Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
-
Azərbaycanda dini
mədəniyyətin, tolerantlığın, dinlərarası və
mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan “Dini
Mədəniyyətin İnkişafı” fonduna 3,0 (üç) milyon manat
ayrılsın.
-
Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan
məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2014-cü il.
15 may 2014, 18:35
|