Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,
mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də, kitabxanaya daim
hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
***
Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün
kitabxananın astanasından çox böyük hörmət və ehtiram hissi duyuram.
Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək
istəyirəm…
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük
əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə
çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi
potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət
xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini
vermişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Dünyanın bir çox ölkələri kimi Azərbaycanda yeni və mükəmməl
kitabxana sistemi yaratmaq lazımdır. Bunun üçün dayanmadan çalışmaq
və inkişaf yolunu dəstəkləmək lazımdır.
Ellen Tisen,
Kitabxana Assosiasiyaları və İnstitutları
Beynəlxalq Federasiyasının (İFLA) prezidenti
1922-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı Bakı şəhərində
Dövlət Kitabxanası təşkil etməyi mənə tapşırdı. Bu məqsədlə hazırlıq
işlərinə başladıq. Malıgin küçəsindəki 6 nömrəli evdən müxtəlif elm
sahələrinə dair on minə yaxın kitabı Üzeyir Hacıbəyov küçəsindəki 9
nömrəli evə - Azərbaycan Ali İqtisa-diyyat Şurasının keçmiş dörd
otaqlı mənzilinə daşıdıq. Bu kitab-ları onluq təsnifat sistemi ilə
üç otaqda kitab rəflərinə düzdük. Daxili hazırlıq işləri qurtarandan
sonra 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanası rəsmi surətdə
açıldı.
Qısa müddətdə kitabxanamız ləyaqətli bir elmi müəssisəyə çevrildi.
Dövlət müəssisələri işçiləri, alimlər, müəllimlər, tələbələr və
başqa vətəndaşlar onun xidmətindən geniş surətdə istifadə edirdilər.
Xalq Maarif Komissarlığının və onun Siyasi maarif şöbəsinin daimi
qayğısı sayəsində, kitabxana əməkdaşlarının fədakar əməyi
nəticəsində bu elm ocağının öz fəaliyyətini durmadan genişləndir-diyini
iftixar hissi ilə xatırlayıram.
1925-ci ildə kitabxananın kitab fondunda yarım milyona qədər kitab
var idi. Həmin il mən kitabxananı professor İşkova təhvil verdim,
özüm isə Azərbaycan Kitab Palatasının direktoru kimi öz işimi davam
etdirdim.
Müseyib Səlimov,
Respublika Kitabxanasının ilk direktoru
Oxucu kitabxananın əsl dostu, kitabxana isə oxucunun çox sevdiyi
müqəddəs bir yerdir. Qabaqcıl, mütərəqqi simaların yarat-dığı
xariqələri özündə toplayan, hər zaman onu oxucuya təqdim edən
kitabxanadan da xeyirli nə ola bilər.
Kitab özü də həyat üçün, hər sahədə mədəniyyət və yüksəliş üçün
əsasdır. Kitabsız və kitabxanasız heç bir mədəni yüksəlişdən
danışmaq olmaz. Buna görə də bütün işlərinizin içində kitab və
kitabxana mərkəzi yer tutmalıdır.
Kitab və kitabxana ən nurlu bir işıqdır. Kitab şüur üçün, ağıl və
damar üçün, gündəlik təsərrüfat işləri üçün də əsl işıqdır. Kitab
gecə də, gündüz də işıqdır...
Süleyman Rəhimov,
Xalq yazıçısı, kitabxananın fəxri oxucusu
Kitabxana xalqın fikir xəzinəsi, mənəvi dünyasıdır. Bu mənada
M.F.Axundov adına kitabxanamızla hər kəs fəxr edir. Bu nəhəng binada
bütün xalqların yetirdiyi dühalar, ürəklər, şüşə dolablar içərisində
yan-yana dayanıb üzümüzə gülümsünür.
Mənim gəncliyim bu kitabxananın divarları arasında keçmiş,
qazandığım bütün biliklərə görə mən ona, onun mədəni, işgüzar
əməkdaşlarına borcluyam.
Bəxtiyar Vahabzadə,
Azərbaycanın Xalq şairi
Milli kitabxanalar dövlətin əsas atributlarından biri olmaqla təkcə
bir ölkənin, bir millətin kitab mədəniyyətini toplayıb saxlayan bir
müəssisədən, bəşəri dəyərləri, dünyanın ən qiymətli, nadir kitab
sərvətini toplayıb saxlayan, beynəlxalq əlaqələr yara-dan,
mədəniyyətlərarası kommunikasiyanın əsas vasitəsinə, dövlət
kitabsaxlayıcısına çevrildi.
Abuzər Xələfov,
Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki,
tarix elmləri doktoru, professor
Etiraf etməliyəm ki, mədəni və bilik səviyyəmin yüksəlməsin-də və
bir sənətkar kimi yetişməyimdə M.F.Axundov adına Azər-baycan
Respublika Kitabxanasının böyük xidmətləri olmuşdur.
Mən artıq 30 ildir ki, bu kitabxananın oxucusuyam.
Kitabxananın qayğıkeş və bacarıqlı əməkdaşları mənim sorğu və
suallarıma həmişə diqqətlə yanaşmış və məni lazımi ədəbiyyatla təmin
etmişlər.
Kitabxananın 50 illik yubileyi münasibətilə mən bütün həm-karlarım
adından onun əməkdaşlarına öz minnətdarlığımı bildirir və onlara
uzun ömür, cansağlığı, yeni-yeni əmək nailiyyətləri arzulayıram.
Mikayıl Abdullayev,
SSRİ Xalq rəssamı, professor
M.F.Axundov adına Azərbaycan Respublika Kitabxanası eyni zamanda
mənim dəqiq məsləhətçim, mənə məlum olmayan mənbələrə yol açan
bələdçimdir.
