E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ


1922

Azərbaycan mərkəzi Dövlət Kitabxanası yaradılmışdır. Yanvar ayında Xalq Maarif Komissarlığı tərəfindən Mərkəzi kitabxananın direktoru vəzifəsinə Müseyib İbrahim oğlu Səlimov təyin edilmişdir.

Kitabxana üçün ilk olaraq keçmiş Bakı ictimai yığıncağı kitabxanasının binası (Malıgin küçəsi) ayrılmışdır

·  Kitabxana noyabr ayında Birjavoy (indiki Ü.Hacıbəyov) küçəsindəki 9 nömrəli evə - keçmiş Azərbaycan İqtisadiyyat Şurasının binasına köçürülmüşdır.

1923

·   May ayının 23-də kitabxananın rəsmi açılışı olmuşdur. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. Kitabxananın fondu 51.000 nüsxə kitab olmuşdur.

1928

 Kitabxananın fondu 300.000 ədəbiyyat olmuşdur.

 Kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa,Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır. Oxucuları 3183 nəfər olmuşdur.

1939

·    Azərbaycan Respublika el kitabxanasına (Bakı) M.F. Axundovun adı verilmişdir.. 

1950-1960

·     Kitabxananın yeni binasının tikintisinə başlanılmışdır.. 

1961

·  Kitabxana yeni binaya köçmüşdür.Binanın yerinin seçilməsində və tikilməsində görkəmli Xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, binanın layihəsi isə akademik Mikayıl Hüseynova məxsusdur.

1963

·   M.F.Axundov adına Respublika Kitabxanasının 40 illiyi keçirilmişdir.

1964

  Ə.Əliyevin tərtib etdiyi “Azərbaycan kitabı” biblioqrafiyasının I-ci cildi capdan çıxmışdır.  

1973

·  Kitabxananın 50 illiyi dövlət səviyyəsində keçirilmişdir.

1980-1992 ·  M.F.Axundov adına Respublika Dövlət kitabxanasının elmi əsərləri (6 buraxılışda) capdan çıxmışdır.

1983

·  Kitabxananın 60 illiyi tamam olmuşdur.

1993

·    M.F.Axundov adına Respublika Dövlət Kitabxanasının yaradılmasının 70 illik yubileyi qeyd edilmişdir;

·    M.F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanası əməkdaşlarının əsərləri (1923-1993-cü illər) çap olunmuşdur.

· M.F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının nəşrləri (1923-1993-cü illər) biblioqrafiyası çap edilmişdir

“70 il xalqın xidmətində” M.F.Axundov adına Azərbaycan Respublika Dövlət kitabxanasının tarixinə dair materiallar məcmuəsi capdan çıxmışdır.

1995 

·     Ulu öndər ,ümummilli lider Heydər Əliyev “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabın təqdimat sərgisində iştirak etmişdir..

1996

·    İsranldə çapdan cıxmış “Heydər Əliyev: siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimində Ulu öndər ,ümummilli lider Heydər Əliyev çıxış etmişdir.

İran İslam Respublikasının Bakıdakı səfirliyi tərəfindən kitabxanada “Dostluq salonu” açılmışdır.

1997

·     M.F.Axundov adına Respublika Kitabxanasında Amerikada nəşr edilən “Azərbaycan internəşnl” jurnalının beş illiyinə həsr olunmuş mərasimdə Ulu öndər, ümummilli lider Heydər Əliyev çıxış etmişdir.

 ● “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimində Ulu öndər, ümummilli lider Heydər Əliyev çıxış etmişdir.

1998

 ● Türkiyə Cümhuriyyətinin Azərbaycanda fəaliyyət göstərən “Bayholdinq” şirkətinin kitabxananın “Dövri mətbuat” zalını təmir etmişdir.

2000

 ● NK-nın 6 mart tarixli 30№-li qərarı ilə Azərbaycan Milli Kitabxanasının Əsasnaməsi təsdiq edilmişdir.

· Kitabxanada İnternet Mərkəzi açılmışdır

2004

 Kitabxanaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir.

2005

 Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edildi.

