk etmədi. 0, həmişə mənimlədir".

Anna İbrahimbəyova


"Maqsud müəllim - öziinəməxsus adam. O bizim həyatımıza mənəvi rənglər qatıb... Ona qoşulub yerin orbitindən çıxmaq olardı... Onunla bir yerdə fərqli ideyalara qərq olmaq mümkün idi, belə şeylər onda çox yaxşı alınırdı".

 

Nərgiz Paşayeva

Akademik


"Azərbaycan ədəbiyyatını Respublika hüdudlarından kənara çıxarmaqda Maqsudun böyük xidmətləri var. Onu təkcə Moskvada çap eləmirdilər, onun pyeslərinə, ssenarilərinə müxtəlif studiyalarda quruluş verirdilər, əsərləri xaricdə çıxırdı. O bütün SSRİ-də və xaricdə Azərbaycanın imicini yaradanlardan biri idi”.

 

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri


"Maqsud ədəbiyyata bakılıların, əsasən də gənclərin hay-küylü alqışları altında gəlmişdi. O vaxtlar kseroks yox idi, amma adamlar onun bəzi hekayələrinin üzünü köçürüb bir-birinə oxumağa verirdilər. Bu, görünməmiş hadisə idi. Tez-tez ona sual verirdim, filan hekayəni yazmaq ideyası necə yarandı? “Nəsə gəldi, yazdım da”, - Maqsud özünəməxsus təbəssümlə deyirdi.”

 

Polad Bülbüloğlu


"Maqsud bütöv adam idi, bilirsiniz, onun işgüzarlığı məni heyrətləndirirdi. Səhər saat on-on bir arası çimərliyə çıxırdıq. Soruşurdum: “Maqsud niyə gəlmədi?” “O, səhərə qədər işləyib axı”. Annanın bu sözləri məni də həvəsləndirirdi, mən də işləməyə gedirdim (gülür), bax onun yaradıcı ruhu belə güclü idi. Bilirsiniz, gecə sakitliyində işləmək adamı çox şey barədə düşünməyə məcbur edir və mənim Maqsuda yaxşı mənada paxıllığım tuturdu (gülür). Mənim Maqsudun yaradıcılığına, onun davranışına, həyat tərzinə böyük hörmətim vardı”.

 

Tahir Salahov


“Maqsudun hekayələri məni valeh eləyirdi, onları davamlı olaraq qəzetlərdə çap eləyirdilər və mən hekayələri qəzet səhifələrindən kəsib ümumi dəftər vərəqlərinə yapışdırırdım. Kitab kimi bir şey alınmışdı... Sonra onları oxumaq üçün dostlarıma verirdim. Biz onunla “Molodyoj Azerbayjana” qəzeti redaksiyasında tanış olmuşduq. Maqsud redaksiyaya gəlib bir-iki kəlmə danışandan sonra hamı qarşısındakı adamın lider olduğunu anladı, onun xarizması belə idi. Maqsud nəzakətli, hazırcavab və çox istedadlıydı. Onun xarakterinə valeh olmuşdum. Əlbəttə, bəxtiın gətirib, mən Maqsudun ilk kitabının redaktoru olmuşam. Kitabın adı -“Fəlakət” eyniadlı novelladan götürülmüşdü. Maqsudun avtoqrafıyla olan həmin balaca, nazik kitab kitabxanamın ən qiymətli hədiyyələrindən biridir”.

 

Siyavuş Məmmədzadə


“Dostlarından heç biri onun nə vaxt yazdığını bilmir və o, yazdığına bir də qayıtmır. Bildiyim qədəri ilə onu nəyisə dəyişməyə məcbur eləmək mümkün deyil. Onun hekayətləri bütöv melodiya kimi səslənir, yığılıb qalmış hisslər adama rahatlıq vermədiyi kimi, sanki onun yazılarında hansısa notu dəyişmək də həyatın harmoniyasını pozur".

 

Nazim Məmmədov


“O bizim üçün əsl tapıntı idi, onun yanında özümüzü şagird kimi, kiçik qardaşı kimi hiss eləyirdik. Bilirsiniz necədir, o, rəğbət bəslədiyi birinə insan ünsiyyətinin qeyri-adi səadətini bəxş edə bilirdi. Ürəyinə yatmayan adama qarşı əlçatmaz olurdu, həmin adamla arasında məsafə gözləyirdi, onu zorla kimisə özünə yaxın buraxmağa məcbur eləmək olmazdı”.

 

Mixail Şvıdkoy


"Maqsudla dost idik, bir yerdə işləyirdik, ilk filmimi onun “Gözəl günlərdən biri” adlı heyrətamiz fantastik hekayəsi əsasında çəkmişəm. Elə ilk dəfə xaricdə istehsal olunan filmlərə də Maqsudun evindəki videomaqnitofonda baxmışam. Yay vaxtı Nardaranda televizorla həmin o videomaqnitofonu birbaşa sahildə qoyurdu, o vaxtlar belə maqnitofonlar çox qiymətli, qeyri-adi var-dövlət sayılırdı. Biz gecələr oturub, artıq onun baxdığı filmlərə baxırdıq. O gedib dincəlir, sonra yenə gəlirdi. Bizsə səhərə qədər oturub baxırdıq. Mən onun evində özümü öz evimdəki kimi hiss eləyirdim".

 

Yuli Qusman


“Maqsud İbrahimbəyov, əfsanəvi fiqurdu. Tanışları, dostları (Moskvanın yarısı) saatlarla onunla bağlı əhvalatları danışa bilərlər. Məsələn, onun kiminlə necə dalaşmağı. Ya da kimisə kiminləsə barışdırmağı”.

 

Qriqori Zaslavski


"Bakıda keçirdiyim ilk gəzintiləri həmişə xatırlayıram. Onunla bir yerdə Nardarana getdik, bağı hələ tikib qurtarmamışdılar, sonra kababxanaya girdik. Alaqaranlıq idi, güclü işıqlandırılmamış məkanda zabitəli adamlar, başlarında kepka olan balıqçılar oturub, çay içirdilər. Biz də içəri keçdik, tez stol-stul ayırdılar. Maqsudla oturub çay içməyə başladıq, bir qədər sonra balıqçılardan biri qalxıb mənə yaxınlaşdı, əlini çiynimə qoydu. Başının hərəkəti ilə Maqsudu göstərib ciddi səslə dedi: “Maqsud müəllim böyük adamdır" ”.

 

Pavel Finn


<< Geri