E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

NƏŞRİYYAT İŞLƏRİ ŞÖBƏSİ


Şöbə müdiri: Abbasova Xeyransa Vaqif qızı


Tel.:
(+994 12) 498 71 62

 

E-mail: nesriyyat@anl.az

 

Şöbə haqqında ümumi məlumat

Kitabxana fəaliyyətə başlayan gündən bəri ixtisasa aid metodik vəsaitlərin, kitabçaların, tarixi günlərə dair müxtəlif məzmunlu materialların, seminar və müşavirələr üçün sənədlərin, biblioqrafik göstəricilərin və s. nəşri ilə məşğul olmuşdur. Şöbə yaradılmadan öncə həmin işləri ayrı-ayrı şöbələr müstəqil olaraq, fərdi qaydada həyata keçirirdilər. Bu pərakəndəliyin qarşısını almaq üçün, yeni bir struktur bölmə yaratmağa ehtiyac duyulmuş və 1980-ci ildə kitabxananın Elmi-tədqiqat şöbəsinin nəzdində Nəşriyyat bölməsi yaradılmışdır. 1981-ci ildən Nəşriyyat bölməsi, sərbəst fəaliyyət göstərən şöbəyə çevrilmişdir. Şöbə hal-hazırda “Nəşriyyat işləri”şöbəsi adı ilə fəaliyyət göstərir.


Vəzifələri

Nəşr olunmaq üçün təqdim edilən bütün vəsaitləri qəbul edilmiş qayda əsasında Dövlət standartına uyğun olaraq nəşrə hazırlamaqdır.


Fəaliyyət istiqamətləri

Milli Kitabxananın Diyarşünaslıq elmi biblioqrafiya, Elmi tədqiqat və metodik təminat, Analitik biblioqrafik resursların yaradılması, Çap məhsullarının qeydiyyatı və milli biblioqrafiya şöbələrinin və digər şöbələrin iş planlarına əsasən nəşriyyat fəaliyyətini təşkil etmək;
• Kitabxananın və respublikanın digər kitabxanalarının nəşr olunmaq üçün təqdim etdikləri bütün vəsaitlərin redaktəsi və korrektəsi işini həyata keçirmək;
• Kitabxanada keçirilən tədbirlər, konfranslar və təqdimat mərasimləri üçün lazım olan nəşriyyat məhsullarını, nəşr edilən vəsaitlərin üz qabıqlarının tərtibatını hazırlamaq;
• Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tələbələrinə, diplomçulara və magistrlara kitabxananın nəşr fəaliyyəti haqqında olan vəsaitlərlə təmin etmək.
 

 

<< Geri