Şöbə haqqında ümumi məlumatt
M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası 1923-cü il may
ayının 23-də fəaliyyətə başlamışdır. Kitabxana hazırda
yerləşdiyi binaya 1960-cı ildə köçürülmüşdür. Kitabxananın
“Musiqi ədəbiyyatı” şöbəsi 1961-cı ildə təşkil olunmuşdur. Elə
həmin ildən etibarən fonoteka bölməsi fəaliyyətə başlamışdır.
Musiqi ədəbiyyatı şöbəsində musiqi notları, qrammofon valları,
musiqiyə dair kitab, jurnal və digər nəşr nümunələri toplanır.
Fonoteka bölməsi fəaliyyətə başladığı zaman onun fondunda 1000
ədəd qrammofon valı var idi. Hal hazırda onun sayı 30.000
nüsxədir. Şöbənin fondunda not, kitab, qrammofon valları (CD)
ilə yanaşı jurnallar, Azərbaycan bəstəkarlarının əlyazmaları və
səhnə dram əsərlərinin əlyazmaları mövcudur.
1971-ci il 21- iyun tarixində Mədəniyyət Nazirliyi tərəfindən
Foneteka bölməsi haqqında əsasnmə təstiq edilmişdir.
1981 ci ildə musiqi ədəbiyyatı şöbəsinin fonduna yeni ədəbiyyat
növü - Azərbaycan bəstəkarlarının əlyazmaları daxil edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarı ilə
bəstəkarların əlyazmaları həmin ildən şöbə tərəfindən qəbul
edilir, xüsusi inventar kitabında qeydə alınır və onlara dair
məlumatlar kataloqda əlifba sirası üzrə yerləşdirilir.
Azərbaycan bəstəkarlarının əlyazmaları, milli və xarici not
əsərlərinin elektron kataloqu yaradılıb.
2000-ci ildən teatır üçün yazılmış səhnə əlyazmaları fonda daxil
edilir.
2006-cı ilin fevral ayından etibarən şöbə Not nəşirləri və
səsyszmaları şöbəsi adlandırilmişdir. Şöbənin əsas nailiyyətı
Fonoteka zalının yenidən qurulması ilə bağlıdır. Həmin ildə
Azərbaycan və Yaponiya höküməti arasında bağlanmış müqaviləyə
əsasən Fonoteka zalı yeni avadanlıqla təmin olunmuşdur. Zalda 10
nəfərin eyni zamanda musiqini yüksək səviyyədə dinlənməsindən
ötrü (CD) yerləşdirilən 10 masada qulaqcıqlara birləşdirilən 4
maqnitofon vasitəsilə kasetlər səsləndirilir. Bundan əlavə
ayrıca 1səsyazma aparatı da fonetekanın qrammofon vallarının
kompakt disklərə (CD) köçürülməsi üçün ayrılmışdır. Hal hazırda
şöbədə 3 mindən artıq CD-yə milli musiqimizin - bəstəkar,
xanəndə və ifaçıların qrammofon yazıları, habelə dünya
bəstəkarlarının opera, balet, sımfonik əsərləri köçürülmüşdür.
Milli musiqimiz ilə yanaşı fondda qorunan xarici musiqilər də
qrammofon vallarından elektron kataloqa və CD - lərə köçürülməsi
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata
keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan klassiklərinin musiqi
əsərləri yazılmış qrammofon vallarının informasiya
daşıyıcılarına köçürülməsi işi 2009-cu ildən sürətlə həyata
keçirilir. Fonoteka fondunda saxlanılan qrammofon valları
əsasında tərtib olunmuş CD-lərin kataloqunda xüsusi bir bölmə -"Azərbaycanın
səs irsi" bölməsi yaradılmışdır. CD, Qrammofon valı və notlar
“Vahid təsvir qaydaları” əsasında təsvir olunur: Qrammofon valın,
CD-in və notların inventar kitabına yazılması; “Vahid təsvir
qaydaları” əsasında işlənməsi; əlifba və sistemli kataloqların
təşkil edilməsi
Hazırda şöbənin fondunda 200 000 not nəşri, 2300 nüsxə not
əlyazması, 2100 pyes əlyazması, 30.000 nüsxə qrammofon valı,
3.000 nüsxə kompakt disk, 10 000 nüsxə musiqiyə dair kitab oxucu
və dinləyicilərin istifadəsindədir. Şöbənin Fonoteka zalı musiqi,
məktəb, kollec, Musiqi Akademiyası və Milli Konservatoriyanın
tələbə və müəllimlərinə, eyni zamanda musiqi ilə maraqlananlara,
bəstəkarlara, musiqişünaslara, musiqiçilərə xidmət edir.
Oxuculara xidmət işində fonotekanın vəzifələri:
Zalda oxuculara CD, qrammofon vallarının və notların verilişi
Oxucuların istəyi əsasında musiqi əsərlərinin seçilməsi
CD və qrammofon vallarının kütləvi surətdə dinlənilməsi
Not və kitabların verilməsi.
Strukturu
Fonoteka bölməsi
Not əlyazmalarının arxivi bölməsi
Not nəşrləri bölməsi
Vəzifələri
Əlyazmalar, qrammafon vallarını komplektləşdirmək, uçotunu
aparmaq, kataloqunu tərtib etmək, sistemləşdirmək və
respublikanın musiqi sahəsinə tələbatı olan oxuculara kompleks
şəkildə differensial xidmət göstərmək.
Fəaliyyət istiqamətləri
Oxuculara şifahi və yazılı tematik arayışlar verməklə daxildə və
şöbədənkənar müəssisə və təşkilatlara, məktəblərə və başqa
musiqi ocaqlarına kütləvi tədbirlərin keçirilməsi işində
bilavasitə xidmət göstərir;
Şöbənin zalında musiqi sahəsi ilə əlaqədar bəstəkarların
ildönümləri münasibətilə əlamətdar və tarixi günlərə dair
sərgilər təşkil edir, habelə onların həyat və yaradıcılığını əks
etdirən məqalələri dövri mətbuatda çap edərək, biblioqrafik
tövsiyə vəsaitlərini hazırlayır;
Oxucuların musiqiyə dair tələbatını yetərincə ödəmək məqsədilə «Musiqi
dünyası» və «Min bir mahnı» jurnallarında gedən materialların
iki dildə (Azərbaycan və rus) analitik-biblioqrafik təsvirini
edir, bütün məqalələr mövzu kartotekasında öz əksini tapır;
Şöbə öz fondunu hər hansı bir musiqi informasiyasına cavab verən
xüsusi kataloq sistemində - əlifba, sistemli kataloq və mövzu,
mətn kartotekalarında əks etdirir.