Kitabxanamızın zənginliyindən doğan iftixar, əksəriyyəti
uni-versitet yetişdirməsi - o cümlədən mənim əziz tələbələrim olan
kitabxana əməkdaşlarının qayğıkeşliyinə minnətdarlıq hissi indi də
məni tərk etməmişdir.
Pənah Xəlilov,
Bakı Dövlət Universitetinin professoru
İki ölkənin milli kitabxanaları bir-birlərini daha yaxından tanıdı.
Məlumat bazalarının yaradılmasında ortaq çalışmalarımız oldu… Biz
eyni zamanda birgə Avropa kitabxanası məkanına daxil olduq. İndi həm
Azərbaycan, həm də Türkiyə Milli Kitabxanasının məlumat bazası
Avropa kitabxanası üzərindən axtarıla bilir. Bu, bizim üçün çox
önəmli hadisə oldu. Bundan əlavə, Azərbaycan və Türkiyə türk
dünyasının digər kitabxanalarına təcrübə baxımından öncüllük etdi.
Birgə tədbirlər təşkil edərək türk dünyası kitabxanalarının
bir-birini daha yaxından tanımasına nail olduq.
Tüncel Acar,
Türkiyə Milli Kitabxanasının sabiq başqanı
1342-ci ildə İran Gənclər Evinin nümayəndə heyəti ilə imkan tapıb
iftixarla M.F.Axundov adına böyük və cəzbedici kitabxananı gəzdim.
Mən tərəddüd etmədən deyə bilərəm ki, belə bir elmi mərkəzi
kitabxana sosializm ölkəsinin varlığı ilə yaradıl-mışdır.
Mən bu kitabxananı görməklə Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin
belə tərəqqi etməsinə çox sevinir və onu ürəkdən təbrik edirəm.
Eyrac Gülsurxi
İran Gənclər Evinin katibi
Я навсегда сохраню хорошие воспоминания о днях, проведенных в Вашей
библиотеке, где я встретил сердечную помощь и прекрасное
азербайджанское гостеприимство. Пожалуйста, передайте мою искреннию
благодарность и наилучшие пожелания коллективу библиотеки, возможно,
некоторые еще помнят меня.
Кроме того, мне доставило огромную радость сообщение о том, что Ваша
библиотека организовала выставку для озна-комления с моей работой,
посвященной истории Азербай-джана. Возможна ли получить фотографию и
небольшое описание этой выставки для моих работ? Для меня всегда
ценно получить какие-либо издания и документы, относительно истории
Азербайджана, включая Южную часть Вашей страны, которые я использую
для моего исследования. Я надеюсь, что Ваше сердечная помощь будет
способствовать продвижению моей работы по истории Азербайджана и
позволит мне лучше представить проблемы и стремления
азербайджанского народа американскими читателями.
Пусть Вам всем сопуствует большой успех в Вашей жизни, кавказского
долголетия.
Тадеуш Святоховски,
Профессор Колледжа Монмаут (США),
первый зарубежный почетный читатель
библиоеки им. М.Ф.Ахундова
Dünyada Azərbaycandan başqa heç bir ölkə, heç bir yer daha yaxşı ola
bilməz. Həqiqətən də! Bugün Azərbaycan Milli Kitabxanasından
bayrağınızı, broşurları, açıqca, kitablarınızı və digər əşyaları
aldıqda çox böyük məmnunluq hissi keçirdim.
Gustavo Rodriguez,
Kuba, Mayabeke əyaləti
Mən bu gün Moskvadan uçub Azərbaycan Respublikasının paytaxtına
gəlmişəm, sizin kitabxananızı görmək xoşbəxtliyi mənə nəsib olmuşdur.
Kitabxana mədəni nailiyyətlərin rəmzidir. Qədim Yunanıstan və qədim
Roma zəngin kitabxanalara malik idilər. Azərbaycan Respublikası öz
əhalisinin az olmasına baxmayaraq, belə gözəl, zəngin kitabxanaya
malikdir; ilk baxışdan görmək olur ki, azərbaycanlılar mədəniyyətə
çox böyük hörmət göstərirlər. Mən bir elm xadimi kimi, əziz
yoldaşlar, Sizə, Sizin mədəni nailiyyətlərinizə hörmət göstərməyə
bilmərəm. Sizə qəlbən daha böyük müvəffəqiyyətlər və milli
mədəniyyətinizin çiçəklənməsini arzu edirəm.
Dr. Fumio Matsumura
yaponiyalı professor
Azərbaycan Respublikasının Milli Kitabxanası ilə tanış olmaq mənə bu
xalqın elmi və ədəbi inkişafına yaxından bələd olmaq imkanı verdi.
Azərbaycan xalqı bu elmi mərkəzi təsis etməklə, eyni zamanda birlik
və həmrəylik nəticəsində xurafatın kökünü kəsib, həyata əsl həyat
gözü ilə baxa bilmişdir. Bu elmi mərkəzin elm sevən işçilərinin öz
işlərində ustad və geniş məlumata malik olmaları kitab sevənlərin
qəlbində belə bir ümid yaradır ki, onlar Şərq ilə Qərb kitab
həvəskarları arasındakı çətinlikləri aradan qaldırmağa kömək
edəcəklər.
Doktor Hüseyn Xədiv Cəm
İran Elmi-Tədqiqat İnstitutunun professoru
Bu elm sarayına hakim kəsilən ruh qəlbimi sevinclə doldurdu.
Kitabxananın direktorunu və işçilərini xalqın rifahı üçün çəkdikləri
böyük əmək münasibəti ilə təbrik etmək istəyirəm və Azərbaycan
mədəniyyətinin daha da çiçəklənməsini arzu edirəm.
Mabuel Mayo Bodelon
Çili jurnalisti