M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə
Latviya Milli kitabxanası
arasında əməkdaşlıq haqqında
SAZİŞ
M.F.Axundov adına Azərbaycan Milli kitabxanası, Nizamnamə əsasında
fəaliyyət göstərən və direktor KM.Tahirovun şəxsində, həmçinin Latviya
Milli kitabxanası, «Latviya Milli Kitabxanası haqqında» Qanun əsasında
fəaliyyət göstərən və direktor Andris Vilksin şəxsində gələcəkdə
Tərəflər adlandırılacaq aşağıdakılar barədə razılığa gəliblər:
1
1.Uzun
müddətli portnyorluq münasibətləri əsasında qarşılıqlı mədəni əlaqə
çərçivəsində Tərəflərin mövcud imkan və təlabatları nəzərə alınaraq, «Azərbaycan
Respublikası və Latviya Respublikası mədəniyyət nazirlikləri arasında
mədəni əməkdaşlıq haqqında Müqavilə»nin 6-cı bəndinə əsaslanaraq
Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:
1.1 İki respublikanın - Azərbaycan Respublikası və Latviya Respublikası
hökumətiəri
səviyyəsində reallaşdırılması nəzərdə tutulan birgə iqtisadi, elmi və
mədəni layihələrin
həyata keçirilməsinə hər iki Tərəfin məlumat dəstəyinin təminatı.
1.2. Vahid məlumat və mədəniyyət məkanının formalaşdırılması məqsədilə
Tərəflərin
birgə layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi.
1.3.
Latviya Milli kitabxanasında Azərbaycan Milli kitabxanasının
fondlarından, həmçinin M.F.Axundov adına Azərbaycan Milli kitabxanasında
Latviya Milli kitabxanasının fondlarından kitab sərgilərinin təşkili.
1.4.
Azərbaycan və Latviya vətəndaşlarına məlumat xidməti göstərmək və
hər iki kitabxananın fondlarının zənginləşdirilməsi məqsədilə daimi və
qarşılıqlı faydalı əsasda milli çap və elektron nəşrlərin mübadiləsini
aparmaq.
1.5.
Ayrı-ayrı razılaşmalar çərçivəsində ölkələrimiz arasında vahid
məlumat və mədəniyyət məkanının inkişaf etdirilməsinə imkan yaradan
birgə tədqiqat, nəşriyyat və digər təşəbbüslərlə çıxış etmək.
1.6.
Azərbaycan Respublikası və Latviya Respublikasının
qanunvericiliyinə müvafıq olaraq hər iki kitabxananın məlumat bazalarına
Tərəflərin sərbəst daxil olmasını təmin etmək.
1.7. Elektron kitabxananın təşkili məqsədilə birgə layihələrin
hazırlanması və həyata keçirilməsi.
1.8. BKAA və sənədlərin elektron nüsxələrinin çatdırılması sistemindən
istifadə etməklə oxuculara kitabxana-informasiya xidmətinin
göstərilməsinə Tərəflərin yardım göstərməsi.
1.9. Korporativ razılaşmalar çərçivəsində birgə konfranslar,
maarifləndirici tədbirlərin keçirilməsi, kitabxana işində qabaqcıl
nailiyyətlərin və yeni texnologiyaların tətbiqi üzrə qarşılıqlı təcrübə
mübadiləsinin təşkili.
1.10. Kitabxana işi üzrə qarşılıqlı maraq doğuran sənəd və məlumat
materiallarının müntəzəm mübadiləsinin təşkili.
1.11. Hər iki kitabxananın əməkdaşlığının nəticələri üzrə materialların
birgə nəşri.
2
Tərəflər qeyd edirlər ki, birgə əməkdaşlığın hər bir istiqamətləri üzrə
fəaliyyət əlavə bağlanan müqavilələrlə (protokollarla) konkretləşə
bilər.
3
Həmin müqavilə müddətsiz bağlanır və hər bir tərəf 6 ay əvvəldən digər
tərəfi xəbərdar etməklə müqaviləyə xitam verə bilər.
4
Həmin
müqavilənin mətnində hər iki tərəfin yazılı razılığı ilə düzəliş edilə
bilər.
5
Həmin
Müqavilə rus , Azərbaycan və latış dillərində olmaqla iki nüsxədə, hər
bir tərəf üçün bir nüsxə tərtib olunmuşdur, və hər iki nüsxə eyni
qüvvəyə malikdir.
6
Müqavilə
hər iki tərəfin imzaladığı andan qüvvəyə minir
7
Tərəflərin
hüquqi ünvanları:
M.F.Axundov adına Azərbaycan
Milli kitabxanası
Xaqani küç. 29,
Bakı şəh. , AZ-1000 Azərbaycan |
Latviya Milli Kitabxanası
K.Baron küç. 14
Riqa şəh. LV-1423,
Latviya |
|
Direktor
A.Vilks
|