-
Əmək qanunvericiliyinə, əsasnaməyə, təlimatlara və direktorun
əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, başqa vəzifəyə
keçirilməsi və işdən azad edilmələrinin vaxtında
rəsmiləşdirilməsi və həyata keçirilməsi.
-
Şəxsi heyətin uçotunun aparılması.
-
İşçilərin şəxsi işlərinin hazırlanması, əmək fəaliyyətilə bağlı
dəyişikliklərin edilməsi.
-
Kadrların say tərkibi, onların inkişaf və hərəkətlərini əks
etdirən məlumat bazasının tərtibi və aparılması.
-
Əmək kitabçalarının qəbulu, doldurulması və saxlanılması.
-
Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş
sənədləşmənin aparılması.
-
İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və
xasiyyətnamələrin verilməsi.
-
Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri
qiymətləndirilərək müvafiq struktur bölmələrdə düzgün
yerləşdirilməsi və onların əməyinin istifadə olunmasına nəzarət.
-
Marağı olan şöbə müdirləri ilə birlikdə işçilərin seçilməsi,
onların göstərilən vəzifələrə təyin edilməsi üçün müvafiq
təkliflərin təqdim edilməsi, işə qəbul olunma haqda əmrlərin və
digər tələb olunan zəruri sənədlərin rəsmiləşdirilməsi.
-
İşçilərin attestasiyasının aparılmasının təşkili, onun metodiki
və məlumat təminatı.
-
Attestasiyanın nəticələrinin təhlilində iştirak və attestasiya
komissiyasının qərarlarının həyata keçirilməsi üçün tədbirlərin
hazırlanması.
-
Pensiya sığortasına dair müvafiq sənədlərin hazırlanması və
onların sosial təminat orqanlarına təqdim edilməsi.
-
Yuxarı təşkilatlarlara və digər idarə, müəssisələrə təqdim etmək
üçün kadrlar haqqında hesabatların hazırlanması və işçilərin
əmək fəaliyyətilə bağlı lazımi arxiv arayışlarının təqdim
edilməsi.
-
İşçi heyətin mükafatlandırılması üçün materialların hazırlanması.
-
İşçilərin intizam məsuliyyətinə cəlb olunması üçün materialların
hazırlanması.
-
Təşkilatda kadr işinin mütəmadi təhlili və onun inkişafı üçün
təkliflərin hazırlanması.
-
İşçilərin ixtisasartırma kurslarına göndərilməsinin həyata
keçirilməsi.
-
Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin arxivə təhvil
verilməsi üçün hazırlanması.
-
İşçilərin vaxtlı-vaxtında əmək məzuniyyətilə təmin edilməsinə
nəzarət və məzuniyyətlərin rəsmiləşdirilməsi.
-
Ezamiyyələrin rəsmiləşdirilməsi və siyahıya alınması.
-
Müəssisənin struktur bölmələrində əmək intizamının vəziyyətinə
və işçilər tərəfindən daxili nizam-intizam qaydalarına riayət
edilməsinə nəzarət.
-
İşçilərin hərbi mükəlləfiyyətlərinin və çağırışların hərbi
qeydiyyatının aparılması.