E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Çap məhsullarının rəqəmsallaşdırılması və tammətnli resursların yaradılması şöbəsi


Şöbə müdiri: Ağayeva Lalə Vidadi qızı
Tel.:
(+994 12) 598 48 69

E-mail: e_kitabxana@anl.az

 

Şöbə haqqında ümumi məlumatt

Çap məhsullarının rəqmsallaşdırılması və tammətnli resursların yaradılması şöbəsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq avtomatlaşdırılmış kitabxana sisteminin imkanlarından istifadə etməklə əsası 2006-cı ildən qoyulmuş Elektron kitabxananın (Azərbaycan, rus və ingilis dillərində) bazalarının zənginləşdirilməsi, yeni elektron məlumat bazalarının yaradılması işlərini həyata keçirir. Həmçinin şöbə hesablama texnalogiyaları və informasiya şəbəkələri - İnternet və İntranet vasitəsilə dünya və Azərbaycan elm və mədəniyyətinin müxtəlif sahələrinin nailiyyətlərinin təbliği və informasiya təminatını təmin etmək işini həyata keçirir.

Şöbənin strukturu

Şöbədə iki bölmə var:

Çap məhsullarının rəqəmsallaşdırılması bölməsi;

Elektron resursların məlumat bazalarında yerləşdirilməsi bölməsi.

Şöbənin əsas vəzifələri

Milli Kitabxananın fonduna daxil olan tammətnli nəşrlərin, əlyazmaların, dövri və ardı davam edən nəşrlərin və s. mühafizəsini təmin etmək, oxucuya xidmətin keyfiyyətini yaxşılaşdırmaq və işi günün tələblərinə uyğun qurmaq məqsədilə tammətinli nəşrlərin elektron resurslarının hazırlanması ilə Elektron kitabxananın bazalarının yaradılması, zənginləşdirilməsi;

Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş, görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri münasibəti ilə onların həyat və yaradıcılığını geniş əks etdirən elektron məlumat bazalarının yaradılması və bu bazaların zənginləşdirilməsi;

Yaradılmış tammətinli elektron resurslarınAzərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun şərtlərinə əməl etməklə oxucuların istifadəsinə təqdim etmək üçün həmin resursların İnternet və İntranetdə Milli Kitabxananın Elektron kitabxanasında (Azərbaycan, rus və ingilis dillərində) və digər elektron məlumat bazalarında yerləşdirilməsi.

Şöbənin əsas fəaliyyət istiqamətləri

Skaner və müvafiq proqramlar vasitəsilə nəşrlərin tammətnli elektron resurslarını işləyib hazırlamaq;

Hazırlanmış tammətinli resursları redaktə etmək;

Bu resursları oxucuların istifadəsinə təqdim etmək məqsədi ilə İnternet və İntranetə ötürmək və həmin resurslara interfeys “giriş” imkanı yaratmaq

 

<< Geri