BEYNƏLXALQ ƏMƏKDAŞLIQ ZALI
27 sentyabr 2019-cu ildə Beynəlxalq
Əməkdaşlıq zalının açılışı olmuşdur. Açılış mərasimində Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Mədəniyyət Nazirliyi, 13
ölkənin Milli Kitabxana direktorları və Azərbaycandakı diplomatik
nümayəndələri iştirak ediblər. Hal-hazırda Beynəlxalq Əməkdaşlıq zalında
14 ölkənin ədəbiyyat guşəsi mövcuddur. Zalda eyni zamanda, həmin
ölkələrin kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq
faydalanmaq mümkündür..
TƏLƏBƏ GƏNCLƏRƏ XİDMƏT ZALI
Tələbə
gənclərə xidmət zalında 250 oxucu yeri var. Buraya ədəbiyyat əsas
etibarilə Kolleksiyaların və informasiya resurslarının mühafizəsi
şöbəsindən alınır.
Zalda həmçinin Köməkçi fond bölməsi fəaliyyət göstərir.
Bu bölmədə 9537 nüsxə ədəbiyyat vardır. Bunlardan 4187 nüsxəsi
Azərbaycan, 5350 nüsxəsi rus dilindədir. Fondda əlifba və sistemli
kataloq təşkil olunmuşdur. Köməkçi fond hər yay mövsümündə yoxlanılır,
yeni ədəbiyyat ilə komplektləşdirilir. Burada ensiklopediyalar, lüğətlər,
məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat növləri vardır. Bu
ədəbiyyatlar- fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, hüquq, tibb,
texnika və s. sahələri əhatə edir. Burada əsasən ali məktəb tələbələrinə,
gənclərə və digər oxucu qruplarına xidmət edilir.
DƏQİQ VƏ TEXNİKİ ELMLƏR ZALI
Dəqiq və
texniki elmlər zalında 22 oxucu yeri vardır. Bu zalda da yardımçı
ədəbiyyat fondu mövcuddur. Fondda 1869 nüsxə ədəbiyyat toplanmışdır.
Bunların 757 nüsxəsi Azərbaycan, 1112 nüsxəsi rus dilindədir. Əlifba və
sistemli kataloqları var. Bu zalda tibb işçilərinə, texnika və dəqiq
elmlər üzrə oxuculara xidmət olunur. Kitabların əksəriyyəti sifarişlər
vasitəsi ilə əsas fonddan alınır. Oxucuların vaxt itkisini aradan
qaldırmaq üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır.
HUMANİTAR ELMLƏR ZALI
Humanitar
elmlər zalında 36 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4237 nüsxə
ədəbiyyat oxucuların istifadəsinə verilmişdir. Bunların 2072 nüsxəsi
Azərbaycan, 2165 nüsxəsi isə rus dilindədir. Zalda əlifba və sistemli
kataloqlar var. Hər il zalın fondu yeni kitablarla zənginləşdirilir. Bu
zal əsasən professorlara, elmlər doktorlarına, elmi işçilərə, ali
savadlı oxucu qrupuna və s. xidmət edir. Kitabların çoxu sifarişlər
vasitəsi ilə Kolleksiyaların və informasiya resurslarının mühafizəsi
şöbəsindən gəlir. Oxucuların vaxt itkisinin qarşısını almaq üçün
sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır. Bu zalda
ensiklopediyalar açıq rəfdə yerləşdirilir..
LOKAL ŞƏBƏKƏDƏN İSTIFADƏ ÜZRƏ OXU ZALI
Lokal
şəbəkədən istifadə üzrə oxu zalı bölməsində daha çox oxucunun eyni
zamanda kitabxananın lokal şəbəkəsində elektron resurslardan istifadə
imkanları artmışdır. Bölmədə 24 kompyuter vasitəsilə oxuculara xidmət
göstərilir və onların sorğuları tam şəkildə ödənilir. Zalda həmçinin 5
ədəd planşet oxucuların istifadəsinə verilib.
