Şöbə haqqında ümumi məlumat
Mətbəə şöbəsi 2006-cı ildən müstəqil şöbə kimi fəaliyyətə
başlamışdır.
Vəzifələri
Milli kitabxananın nəşrə hazırladığı bütün çap məhsullarını nəşr
etmək;
Qəzet və jurnalları cildləmək.
Fəaliyyət istiqamətləri
Milli kitabxananın hazırladığı biblioqrafik göstəriciləri,
tövsiyə ədəbiyyatlarını, keçirilən tədbirlər üçün hazırlanan
dəvətnamələri və oxuculara xidmətlə bağlı olan şöbələrin
tələbnamə və nəzarət vərəqələrini çap edir, kitabxananın çap ilə
bağlı olan bütün məsələləri həll edir;
Kitabxanaya daxil olan qəzet və jurnalları vaxtaşırı cildləyir;
İşlənmiş, korlanmış, təmirə ehtiyacı olan, fiziki cəhətdən
dağılmış qəzet, jurnal və kitabları bərpa edir.