2006

 14 martda Avstriya Milli kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

  5 iyulda Çelyabinski vilayət elmi universal kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

  Dekabr ayında Türkiyə Cümhuriyyətinin Milli kitabxanası ilə qarşılıqlı işbirliyinə dair əməkdaşlıq protokolu imzalanmışdır.

  Dekabr ayında Belarus Milli kitabxanası ilə əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır. 

  “İnformasiya texnologiyalarının kitabxana işinə tətbiqi və avtomatlaşdırma” mövzusunda beynəlxalq seminar krçirilmişdir.

· Kitabxanada Şimali Atlantika Alyansının dəstəyi ilə yaradılmış "Avro-Atlantika Mərkəzi" açılmışdır.

2007

 21 noyabrda İran İslam Respublikasının Milli kitabxanası və Arxivi arasında memorandum Sazişi imzalanmışdır.

Fransa Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

·  A.Firdovsi adına Tacikistan Milli kitabxanası ilə əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.

  7 mayda Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanası arasında Anlaşma Memorandum imzalanmışdır.

  30 mayda Slovakiya Milli kitabxanası ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

  25 dekabrda Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq Proqramı (2008-2010-cu illər üçün) imzalanmışdır.

  30 yanvarda Latviya Milli kitabxanası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

·  Latviya Akademiya Kitabxanası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

  Belarus Milli kitabxanası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

  Qazaxıstan Respublikası Milli akademik kitabxanası arasında əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.

· Qırğızıstan Respublikası Milli kitabxanası Ilə əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır

·  A.Firdovsi adına Tacikistan Milli kitabxanası ilə əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.

2008

Kitabxana “Avropa Elektron kitabxanası”na üzvlüyə qəbul edilib.

  Kərim Tahirovun “M. F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi 1923-2008-ci illər” monoqrafiyası capdan çıxmışdır

  Kitabxananın 85 illiyi ilə əlaqədar "M.F.Axundov adına Azərbaycan Milli  Kitabxanasının əməkdaşlarına "Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam vermişdir.

  Kitabxananın 85 illiyi ilə əlaqədar "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam vermişdir.

 27 martda Niderland Milli Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

19 noyabrda Özbəkistan Respublikasının Milli kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

2009

  8 iyulda Suriya Ərəb Respublikası Əl-Əsəd Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

 Kərim Tahirov “M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzununda dissertasiya müdafiə etmişdir.

2010

 İyunun 8-də Estoniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Moldova Respublikası Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

İordaniya Milli Kitabxana Departamenti arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.

2011

 Mayın 4-də İsveçrə Milli kitabxanası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

2012

 Rusiya Dövlət Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır.

İyunun 18-də Macarıstan Milli Kitabxanası ilə əməkdaşlıq haqqında Memorandumun imzalanmışdır.
Dekabırın 3-də Yunanıstan Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanmışdır

2013

· Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır;

· Polşa Respublikasının Milli Kitabxanası ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır;
· Milli Kitabxana Almaniyanın Humboldt Universiteti ilə əməkldaşlıq memorandumu imzalamışdır;
· Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri çərçivəsində “Park İnn” hotelində Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü keçirilmişdir;
· Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclası və Milli Kitabxananın 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin iştirakçılarını qəbul etmişdir;
· Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir;
· Milli Kitabxanada Azərbaycan ədəbiyyatında və digər xalqların poeziyasında ana haqqında yazılmış şeirlərin toplandığı “Ana dedim, qarşımda gözəl bir səhnə açıldı” kitabının (tərtibçiləri Əli Vəkil, Kərim Tahirov, Taleh Həmid ) təqdimat mərasiminin keçirilmişdir;
· Milli Kitabxananın Sankt-Peterburq Prezident Kitabxanası və Qazaxıstanın Milli Akademik Kitabxanası ilə əməkdaşlıq memorandumları imzalanmışdır;
· Milli Kitabxanada “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” adlı sərgi açılmışdır;
· Milli Kitabxanasında yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Zərifə Əliyeva” kitabının təqdimat mərasimi keçirilmişdir;
· Bakıda “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransdaMilli Kitabxanasının direktoru Kərim Tahirov “Milli kitabxana cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimi” məruzəsi ilə çıxış etmişdir;
· Aprelin 3-də M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Milli Kitabxanasında birgə təşkilatçılığı ilə“HeydərƏliyevvəAzərbaycanfolkloru” mövzusundaelmi-praktikkonfranskeçirilmişdir;
· Milli Kitabxananın əməkdaşları tərəfindən “Mirzə Fətəli Axundzadə - 200” adlı biblioqrafiya tərtib edilmişdir;
· Milli Kitabxananın 90 illik yubileyi münasibətilə bir qrup işçiyə “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlar təqdim edilmişdir;
· Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda Azərbaycan Milli Kitabxanasıtərəfindən “Novruz kitab yaddaşımızda”adlı kitab sərgisi təşkil olunmuşdur;
· Xalq rəssamı Tahir Salahovun 85 illik yubileyi münasibətilə rəssamın ev-muzeyində Milli Kitabxananın tərtib etdiyi “Tahir Salahov. Biblioqrafiya” kitabını təqdim mərasimi keçirilmişdir.