DÖVRİ MƏTBUAT ZALI
Dövri
mətbuat zalında 67 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4 illik
jurnal və 5 illik qəzetlər saxlanılır. Bölməyə il ərzində 236 adda qəzet,
125 adda jurnal Azərbaycan dilində, 22 adda qəzet, 20 adda jurnal rus
dilində alınır.Dövri mətbuat zalı hər növ oxucu qruplarına xidmət edir.
ELEKTRON İNFORMASİYA XIDMƏTİ
Zal tam
kompüter avadanlıqları ilə təchiz olunmuşdur. Oxucular İnternetə çıxış
əldə edə bilirlər.
XARİCİ ƏDƏBİYYAT OXU ZALI
Xarici
ədəbiyyat oxu zalında 20 nəfərlik oxucu yeri vardır. Burada müxtəlif
dillərdə 2500 nüsxədən çox kitab, müxtəlif dillərdə qəzet və jurnallar
saxlanılır. Zalda bütün dillər üzrə kitabların əlifba və sistemli
kataloqu, dövri mətbuatın sistemli və əlifba kataloqu var. Xarici
ədəbiyyat oxu zalında Azərbaycan xarici mətbuatda, yardımçı fond üçün
kitabların əlifba və sistemli kataloqu var. Mütəmadi olaraq zalın
yardımçı fondu dilçilik üzrə yeni ədəviyyatla yeniləşdirilir. Bu zal
bütün oxucu qruplarına xidmət edir.
AÇIQ OXU ZALI
Açıq oxu
zalında 30 oxucu yeri var. Zaldan bütün oxucu qrupları istifadə edə
bilər.
SƏRGİ ZALI
Zalda əsasən
kütləvi tədbirlər, kitab təqdimatları, oxucu günləri, müəlliflərlə
görüşlər, sərgilər təşkil edilir. Tədbirlər bütün oxucu qrupları üçün
açıq olur.
Zalda oxucuların mütaliəsi üçün hər cür şərait var. Bu zal bütün oxucu
qruplarına xidmət edir.
NOT NƏŞRLƏRİ ZALI
Hazırda not
nəşrləri zalı 16 oxucu yerindən ibarətdir. Oxucuların istifadəsində
29586 nüsxə səsyazmaları, 6442 nüsxə Azərbaycan notları, 168929 nüsxə
başqa dillərdə not əsərləri, 10500 nüsxə musiqi haqqında ədəbiyyat
vardır (Azərbaycan və rus dillərində). Daim zənginləşən musiqi fondunda
1970 nüsxə Azərbaycan bəstəkarlarının not əlyazmaları, habelə 2000
nüsxəyə yaxın Azərbaycan dramaturqlarının səhnə əsərlərinin (pyeslərinin)
əlyazmaları da oxucunun istifadəsindədir. Zalda musiqi fondunu əks
etdirən ayrı-ayrılıqda not nəşrlərinin, səsyazmalarının, musiqi
kitablarının oxucu əlifba və sistemli kataloqu, kartoteka sistemi
mövcuddur. Zalın əsas oxucu kontingenti Musiqi Akademiyasının, musiqi
texnikumlarının, məktəblərinin tələbələri, musiqişünaslar, musiqi
müəlimləri, bəstəkarlar, musiqi sahəsində çalışan elmi işçilər,
aspirantlar və digər oxucu qruplarıdır .
İNFORMASİYA XIDMƏTİ
İnformasiya
xidməti şöbəsinin oxu zalında 8 oxucu yeri vardır. Onun geniş soraq və
biblioqrafik nəşrlər fondu oxuculara səmərəli xidmət göstərir. Şöbənin
fondu ensiklopediyalardan, məlumat biblioqrafik göstəricilərdən,
salnamələrdən, lüğətlərdən, statistik göstəricilərdən və ixtisasa aid
dövri mətbuatdan ibarətdir. Şöbədə 11966 nüsxə ədəbiyyat vardır.
Bunların 564 nüsxəsi Azərbaycan dilində, 10640 nüsxəsi rus dilindədir.
Şöbə bütün növ oxucu qruplarına xidmət edir, ənənəvi və elektorn kataloq,
kartoteka vasitəsilə biblioqrafik xidmət göstərir.
