E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ

Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakıda anadan olmuşdur.

1951

Azərbaycan Texniki Universitetinin İnşaat fakültəsinə qəbul olmuşdur.

1958-1959

İnşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirtmişdir.

 

1962

 

  • "Azərbaycan Ağırsənayetikinti Tresti"ndə işləmişdir.

  • SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olmuşdur.

    1962-1964

Moskva Ali Ssenaristlər Kursunda təhsil almışdır.

         1963

"Fəlakət" adlı ilk kitabı işıq üzü görmüşdür.

         1964

SSRİ Yazıçılar ittifaqının üzvlüyünə qəbul olmuşdur.

         1966

SSRİ Kinematoqrafçılar İttifaqına üzv seçilib.

1968

 "Uşaqlığın son gecəsi" filmi işıq üzü görüb.

    1965-1971

Ümumittifaq Radio və Televiziyasının Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.

1972

Moskva Ali Rejissorluq kursunaa daxil olmuşdur.

1974

 

"Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor işləyib.

1995,2000,2005

Millət vəkili olmuşdur.

1964

Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

 

1976

Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür..

Əməkdar İncəsənət Xadimi fəxri adını almışdır.

1995

Şöhrət ordeni almışdır.

1998

Xalq Yazıçısı fəxri adını almışdır.

 

1999

Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə ölkədə Əsilzadələr Məclisini bərpa edərək onun sədri olub.

2002

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təsis olunub.

2005

İstiqlal ordeni almışdır.

         2011

"Şikayət qəbul olunmur" romanının təqdimat mərasimi keçirilib.

2015

Şərəf ordeni almışdır.

2016

22 mart - Bakı şəhərində vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur

 

 

2018

  • 1 fevral Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

  • 30 mart “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin açılışı olub.

2025

13 fevral “Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

 

<< Geri