Şöbə haqqında ümumi məlumatt
İnfrastrukturun təşkili və avtomatlaşdırma şöbəsi 2011-ci ilin
yanvar ayından fəaliyyət göstərir. Şöbə kitabxananın vahid
kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını,
kitabxananın elektron poçtunun, internet səhifəsinin
fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir
texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının
mühafizəsini təmin edi.
Şöbənin strukturu
Şöbənin strukturuna İnfrastrukturun təşkili sektoru və Proqram
təminatı sektoru daxildir.
Şöbənin əsas vəzifələr
Kitabxananın elektron informasiya təminatının həyata
keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak etmək;
Vətəndaşlar tərəfindən kitabxananın internet informasiya
ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə
istifadə olunması üçün tez və asan əldə edilən, optimal şərait
yaradılmasını təmin etmək;
Fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının,
təşkilati-sərəncamverici sənədlərin layihələrinin
hazırlanmasında iştirak etmək;
Kitabxananın vahid kompyuter şəbəkəsinin yaradılmasını,
fəaliyyətinin tənzimlənməsini və onun fasiləsiz işini təşkil
etmək;
Kitabxananın informasiya resursları, şəbəkələri ilə təminatını,
informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üçün
kompyuter proqramlarının tətbiqini təşkil etmək;
Kitabxananın keyfiyyətli və fasiləsiz internet bağlantısını
təmin etmək;
Kitabxananın kompyuter və şəbəkə avadanlıqlarının işləməsini və
idarə edilməsini təmin etmək;
Kitabxananın rəhbərliyi tərəfindən yaradılmış mobil qruplarda
iştirak etmək;
Milli Kitabxananın saytının (www.anl.az) və elektron kataloqun
oxucular tərəfindən açılıb oxunmasını təmin etmək;
Şöbənin iş planı, fəaliyyəti ilə bağlı kitabxananın rəhbərliyinə
məlumat vermək;
Şöbənin işçiləri tərəfindən fəaliyyət prosesində qanunvericiliyə
uyğun olaraq xidməti məlumatların, dövlət sirrinin qorunmasını
təmin etmək;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Şöbənin əsas fəaliyyət istiqamətləri
Kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının
yaradılmasını təmin edir;
Kitabxananın elektron poçtunun, internet səhifəsinin
fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir
texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının
mühafizəsini təmin edir;
Müvafiq sahənin inkişafını təmin edir;
Qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərir.