Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq “2016-cı ilin Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı ilin 11 yanvar tarixli
1673 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
-
“2016-cı
ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”
elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin
(əlavə olunur).
-
Bu Sərəncamın 1-ci hissəsində
nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində
əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi müəyyən edilsin.
-
Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. “2016-cı
ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”
elan edilməsinə dair Tədbirlər Planı”nda nəzərdə
tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;
3.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 mart 2016-cı il.
|