KONFRANS ZALI
Zalda əsasən
kütləvi tədbirlər, kitab təqdimatları, oxucu günləri, müəlliflərlə
görüşlər, seminarlar, konfraslar, sərgilər təşkil edilir. Tədbirlər
bütün oxucu qrupları üçün açıq olur.
NADİR KİTABLAR VƏ KİTABXANA MUZEYİ
Bütün oxucu
qruplarına xidmət edir. Bölmədə Azərbaycanşünaslığa dair nəşr ilindən,
nəşr yerindən və dilindən asılı olmayaraq 1920-ci ilə qədər ən qədim və
nadir kitablar toplanmışdır. Muzeydə kitabxananın tarixini öz əks
etdirən sənədlər, eksponatlar nümayiş olunur.
ELEKTRON DİSSERTASİYA XİDMƏTİ
Bütün növ
oxucu qruplarına xidmət edir. Şöbədə 9583 dissertasiya vardır və
bunların 5621 nüsxəsi isə Azərbaycan dilində, 3962 nüsxəsi rus dilində
olan dissertasiyalardır. Şöbədə həmçini Rusiya Dövlət Kitabxanasının
Elektron Dissertasiya Fondunun virtual oxu zalı yaradılmışdır. Burada
oxucular Rusiya Dövlət kitabxanasının dissertasiya və aftoreferatlarının
tam mətnli elektron bazasından istifadə ütmək imkanına malikdirlər.
DİYARŞÜNASLIQ BİBLİOQRAFİK
RESURSLARIN YARADILMASI ŞÖBƏSİ
Diyarşünaslıq biblioqrafik resursların yaradılması şöbəsində oxuculara
xidmət üçün nəzərdə tutulan 12 nəfərlik oxu zalı fəaliyyət göstərir.
Oxucu sorğularına cavab əsasən şöbədə olan “Azərbaycanşünaslıq” toplu
kataloqu vasitəsilə həyata keçirilir. Bundan başqa oxucu sorğuları
yazılı arayışlar arxivi, diyarşünaslığa dair köməkçi məlumat
biblioqrafiya fondu, elmin bütün sahələrini geniş əks etdirən
diyarşünaslıq xarakterli biblioqrafik vəsaitlər fondu vasitəsilə
cavablandırılır. Oxu zalı bütün oxucu qruplarına xidmət edir.
AZƏRBAYCAN ƏDƏBİYYATININ
ARXİVİ ZALI
Arxivlik
funksiyasını daşıyan şöbədə 4 oxucu yeri vardır. Fondda 77 min nüsxə
ədəbiyyat qorunub saxlanılır. Bundan əlavə, inqilabaqədərki (1875-ci
ildən 1920-ci ilə qədər təxminən 39 adda) qəzetlər, həmçinin 1906-cı
ildən bu günə qədər nəşr olunan jurnallar (təxminən 410 adda), 852 qəzet
və jurnalın mikrofilmləri qorunub saxlanılır. Hər il şöbənin fondu yeni
ədəbiyyatlarla (jurnallarla) zənginləşdirilir. 2004-cü ildən etibarən
Azərbaycanda nəşr olunan rus dilli ədəbiyyat qorunub saxlanması üçün Çap
məhsullarının qeydiyyatı və Milli biblioqrafiya (Kitab Palatasından)
şöbəyə verilir. Şöbənin fondu əlifba, sistemli, xronoloji kataloqlarda
öz əksini tapır.
Kitabxananın başqa şöbələrindən fərqli olaraq, bu şöbə oxuculara xüsusi
təliqə vasitəsilə xidmət edir. Şöbədə alim, akademik, aspirant və elmi
işçilər məşğul olurlar. Bu oxucular XIX əsrin axırları, XX əsrin
əvvəllərində çap olunan ədəbiyyatla bərabər, müasir dövr əsərlərindən də
istifadə edirlər. Ümumi xidmətdən fərqli olaraq, oxucuya birbaşa xidmət
göstərilir.
UŞAQ ŞÖBƏSİ VƏ UŞAQ İSTİRAHƏT OTAĞI
|