Şöbə müdiri:
Məmmədli Səyyаrə Оruc qızı
E-mail:
kitabisleme@anl.az
Tel ; (+994
12) 493 18 06
Şöbə haqqında ümumi məlumatt
Milli Kitabxananın Kitabişləmə və кataloqlaşdırma şöbəsi 1923-ci
ildə yaradılmışdır. Şöbə yarandığı gündən 1947-ci ilə qədər
komplektləşdirmə, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi
məsələləri ilə kompleks şəkildə məşğul olmuşdur. 1941-ci ildən
isə Kitabişləmə şöbəsinin əsasında 2 yeni şöbə -
Komplektləşdirmə, Kitabişləmə və кataloqlar şöbəsi təşkil
edilmişdir.
1950-ci ildən Kitabişləmə və кataloqlaşdırma şöbəsi sistemli
oxucu kataloqunu təşkil etməyə başlamışdır.
1957-58-ci illərdə ədəbiyyatın qrup halında işlənməsi bölməsi
Kitabişləmə və кataloqlaşdırma şöbəsinin tərkibində
yaradılmışdır.
1980-cı ildə şöbə tərkibində ədəbiyyatın qrup halında işlənməsi
bölməsi qalmaqla Elmi sistemləşdirmə və Kitabişləmə kimi 2
şöbəyə ayrılmışdır.
Strukturu
Baş əlifba kataloqu bölməsi.
Vəzifələri
Kataloqların tərtibi: ədəbiyyata (Azərbaycan və rus dillərində)
yazılmış kartoçkaların kataloqda öz əksini tapması.
Əlavə(ilkin) və əlavə(köhnə) ədəbiyyatın kataloqda işlənməsi və
fonda təhvili.
Kataloqların elmi və texniki redaktəsi.
Oxucuya xidmət.
Akt əsasında məzmunca və fiziki cəhətdən köhnəlmiş ədəbiyyatin
kataloqdan silinməsi.
Fəaliyyət istiqamətləri
Baş əlifba kataloqu daxili xidmət üçün nəzərdə tutulmuşdur.
Burada Azərbaycan və rus dillərində olan bütün növ ədəbiyyatın
kartoçkaları öz əksini tapmışdır.
Oxucu-əlifba kataloqu 1938-ci ildə yaradılıb. 1950-ci il də
daxil olmaqla, 1950-ci ildən sonrakı illəri əhatə edən
ədəbiyyatın kartoçkalarını özündə əks etdirir.
Avtoreferatların əlifba kataloqu daxili xidmət kataloqudur və
avtoreferatların 1974-cü ilin sonlarında, yəni avtoreferatların
müntəzəm daxil olduğu vaxtdan təşkil olunmuşdur.
Dissertasiya kataloqu 1994-cü ildə şöbəyə dissertasiyalar daxil
olduğu vaxtdan təşkil olunmuşdur.