“...NƏRİMAN OLDUQCA HƏSSAS BİR ŞAİRDİR. O BİR QARTALIN UÇUŞUNDA, BİR LALƏNİN DURUŞUNDA, BİR KÖRPƏNİN BAXIŞINDA BÜTÜN KAİNATI, İCTİMAİ ALƏMİ VƏ MƏNA DOLU HƏYATIMIZI GÖRMƏK İSTƏYİR.”

MİR CƏLAL PAŞAYEV

Xalq yazıçısı

 

 

“...NƏRİMAN HƏSƏNZADƏ DÜNYADA GÖZƏLLİK, NƏCİBLİK, ZƏRİFLİK AXTARIR VƏ BUNLARI BƏZƏN OLMAYAN YERDƏ DƏ GÖRÜR, ÇÜNKİ GÖZƏLLİK VƏ ZƏRİFLİK BU ŞAİRİN SƏNƏT İDEALIDIR. O, YALNIZ BU İDEYA EŞQİNƏ YAZIB-YARADIR. BAX BUDUR ONUN NƏĞMƏLƏRİNİN BAŞ MOTİVİ.”

BƏXTİYAR VAHABZADƏ

Xalq şairi

 

 

“BÜTÜN MÜRACİƏTLƏRƏ MÜSBƏT CAVAB VERMƏK, ÇOX MÜŞKÜL MƏSƏLƏDİR. MÜTLƏQ KİMSƏ NARAZI QALACAQ. ANCAQ ÜÇ-DÖRD ADAM TANIYIRAM Kİ, BU MƏSƏLƏDƏ İSTİSNADIR. ONLARDAN BİRİ DƏ NƏRİMAN HƏSƏNZADƏDİR. ELƏ BİR ADAM TAPMAZSAN Kİ, NƏRİMAN MÜƏLLİM ONU NAÜMİD GERİ QAYTARSIN.”

ÇİNGİZ ABDULLAYEV

Xalq yazıçısı

 

 

“NƏRİMAN HƏSƏNZADƏ HAQQINDA DANIŞMAQ ÜMUMƏN MÜASİR AZƏRBAYCAN POEZİYASI HAQQINDA DANIŞMAQ DEMƏKDİR. ŞAİRLİK NƏRİMAN HƏSƏNZADƏNİN STİXİYASIDIR- O, TƏKCƏ ŞEİRİNDƏ, NƏSRİNDƏ, DRAMATURGİYASINDA, PUBLİSİSTİKASINDA DEYİL, ADİ MƏİŞƏTDƏ DƏ ŞAİRDİR, YAZANDA DA, YAZMAYANDA DA ŞAİRDİR...”                                                                           

       NİZAMİ CƏFƏROV

Əməkdar elm xadimi, professor

 

 

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA SAF, XALİS LİRİKANIN YARADICILARI SIRASINDA NƏRİMAN HƏSƏNZADƏNİN XÜSUSİ YERİ VARDIR. ŞEİRLƏRİ TƏPƏDƏN DIRNAĞA QƏDƏR LİRİZM HADİSƏSİDİR. HƏTTA NƏRİMAN HƏSƏNZADƏNİN DANIŞIQ TƏRZİNDƏ DƏ LİRİK BİR HƏZİNLİK QABARIQ MÜŞAHİDƏ OLUNUR.

İSA HƏBİBBƏYLİ

Əməkdar elm xadimi, professor

 

 

ƏZİZ DOSTUMUN LİRİK DÜNYASI, TƏFƏKKÜR ASİMANI ÜMMANDIR VƏ HEÇ VAXT TÜKƏNƏN DEYİL.

...

SADƏCƏ ŞAİR DOSTUMA DEYİRƏM: NƏRİMAN MÜƏLLİM, 80-90 NƏDİR Kİ... SƏNİN BƏŞƏRİ POEZİYAN MİN İLLƏR BOYU AZƏRBAYCAN POEZİYA KƏHKƏŞANINDA ƏN PARLAQ ULDUZLARDAN BİRİ OLACAQ.

MUSA QULUZADƏ

nasir, dramaturq

 

 

UZUN MÜDDƏTLİ MÜALİCƏDƏN SONRA BAKIYA QAYIDAN GÜNÜ MƏNİ AEROPORTDAN EVƏ APARAN AVTOMOBİLİN RADİOSU İLƏ ŞAİR NƏRİMAN HƏSƏNZADƏNİN SÖZLƏRİNƏ YAZILMIŞ “MƏNİM DÜNYAM” MAHNISI SƏSLƏNİRDİ. MAHNI MƏNİ BƏRK KÖVRƏLTDİ. HEÇ VAXT BELƏ OLMAMIŞDIM. SANKİ DÜNYAYA İKİNCİ DƏFƏ GƏLMİŞDİM.

...NƏRİMAN İSTEDADLI ŞAİRDİR. ONUN YARADICILIĞI TƏRİFƏ LAYİQDİR.

MƏMMƏD ARAZ

Xalq şairi

 

 

MÖVZU MÜXTƏLİFLİYİ, İNSAN ARZULARININ, CƏMİYYƏT HƏYATININ VƏ ZƏMANƏNİN ÇOXCƏHƏTLİ, ZƏNGİN BOYALARLA İŞLƏNMƏSİ HƏR BİR POETİK ƏSƏRİN MƏZİYYƏTİDİR. NƏRİMAN HƏSƏNZADƏNİN POEZİYASI BU CƏHƏTDƏN DƏ OXUCUDA DƏRİN MARAQ OYADAN POEZİYADIR. İDEALA, GÖZƏLLİYƏ, MƏNƏVİ SAFLIĞA SADİQ OLAN İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ HİSSLƏRİNİ ŞEİRLƏRİNİN CANINA, RUHUNA HOPDURAN BU ŞAİR DAİMA AXTARIŞDADIR, ONUN POETİK FİKRİ YORULMAQ BİLMİR, OXUCUYA ARASIKƏSİLMƏDƏN YENİ ƏSƏRLƏR TƏQDİM EDİR.

MİRZƏ İBRAHİMOV

Xalq yazıçısı

 

 

NƏRİMAN HƏSƏNZADƏ FİKİR VƏ MƏNA ŞAİRİDİR... HƏYATDA SON DƏRƏCƏ ZƏRİF, İNCƏ, HƏSSAS VƏ BƏZƏN HƏDDİNDƏN ARTIQ HƏLİM, YUMŞAQ TANIDIĞIMIZ NƏRİMAN HƏSƏNZADƏ BƏDİİ YARADICILIQ ALƏMİNDƏ KOMPROMİS TANIMIR. O, SON DƏRƏCƏ MƏRD VƏ PRİNSİPİALDI...

XƏLİL RZA ULUTÜRK

Xalq şairi

 

 

 

Ana səhifə