Şöbə müdiri:
Hüseynova Gülər Elçin qızı
Tel.: (+994 12) 498 88 52
E-mail:
e_dissertasiya@anl.az
Şöbə haqqında ümumi məlumatt
Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi
2009-cu ilin yanvar ayından şöbə kimi fəaliyyət göstərir.
Şöbədə1991-ci ildən etibarən Azərbaycanda müdafiə edilmiş
dissertasiyalar mühafizə olunur. Hal-hazırda şöbədə 12 970
dissertasiya vardır ki, bunların 7987 nüsxəsi Azərbaycan dilində,
4916 nüsxəsi rus dilində, 67 nüsxəsi isə xarici dildə olan
dissertasiyalardır.
Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanası
arasında imzalanmış Müqaviləyə əsasən Rusiya Dövlət
Kitabxanasının Elektron Dissertasiya Fondunun virtual oxu zalına
birbaşa giriş mümkündür.
Şöbənin fondunda mövcud olan dissertasiyaların tammətnli
elektron versiyasının hazırlanması və lokal şəbəkədə
yerləşdirilməsi prosesi davam edir. Hal-hazırda elektron
bazamızda 11 773 nüsxədən çox tammətnli dissertasiya və
aftoreferat oxucularımızın istifadəsindədir.
Vəzifələri
Azərbaycanda müdafiə edilən dissertasiyaları mühafizə etmək və
oxuculara xidmət göstərmək;
Oxuculara yerli dissertasiyalarla yanaşı eyni zamanda Rusiya
Dövlət Kitabxanasının dissertasiya və aftoreferatlarının
tammətnli elektron bazasından virtual xidmət göstərmək;
Milli Kitabxananın fondunda mühafizə olunan dissertasiya və
aftoreferatların elektron bazasının yaradılması prosesini həyata
keçirmək;
Yaradılan tammətnli dissertasiya və aftoreferatların elektron
bazası vasitəsi ilə oxuculara xidmət göstərmək.
Fəaliyyətinin əsas istiqamətləri
Azərbaycanda müdafiə edilən dissertasiyaların mühafizəsi,
elektron daşıyıcılara köçürülməsi və oxuculara çatdırılması;
Rusiya Dövlət Kitabxanasının dissertasiya və aftoreferatlarının
tammətnli elektron bazasını oxucuların istifadəsinə vermək;
İstifadəçilər üçün məlumatın əldə edilməsini təkmilləşdirmək;
Dünya kitabxanalarının qabaqcıl iş təcrübələrini öyrənib tətbiq
etmək.