E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

TƏBRİKLƏR


“Gözəl yazıçı, əziz dost, sən sülh uğrunda sarsılmaz mübariz kimi öz azərbaycanlı qəlbinlə dünya insanlarına sevinc paylayırsan. Sənə yeni yaradıcılıq uğurları arzulayıram!"

 Nəbi Xəzri


“Sənin istedadına pərəstiş edən oxucuların üçün yeni kitablarının sevincini arzu edirəm."

Çingiz Hüseynov


“Sizi - ədəbiyyatımızın inkişafına böyük töhfələr vermiş tanınmış sovet yazıçısını ürəkdən təbrik edirik.”

 

Azərbaycan bəstəkarları və musiqiçiləri


Maqsud İbrahimbəyovun 70 illik yubileyi ilə əlaqədar teleqram:
“Əziz Maqsud! Yubileyinizlə bağlı ən səmimi təbriklərimi qəbul edin. Sağlığında klassik səviyyəsinə yüksələ bilən bir kişi, istedadının və bəşəri yetkinliyinin zirvəsində olan bir insana nə arzulamaq olar? Yalnız arzularının həyata keçməyini, uğur və eşq!
İş elə gətirib ki, dünyanın hər yerində yazıçı elə yazıçıdır. Ümumi keçmişimiz olduğu üçün, eyni dildə danışdığımız üçiin, eyni dəyərlərimiz olduğu üçün səmimiyyətlə qürur duyuram. Biz, sadəcə, eyni ölkənin vətəndaşları olmamışıq, biz həm də eyni dövrün uşaqlarıyıq. Və biz bunu eyni cür hiss edirik. Qarşı çıxmaq həmişə asan olur. Və bu gün, gözlərimiz önündə rəngarəng dəyişikliklərin baş verdiyi bir zamanda ittiham etmək, qarşı çıxmaq asandır. Yalnız səmimi, dürüst və müdrik olan biri insanları Sizin kimi təkrar-təkrar sakitliyə dəvət edə bilər. Öziinə, yaxınlarına və ümumiyyətlə, ona dəxli olmayan adamlara görə məsuliyyət daşıya bilər. Qoy Allah yazıb-yaratmaq üçün, gündəlik həyatda qarşılaşdığımız  rəzilliklərlə, bayağılıqlarla mübarizə aparmaq və içinizdəki o böyük eşqi qoruyub saxlamaq üçün sizə güc versin. Xoşbəxtlik arzulayıram!”

 

Aleksandr Muzıkantski


“Hörmətli Maqsud! Sizi - tanınmış nasir və dramaturqu 50 yaşınız münasibətilə ürəkdən təbik edirik."

Moskva. Qulucanov,

Gerasimov, Batalov, Çernıx


“Böyük istedadlı yazıçı Maqsuda 50 qucaq dolusu salam. Üç dəfə əlli yaradıcılıq uğuru arzulayıram. 50 illik yubileyin münasibətilə qardaşın Çabua Amiracibi sənə şəxsi həyatında yüz dəfə 50 uğur arzulayır."

 Tiflis


“Tanışlığımız üçün taleyimə minnətdaram."

Moskva. Boris Vasilyev


“Əziz Maqsud, növbəti əlli ilinizi də gözəl, şövqlə, istedad və xoşbəxtliklə yaşamağınızı arzu edirəm!"

 

Leonid Zorin. Moskva


“Sizə yaradıcılıq uğurları və yüksək nailiyyətlər arzulayıram."

 

Sergey Bamzdin, Lev Anninski və başqaları


“Daha çox kitab, daha böyük sevinclər arzulayıram."

 

Abdrəşidov, Mindadze. Moskva


“Növbəti yarım əsrə doğru irəli! "

 

Valentin Oskotski


“Gözlənilməz tarixdən heyrətə gəldim. Sənə sonsuz gənclik arzu edirəm".

 

Valeri Tur


<< Geri