E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

ELMİ TƏDQİQAT VƏ METODİK TƏMİNAT ŞÖBƏSİ


Şöbə müdiri: Aygün Koçak
 

E-mail: anl.metodikixidmet@yandex.ru

 

Şöbə haqqında ümumi məlumatt

Elmi-tədqiqat və metodik təminat şöbəsi 2019-cu ildə Kitabxanaların metodik təminatı şöbəsi ilə Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin bazası əsasında yaradılmışdır.



Strukturu

Elmi-tədqiqat bölməsi
Kitabxanaların fəaliyyətinin metodik təminatı bölməsi


Vəzifələri

Elmi-tədqiqat bölməsi:

Kitabxana istifadəçilərinin informasiya tələbatçıları kimi öyrənilməsi, istifadəçilərə kitabxana xidmətinin təşkili və həyata keçirilməsi, kitab fondunun tərkibi, onun istifadəsi və oxucu tələbatına uyğunluğunun öyrənilməsi, informasiya-biblioqrafik resursların inkişafı, onların istifadəsinin effektiv öyrənilməsi, kitabxananın kadr resurslarının araşdırılması, respublikanın digər kitabxanalarının qarşılıqlı əlaqə məsələlərinin öyrənilməsi, bütövlükdə, həm kitabxananın, həm də ayrı-ayrı struktur yarımbölmələrində işin keyfiyyətini müəyyənləşdirmək məqsədilə elmi tədqiqatların aparılması;
Müxtəlif istiqamətlərdə mövcud problemləri müəyyən etmək, təhlil etmək və bununla bağlı aparılmış tədqiqatların nəticələrini elmi məqalə və məruzə şəklində həm yerli, həm xarici dövri elmi nəşrlərdə və konfrans material­larında dərc etmək.


Kitabxanaların fəaliyyətinin metodik təminatı bölməsi:

Kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir- infrastrukturun yaradılması, kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı üçün şəraitin yaradılmasını təmin etmək məqsədilə respublikada idarə tabeçiliyindən və növündən asılı olmayaraq bütün kitabxanalara metodik mərkəz kimi tövsiyələr vermək;
Rayon və şəhər kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılmasına, kitabxana proseslərinin avtomatlaşdırılmasına, elektron kitabxanaların və elektron kataloqun yaradılmasına və onlardan istifadənin təşkilinə, xidmət prosesində internetin axtarış sistemlərindən istifadəyə dair metodik köməklik göstərmək, qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılmasını təmin etmək;
Respublikanın və xarici ölkələrin qabaqcıl kitabxanalarının iş təcrübəsini öyrənib yerlərdə və Bakı şəhərində yerləşən kitabxanalarda təbliğ etmək;
Yeni texniki vasitələrin kitabxana işinə tətbiqi ilə əlaqədar kitabxana işinin aktual problemlərinə, bu və ya digər məsələlərinə dair metodik vəsaitləri, tövsiyələri hazırlayıb nəşr etmək;
İl ərzində respublikanın şəhər və rayon kitabxanalarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə ezamiyyələr təşkil etmək.




Fəaliyyət istiqamətləri

Elmi-tədqiqat bölməsi:

Kitabxana-informasiya sahəsini araşdırmaq məqsədi ilə sosioloji sorğular təşkil və tətbiq edir.
Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq məsələlərinə dair materiallar məcmuəsi - “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”ni hazırlayır və nəşr edir.
Tədqiqat işi və iş planı Elmi Şurada müzakirə edilərək, Şuranın təsdiqindən sonra tədqiqat işi təcrübədə tətbiqə keçirilir.
Aparılan tədqiqatların nəticələri çap edilir.

Kitabxanaların fəaliyyətinin metodik təminatı bölməsi:

Aktual mövzularda, əlamətdar və tarixi günlər, görkəmli şəxslərin yubileylərilə bağlı metodik vəsaitlər və daycestlər hazırlayaraq ölkə kitabxanalarına təqdim edir;
Regionlarda fəaliyyət göstərən kitabxana əməkdaşlarına müasir kitabxana işinin təşkili istiqamətində metodik köməklik göstərir;
Milli Kitabxananın elektron saytında aktiv olan “Onlayn Metodiki Xidmət” vasitəsilə də kitabxana işi ilə bağlı sorğular ətrafında metodik köməklik edilir;
Regionlarda fəaliyyət göstərən kitabxana əməkdaşlarına ALİSA proqramında sərbəst işləyə bilmələri üçün onlayn treninqlər keçirilir.

 

 

<< Geri