Şöbə haqqında ümumi məlumatt
1927-ci ildən “Məlumat bürosu”, 1974-cü ildən “Məlumat-biblioqrafiya”,
2006-cı ildən “Sorğu-informsiya xidməti”, 2017-ci ildən isə
“Biblioqrafik və elektron informasiya xidməti” adı ilə
fəaliyyətə başlayan şöbəsinin əsas funksiyası günün tələbinə
uyğun olaraq məlumat-biblioqrafiya aparatının və yardımçı fondun
təşkili, elektron və ənənəvi kataloqlarla xidmət, müxtəlif
mənbələrdən (poçt, telefon, məkub, yazılı və şifahi arayışlar)
və oxuculardan alınan biblioqrafik və elektron arayışların dəqiq,
dolğun, operativ yerinə yetirilməsi, elektron informasiya
texnologiyaları vasitəsilə oxuculara xidmətin təşkili, virtual
sifarişlərin qəbulu və içrası, MDB dövlətləri və xarici
dövlətlərlə elektron kitab mübadiləsi işini həyata kecirməkdir.
2000-ci ildə fəaliyyətə başlamış İNTERNET zal, 2006-cı ildə
Elektron informasiya xidməti şöbəsi kimi öz işini davam etdirmiş,
2017-ci ildən isə Biblioqrafik və elektron informasiya xidməti
şöbəsinin tərkibində “Elektron informasiya xidməti və
kitabxanalararası abonement” bölməsi adı ilə fəaliyyət göstərir.
Dünya kitabxanalarından müxtəlif ədəbiyyatlar oxucuların
sifarişi əsasında “Elektron informasiya xidməti və
kitabxanalararası abonement” bölməsi vasitəsilə həyata keçirilir.
Bu bölmə xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında bu və
ya digər materiallara ehtiyac duyan oxuculara, eyni zamanda
respublikamızın digər şəhər və rayonlarında yerləşən mərkəzi
kitabxanalar vasitəsilə bütün Azərbaycan oxucularına da virtual
rejimdə kitabxana xidmətini həyata keçirir. Bu da yerlərdəki
mərkəzi kitabxanalarda oxuculara verilən rədd cavablarının
sayının minimuma endirilməsinə, regionlardakı oxuculara və
mütəxəssislərə kitabxana xidmətinin səviyyəsinin yüksəldilməsinə
səbəb olur.
2008-ci ilin mart ayından oxuculara xidməti yaxşılaşdırmaq
məqsədi ilə “Virtual sifariş”
(http://www.millikitabxana.az/online-services/virtual-order)
xidməti fəaliyyət göstərir. Kitabxananın saytına http://www.millikitabxana.az/
daxil olmaqla bu xidmət haqqında məlumat almaq olar.
Həmçinin şöbədə daha bir virtual xidmət növü - “Biblioqrafık
sorğu”( http://www.millikitabxana.az/online-services/bibliographic-request
)fəaliyyət göstərir. Bu virtual xidmət vasitəsilə dünyanın
istənilən nöqtəsindən hər bir kitabxana işçisi, müxtəlif
oxucular biblioqrafik sorğularını Milli Kitabxanaya ünvanlayır
və qısa müddətdə ona cavab ala bilirlər.
Strukturu
Elektron kataloqlarla xidmət bölməsi;
Biblioqrafik xidmət bölməsi;
Elektron informasiya xidməti və kitabxanalararası abonement
bölməsi.
Vəzifələri
Elektron və ənənəvi kataloq və kartoteka sistemi ilə
biblioqrafik xidmət göstərmək, oxucuları məlumat-biblioqrafiya
bilikləri ilə maarifləndirmək;
Biblioqrafik sorğuların icrası
Elektron informasiya texnologiyaları vasitəsilə oxuculara
xidmətin təşkili;
Oxuculara məsafədən sifarişi (Virtual) qısa zamanda yerinə
yetirmək;
MDB dövlətləri və xarici dövlətlərlə elektron kitab mübadiləsi
Fəaliyyət istiqamətləri
Biblioqrafik və elektron informasiya xidməti;
Biblioqrafik sorğuları cavablandırmaq;
Ali dövlət orqanlarından, müəssisə və təşkilatlardan, ayrı-ayrı
oxucu qruplarından şöbəyə daxil olan yazılı və şifahi
arayışların cavablandırılması;
Yardımçı ədəbiyyat fondunun komplektləşdirməsi, daxili kataloq
və biblioqrafik kartoteka sistemində əks olunması;
“Yeni ədəbiyyat” və “Kitabxananın nəşrləri” başlıqlı daimi
sərgilər təşkil edilməsi;
Elektron və ənənəvi kataloq vasitəsilə biblioqrafik xidmət
göstərilir;
Ödənilmiş arayışlar fondunun elektron bazası yaradılır;
Respublika əhəmiyyətli sərgilərin təşkilində iştirak edir;
Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş,
həmçinin görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri
münasibəti ilə onların həyat və yaradıcılığını əks etdirən
sərgilərin təşkili işində bibloqrafik xidmət edir;
Oxucuları informasiya ilə təmin etmək üçün yeni xidmət
növlərinin araşdırılması və istifadəçilər üçün məlumatın əldə
edilməsinin təkmilləşdirir.
Xarici dövlətlərlə elektron kitab mübadiləsinin təşkili