Şöbə haqqında ümumi məlumatt
Keçmiş V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanasının nəzdində
Mədəniyyət və incəsənət üzrə elmi informasiya mərkəzi
yaradıldıqdan sonra elmi-texniki informasiya sisteminə
respublika dövlət kitabxanaları da qoşuldu. Bunun əsasında Milli
Kitabxanada 1975-ci ildə Mədəniyyət və incəsənət üzrə elmi
informasiya şöbəsi fəaliyyətə başladı.
2006-cı ildə şöbənin adı dəyişirilərək Mədəniyyət üzrə
informasiya adı altında fəaliyyət göstərdi.
2009-cu ilin fevral ayından isə kitabxana proseslərinin
avtomatlaşdırma ilə əlaqədar olaraq müstəqil şöbə kimi dövrün
tələblərinə uyğun – mədəniyyət, incəsənət, iqtisadiyyat, səhiyyə
və digər sahələrdə soraq-informasiya xidməti ilə məşğul olaraq
yeni adla – Analitik elektron məlumat bazasının təşkili şöbəsi
kimi fəaliyyətini davam etdirir.
Şöbədə iki bölmə fəaliyyət göstərir
Analitik məlumat bazasının yaradılması bölməsi;
Tammətnli analitik yazıların veb-portalda yerləşdirilməsi
bölməsi.
Vəzifələri
Şöbənin başlıca məqsədi və vəzifəsi dövri mətbuat səhifələrindən
respublikamıza aid dəyərli Azərbaycan və rus dilində olan
məqalələri kitabxananın elektron kataloqunda əks etdirməkdir;
Şöbə kitabxanaya daxil olan dövri mətbuat səhifələrindən
respublikanın ictimai-siyasi və mədəni həyatında baş verən
hadisələrə, əlamətdar günlərə, elmin müxtəlif sahələrinə -
mədəniyyət, incəsənət, iqtisadiyyat və s. sahələrə aid (Azərbaycan
Respublikasının Qanunları, Fərmanları, Sərəncamları, Azərbaycan
mədəni quruculuq, mədəni əlaqə, kitabxana işi, turizm, regionlar
və s.) materialları araşdırıb ən yeni təsvir qaydasından
istifadə edırık analitik yazılışını və tam mətnini elektron
kataloqda yerləşdirir, bununla da rəhbər işçilərə, aparıcı və
elm sahəsində çalışan mütəxəssislərə məlumat verir;
Bu materiallar QOST 7.1. – 2003 Analitik Biblioqrafiya Təsvir
Qaydalarına uyğun tərtib olunur.
Fəaliyyətinin əsas istiqamətləri
Şöbə qarşısına qoyduğu vəzifəsini dünyanın ən böyük
kitabxanalarında tətbiq olunan VTLS – VİRTUA sistemi üzrə həyata
keçirir;
Hər ay elektron bazaya ötürdüyü materiallar əsasında “Mədəniyyət
incəsənət və turizm haqqında yeni ədəbiyyat” adlı cari
biblioqrafik informasiya göstəricisini tərtib edir;
Elektron kataloqa ötürülən analtik təsvir olunmuş materialların
əksəriyyətini tam mətn edilərək elektron məlumat bazasına
yerləşdirir;
Tam mətni olmayan dövri mətbuat səhifələrindəki əhəmiyyətli
məqalələr skaner olunaraq tam mətn halında elektron bazada
yerləşdirilir.