Şöbə haqqında ümumi məlumatt
M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində
2005-ci ildən başlayaraq layihə çərçivəsində milli ədəbiyyatın
elektron kataloqunun yaradılması işinə başlanılmışdır. 2006-cı
ilin fevral ayından isə Elektron axtarış sistemlərinin inkişafı
şöbəsi müstəqil struktur kimi fəaliyyət göstərir. Şöbə
kitabxanaya daxil olan Azərbaycan və xarici dillərdə olan cari
ədəbiyyatın, Elektron kitabxananın inkişafi şöbəsinin
hazırladığı tam mətnli sənədlərin və elektron daşıyıcıların, Not
nəşrləri və səsyazmaları şöbəsindən alınan əlyazma notların,
Azərbaycan ədəbiyyatının arxivi şöbəsində olan ədəbiyyatın və
kitabxananın fondunda olan ədəbiyyatın elektron kataloqunun
yaradılması işini həyata keçirir.
Vəzifələri:
• Ədəbiyyatın biblioqrafik yazılarının tərtib edilməsi;
• Ədəbiyyata KBT cədvəlləri üzrə indeks və Azərbaycan Milli
Kitabxanasının (AMK) predmet rubrikalarının verilməsiı;
• Biblioqrafik yazılarının redaktəsi;
• Tərtib olunmuş biblioqrafik yazıların məlumat bazasına daxil
edilməsi;
• LDMS proqramı vasitəsilə ənənəvi kartoçkaların printerdən
çıxardılıb redaktə edilməsi;
• Fərdi müəllif adlarının Nüfuzlu / normativ fayllarınnın
yaradılması və redaktə edilməsi;
• Biblioqrafik yazılarda predmet rubrikalarının redaktəsi;
• Məlumat bazasında avtoreferat və dissertasiyaların
biblioqrafik yazılarının redaktəsi.
Şöbə məlumat bazasına ədəbiyyatın aşağıdakı növlərini daxil edir:
• Monoqrafiyaları;
• Monoqrafik seriyaları;
• Dissertasiyaları;
• Dissertasiyaların avtoreferatlarını;
• Kartoqrafiya materiallarını;
• Not-musiqi nəşrlərini;
• Elektron resursları.
Fəaliyyətinin əsas istiqamətləri:
Şöbə elektron kataloqda biblioqrafik yazıları VTLS sistemində
VİRTUA proqram təminatında, MARC21 formatında təqdim edir.
Məlumat bazası yaradıldıqda ən yeni biblioqrafik nəşrlərdən
istifadə olunur ki, bu da təsvirin tam dolğun şəkildə
aparılmasına imkan verir. Biblioqrafik yazılar AACR2-yə uyğun
2013-cü ildə təsdiq olunmuş Milli Standart olan vahid
biblioqrafik təsvir qaydası əsasında tərtib olunur. Biblioqrafik
yazılar əsas biblioqrafik məlumatları: adlar başlığını,
təşkilatların adlarını və unifikasiya sərlövhələrini, nəşr
haqqında məlumatları, buraxılış məlumatlarını, fiziki
xüsusiyyətləri, həmçinin elmi kitabxanalar üçün KBT
cədvəllərinin tam nəşrinin təsnifat indekslərini və Azərbaycan
Milli Kitabxanasının (AMK) predmet rubrikalarını, İSBN-i,
qiymətini, tirajını və bundan əlavə nüsxələrin sayı və həmin
nüsxələrin yerləşdiyi yer haqqında kodlaşdırılmış məlumatları,
tam mətnli sənədlər haqqında məlumatı və ünvanı da biblioqrafik
təsvirə ehtiva edərək, elektron kataloq vasitəsilə oxucu
sorğusuna tam və dolğun şəkildə cavab verir.