Şöbə haqqında ümumi məlumatt
Azərbaycan ədəbiyyatının arxivi şöbəsi 1947-ci ildən fəaliyyət
göstərir. Şöbədə 1831-ci ildən bu günə qədər nəşr olunan,
kitabxanaya daxil olan bütün elm sahələri üzrə kitablardan bir
nüsxə təxminən 107 min; 1875-1928-ci illərdə nəşr edilmiş 43
adda qəzet; 1906-cı ildən bu günə qədər 475 addan çox Azərbaycan
dilində və 33 adda rus dilində jurnal; 1174 nüsxə elmi əsərlər;
2031 ədəd mikrofilm (kitab, jurnal və qəzet) qorunub saxlanılır.
2006-cı ildən Azərbaycanda nəşr olunan rus dilində ədəbiyyat
şöbəyə verilməyə başlamışdır. .
Şöbədəki ədəbiyyat daşbasma, əski əlifba, köhnə latın, kiril və
müasir latın qrafikasındadır.
Fondda məzmun və tarixilik baxımından bir sıra qiymətli,
xüsusilə, nadir nüsxələr öz əksini tapır. Şöbənin fondunda
xəritələr, böyük formatlı kitablar, mini kitablar qorunub
saxlanılır (həm rus, həm də Azərbaycan dilində).
Azərbaycan ədəbiyyatı tam olaraq elekton kataloqda öz əksini
tapır.
Vəzifələri
Mədəni irsimizi qoruyub saxlamaq, fondu daima zənginləşdirmək və
oxuculara xidmət göstərmək.
Fəaliyyət istiqamətləri
Nəşr yerindən, nəşr ilindən və əlifbasından asılı olmayaraq,
Azərbaycan dilində və eyni zamanda Azərbaycana aid rus dilində
bütün ədəbiyyatın əslini, surətini, fotosurətini,
mikrofilmlərini toplayır və oxucuların istifadəsinə verir.
Şobədə oxu zalı fəaliyyət göstərir.
Şöbədə ədəbiyyat əlifba (2013-cü ilə qədər) və xronoloji
kataloqlarda öz əksini tapır. Kitablar xronoloji, qəzet və
jurnallar əlifba, elmi əsərlər inventar nömrəsi ilə düzülür.