2014

Aprelin 29-da Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə Bakıda Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilmişdir. Tədbir çərçivəsində "Kənd Kitabxana İnformasiya Mərkəzi" pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan
"ALİSA" proqramının təqdimatı olmuşdur;
 Yanvarın 10-da Milli Kitabxanasında türkdünyasının mədəni irsinintəbliği, türkdilliölkələr arasında əməkdaşlığın gücləndirilməsi sahəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə görə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova "TÜRKSOY-unb 20 illiyi" yubiley medalını təqdim edilmişdir;
 Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Teymur Elçin” biblioqrafiyası tərtib edilmişdir.

2015

● Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidentiyanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Kitabxanasında“ Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusuda konfrans keçirilmişdir; Aprelin 29-da Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə Bakıda Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilmişdir. Tədbir çərçivəsində "Kənd Kitabxana İnformasiya Mərkəzi" pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan "ALİSA" proqramının təqdimatı olmuşdur;

Azərbaycan Milli Kitabxanası, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Krallığının Milli Kitabxanası arasında memorandum imzalanmışdır;
Milli KitabxananınTreninq mərkəzində "Region kitabxanalarında-informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" kursu keçirilmişdir.
Azərbaycan və Bosniya-Herseqovina milli kitabxanaları arasında əməkdaşlıq barədə memorandum imzalanmışdır;
Sofiya şəhərində Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstanın Müqəddəs Kirill və Mefodi Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumu imzalanmışdır;
Milli Kitabxana ilə Çin Milli Kitabxanası arasında memorandum imzalanmışdır.
Avrasiya Kitabxanalar Assambleyasının XVIII ümumi iclasında Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezident seçilmişdir;
Azərbaycan Milli Kitabxanasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda elmi konfrans keçirilmişdir;
Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydin Milli Kitabxanaya 5000 kitab hədiyyə etmişdir.

2016

● İyul ayında Azərbaycan Respubliksı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında kitabxananln nəzdində 24 saat xdmət göstərən “Mən oxudum, sən də oxu” devizi altında Açıq kitabxananın açılış mərasimi keçirilmişdir;

● Mayın 3-də Milli Kitabxanada “Azərbaycan Kitabxana Ensiklopediyası”nın (AKE) təqdimat mərasimi keçirilmişdir;
● Milli Kitabxananın Kitab xidmətişləri üzrə direktor müavini, Oxuculara xidmət şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılovanın tərtib etdiyi “Oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi” adlı kitabı çapdan çıxmışdır;
● Mayın 5-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” adlı elmi konfrans keçirilmişdir;
● Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova və Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva tərəfindən hazırlanan "Açıq Kitabxananın fəaliyyətinin əsas istiqamətləri" adlı metodik vəsait çapdan çıxmışdır;
● Mədəniyyət və Turizm Nazirliyi, Bakın Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə“Multikulturalizm və kitab” mövzusunda Konfransvə“Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı keçirilmişdir;
● Milli Kitabxanada əməkdaşlarımızın tərtib etdiyi “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” elektron məlumat bazasının yaradılmasının təqdimat mərasiminin keçirilmişdir.

2017

● Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunan “Azərbaycanda multikulturalizm” biblioqrafiyasının təqdimat mərasimi keçirilmişdir;

● Milli Kitabxanada “Kitabxana üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda konfrans keçirilmişdir;
-Milli Kitabxana ilə Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır;
● MilliKitabxanada “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq keçirilmişdir;
● Milli Kitabxana ilə Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” ədəbi-musiqili layihəsi çərçivəsində birgə təşkil etdiyi görkəmli şairə Xurşudbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş tədbir keçirilmişdir;
● Milli Kitabxanada “Əziz Əliyev. Biblioqrafiya” kitabının və “Əziz Əliyev” elektronməlumat bazasının təqdimat mərasimi keçirilmişdir.
● Milli Kitabxanada SSRİ Xalq artisti Bülbülün anadan olmasının 120 illiyi ilə bağlı “Bülbül. Biblioqrafiya” kitabı və “Bülbül” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir;
● Azərbaycan və Belarus milli kitabxanaları arasında saziş imzalanmışdır.

2018

● M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaradılmasının 95 illiyi qeyd edilmişdir;

● M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Heydər Əliyev (Əliyev Heydər Əlirza oğlu)” biblioqrafiyasını nəşr etdirmişdir;
● M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev” adlı elektron məlumat bazası hazırlanıb İnternet üzərindən informasiya istifadəçilərinin ixtiyarına verilmişdir;
● Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Zərifə Əliyeva. Biblioqrafiya" kitabı və"Zərifə xanım Əliyeva 95" adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir;
● Milli Kitabxanada “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxmışdır; 
● ABŞ-da Kaliforniya Los-Anceles Universitetinin (UCLA) kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir;
● Milli Kitabxanada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən 13-cü sessiyasının nəticələrinə dair mətbuat konfransı keçirilmişdir;
● Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş “Milli kitabxanalarda innovasiyalar – dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir;
● Milli Kitabxanada “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Molla Pənah Vaqif” biblioqrafiya kitabı çapdan çıxmışdır;
● Milli Kitabxanada “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabının və “Mikayıl Müşfiq – 110” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir;
● Qətərin paytaxtı Dohada M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə bu ölkənin milli kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır;
● "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” mədəniyyət ili çərçivəsində Milli Kitabxanada "Ekstremizm və islamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti” üzrə milli seminar keçirilmişdir. 

2019

● Sentyabr ayının 27-də Azərbaycan Milli Kitabxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ilə “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində "Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı kitab sərgisinin və Beynəlxalq əməkdaşlıq zalının açılış mərasimi olmuşdur.

● Milli Kitabxanada “Nəsimi ili” çərçivəsində kitabxana əməkdaşlarıın tərtib etdikləri “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi – 650” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir;
● Milli Kitabxanada Nizami Gəncəvinin türkdilinə tərcüməedilmiş"Xəmsə"sinin təqdimat mərasimi keçirilmişdir;
● Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Nizami Cəfərov. Biblioqrafiya” kitabının və “Nizami Cəfərov-60” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir;
● Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən 71-ci Frankfurt Beynəlxalq Kitab Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasıilə Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır;
● Milli Kitabxanadaərəbşünas-alim Aida İmanquliyevanın 80 illiyinə həsr olunan “Aida İmanquliyeva” biblioqrafiyasının və elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir;
● Azərbaycanın Qırğızıstandakı səfirliyi, TÜRKSOY təşkilatı, ManasUniversiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyivə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Bişkek şəhərində İmadəddin Nəsiminin650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir;
● Milli Kitabxanada Cəlil Məmmədquluzadənin 150illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir;
● Milli Kitabxananın “Milli musiqi xəzinəmizdən” layihə üzrə ilk dəfə hazırlanan SSRİ Xalq artisti Fikrət Əmirovun və Əməkdar incəsənət xadimi Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət eyniadlı not məcmuələrinin təqdimat mərasiminin keçirilmişdir;
● Milli Kitabxanada “Xalq yazıçısı İlyas Əfəndiyevin ədəbi irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilmişdir;
● Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ankara və İstanbul şəhərlərində Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilmişdir;
● Milli Kitabxana əməkdaşları tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti-100" adlı biblioqrafiya çapdan çıxmışdır;

2020

● Milli Kitabxana COVİD-19 infeksiyası ilə mübarizə çərçivəsində mart-may aylarında onlayn rejimdə elektron xidmətləri həyata keçirmişlər;

● Milli Kitabxanada MDB dövlətlərinin və digər xarici ölkələrin milli kitabxana direktorlarının iştirakı ilə “Karantin şəraitində mütaliə: kitabxanalar yeni formatda” mövzusunda Beynəlxalq onlayn forumu keçirilmişdir;
● Milli Kitabxanada “Azərbaycanın Milli Qəhrəmanları” adlı elektron məlumat bazası hazırlanmış və istifadəçilərin ixtiyarına verilmişdir;
● Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir;
● Milli Kitabxanada “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycest və elektron məlumat bazası hazırlanıb təqdim edilmişdir;
● Milli Kitabxananın iştirakı ilə kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığının inkişafına həsr edilən onlayn mətbuat konfransının keçirilmişdir;
● Milli Kitabxanada “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi hazırlanmışdır.
● Milli Kitabxana əməkdaşları Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfransda iştirak etmişlər;
● Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyasının XXIV ümumi onlayn iclasında çıxış etmişdir;
● Azərbaycan Milli Kitabxanasının “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi” mövzusunda onlayn videokonfransda iştirak etmişdir;
● Milli Kitabxana Milli Musiqi Günü ərəfəsində “Musiqi kitabxanası” layihəsini virtual rejimdə təqdim etmişdir;
● Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihə çərçivəsində nəşr etdiyi Azərbaycan bəstəkarlarının not məcmuələrinin onlayn “Musiqi kitabxanası”nı təqdim etmişdir;
● Azərbaycan Milli Kitabxanası ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna kitabxananın əməkdaşlarının könüllü iştirakı ilə 41459 manat vəsait köçürmüşdür;
● Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə ilk dəfə olaraq “Milli Mədəni Sərvətlərimizin Vətənimizə Qayıdışı” layihəsi çərçivəsində Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin 20 yaşında yazdığı ilk “Ədəbiyyatda romantizm" adlı əsəri Moskva arxivindən əldə olunaraq Azərbaycan Milli Kitabxanasına gətirilmişdir;
● Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev guşəsi”nin açılış mərasimi keçirilmişdir.

2021

● Azərbaycan Milli Kitabxanası ilə İran Milli Kitabxana və Arxivi arasında memorandum imzalanmışdır;

● Azərbaycan Milli Kitabxanası İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin V virtual beynəlxalq toplantıda təmsil olunmuşdur;
● Brüsseldə Avropa Milli Kitabxanaları Konfransının illik iclası Milli Kitabxanasının direktoru Kərim Tahirov iştirak etmişdir;
● Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə keçirdiyi “Qarabağa kitabla gedək“ kitab toplama aksiyası ilə əlaqədar Xalq yazıçısı Elçin azad olunan bölgələrdəki kitabxanaların fondu üçün şəxsi kolleksiyasından 500-ə qədər nəşr hədiyyə etmişdir;
● Avropa Milli Kitabxanalarının mədəni proqramlaşdırma mövzusunda keçirdiyi vebinarda Milli Kitabxananın direktor müavini Ədibə İsmayılov iştirak etmişdir.
● Milli Kitabxana “Kitabxanalar birliyi: Uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri” adlı beynəlxalq forumda milli kitabxanaların ötənilki fəaliyyəti, pandemiya dövründə həyata keçirilən ən yaxşı layihələri və digər məsələlərin müzakirəsində iştirak etmişdir;
● Milli Kitabxana vəTürkiyənin azma Əsərlər Qurumu arasında memorandum imzalanmışdır;
● Milli Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının və “Sözləri Nizaminindir" adlı CD disk albomunun təqdimatını keçirmişdir;
● Milli Kitabxanada “Laçın işğaldan azad edildi!” adlı virtual sərgi açılmışdır;
● Milli Kitabxanada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “Müasirdövrdə Nizami mədəni irsinin təfsiri” kitabının təqdimatı keçirilmişdir;
● Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası və Gürcüstan-Milli Parlament Kitabxanası rəhbərlərinin iştirakı ilə bu ölkələrə dair daimi guşələrin açılışı olmuşdur;
● Milli Kitabxanada “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilmişdir;
● Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi, M.İ.Rudomino adına Ümumrusiya Dövlət  Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə kitabxanada “Literaturnaya qostinaya: sovremennaya rossiyskaya literatura dlya detey i podrostkov” mövzusunda telekörpü keçirilmişdir;
● YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkil etdiyi “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” adlı tədbir keçirilmişdir.
● Milli Kitabxanada “Nizami əlyazmaları dünya kitabxanalarında” mövzusunda videokonfrans keirilmişdir;
● Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi layihə əsasında Mili Kitabxanada “Nizami Gəncəvi” biblioqrafiyasının və “Sözləri Nizaminindir” CD-albomun təqdimat mərasimi keçirimişdir;
● Milli Kitabxanada professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda konfrans keçirilmişdir;
● Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Noyabr Zəfər Günü”adlı metodik vəsait hazırlanmışdır;
● Milli Kitabxananın direktoru professor Kərim Tahirovun “Kitabxanalar birliyi: uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri” adlı beynəlxalq onlayn forumda çıxış etmişdir;
● Milli Kitabxana ilə Bolqarıstan Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universiteti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanmışdır;
● Mədəniyyət Nazirliyi, Xatirə Kitabı Redaksiyası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabı çap olunmuşdur.

2022

● Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Kərim Tahirovun Ulu öndər Heydər Əliyevin yubileyinə həsr etdiyi “Heydər Əliyev və Milli Kitabxana – 100” adlı kitabı “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Kitabda Ulu öndər Heydər Əliyevin 1995-1997-ci illərdə M. F. Axundov adına Milli Kitabxanaya etdiyi dörd səfərindən və bu səfərlər zamanı kitab, kitabxana, mütaliə haqqında söylədiyi dahiyanə fikirlərdən, kitaba və kitabxanaçı əməyinə verdiyi yüksək dəyərdən geniş bəhs olunur;

● Milli Kitabxanada Şuşanın 270 illiyi münasibətilə “Şuşa tarixi mənbələrdə: Biblioqrafiya” kitabı tərib edilmişdir;
● Milli Kitabxanada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Fikrət Əmirov. Biblioqrafiya” kitabının və “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsinin təqdimat mərasimi keçirilmişdir;
● Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərsimi keçirilmişdir;
● Belarusun paytaxtı Minskdə Belarus Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Kitabxana bir mədəniyyət fenomeni kimi” adlı IX Beynəlxalq Konqresdə “Kitabxanaların rəqəmsal transformasiyası: davamlılıq və inkişaf vektoru” mövzulu icasında Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Kitabxanaların milli və dünya mədəni irsinin qorunmasında rolu” mövzusunda məruzə ilə çıxış etmişdir;
● İstanbulda “Kitabxanalar həyatla doludur” mövzusunda 58-ci “Beynəlxalq kitabxana həftəsi”ndə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Milli Kitabxanalar cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimi” mövzusunda çıxış etmişdir;
● Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından növbəti nəşri- “Xan Şuşinski. Biblioqrafiya”sı çapdan çıxmışdır;
● Latviyada Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovanın “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun ümumbəşəri dəyərlərin təşviq edilməsinə təsiri” mövzusunda beynəxalq simpoziumunda iştirak etmişdir;
● Dünya şöhrətli alim, qeyrisəlis məntiq nəzəriyyəsinin banisi, professor LütfiZadənin 100 illiyi ilə əlaqıdar Milli Kitabxana əməkdaşları tərəfindən "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Lütfi Zadə" biblioqrafiyasını nəşr edilmişdir;
● Milli Kitabxana Qırğızıstanın Karakol şəhərində MDB kitabxanaçılarının beynəlxalq konfransında təmsil olunmuşdur;
● Milli kitabxanada Mədəniyyət Nazirliyi sistemindəki kitabxanalara işə qəbul üzrə test imtahanı keçirilmişdir;
● Milli Kitabxanada “Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatina” not məcmuəsinin təqdimat mərasimi keçirilmişdir;
● Milli Kitabxanada Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) işçiləri ilə "Elektron informasiya resurslarının yaradılması: mövcud vəziyyət və problemlərin həlli yolları" mövzusunda virtual görüş təşkil edilmişdir;
● Milli Kitabxanada Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda tədbir keçirilmişdir;
● Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Xurşidbanu Natəvan” biblioqrafiya kitabının və“Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir;
● Kitabxananın “İstifadəçilərə xdmət şöbəsi”nin nəzdində “Uşaq bölməsi və uşaq istirahət guşəsi” istifadəyə verlmişdir.

2023

● 24 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“ Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır;

● 30 martda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Səbail Rayon İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydə Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda Elmi konfrans keçirilmişdir;
● 20 apreldəAzərbaycan Milli Kitabxanası ilə Uzaq Şərq Dövlət Elmi Kitabxanası arasında “Гейдар Алиев – взгляд из России” (“Heydər Əliyev – Rusiyadan baxış”) kitabının təqdimat mərasimi ilə əlaqədar onlayn görüş keçirilmişdir;
● May ayının 4-də Heydər Əliyev MərkəzindəMilli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Kərim Tahirovun Ulu öndər Heydər Əliyevin yubileyinə həsr etdiyi “Heydər Əliyev və Milli Kitabxana – 100” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
● Mayın 10–da Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2023 – Heydər Əliyev İli” adlı ənənəvi kitab sərgisi açılışı olmuşdur;
● Azərbaycan Milli Kitabxanası tərəfindən respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün tərtib etdiyi "Heydər Əliyev İli" və kitabxanalar” adlı metodik tövsiyələri çapdan çıxmışdır;
● AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir;
● Milli Kitabxanada Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş tədbir və Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilən Anarın “Söz dünyası” çoxcildliyinin təqdimatı keçirilmişdir;
● Milli Kitabxanada Xalq yazıçısı Elçinin 80 illiyi münasibətilə "Bu həmin Elçindir" adlı metodik vəsait hazırlanmış və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Milli Kitabxananın təşkilatçılığı ilə "İki əsrin görkəmli sənətkarı" mövzusunda tədbir keçirilmişdir;
● Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində “Hüseyn Cavid” biblioqrafiyası hazırlanmışdır;
● Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Kitabxanalarda avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi ilə əlaqədar Milli Kitabxanada MKS-lər üçün treninqlər təşkil edilmişdir;
● Milli Kitabxana ilə Latviya Milli Kitabxanası arasında “EU4 Dialoq” layihəsi çərçivəsində onlayn görüş keçirilmişdir;
-Milli Kitabxanada "Ümummilli lider Heydər Əliyev - 100" adlı sərgi hazırlanmışdır;
● “Əhməd Cavad. Biblioqrafiya” və “Əhməd Cavaddan seçmə şeirlər” kitablarının təqdimat mərasimi keçirilmişdir;
-Nizami Gəncəvinin qəzəllərinin ilk əlyazması hesab edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) elektron (digital) variantı Milli Kitabxana tərəfindən əldə olunmuşdur. Həmin elektronn variantın və əlyazmanın kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab edilən Nizaminin “Xosrov və Şirin” poemasının və digər əsərlərinin əlyazmalarının (cəmi 156 əlyazma) təqdimatın keçirilmişdir.
● 1-3 sentyabrda Gülüstan Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunun “Dəyərlər və etik dsvranış kodeksləri: kitabın fərdi və sosial həyatfa əhəmiyyəti və funksiyaları” mövzulu V panelində “Vətəndaşların ədəbi, eimi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr” mövzusunda Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Kərim Tahirov çıxış etmişdir.

<<  Geri