Mən millətimi sevirəm, çünki anamı sevirəm!
Mən insanın insan tərəfindən istismarına
əleyhinəyəm!
Bir millət özünü tanımayınca, hüququnu düşünməz.
Tanımaq üçün də milli dil, milli məktəb, milli
mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da
meydana gəlməsi və tərəqqisi bizim üçün
hürriyyətə bağlıdır.
Inqilabdan ancaq o adam xeyir götürəcəkdir ki,
onda səbir olsun, sizə vəsiyyət edirəm.
Qoca Şərqin bir nicat yolu varsa, o da
üsul-idarəsinin dəyişilməsindədir.
Məmləkətin bir oğlu hamı üçün, hamısı bir oğul
üçün işləməli və yaşamalı.
İnsan həmişə şirin şey yesə, haman şirinin
ləzzətini bilməz, lakin bir acı dərmandan sonra
şərbət içsə, dodaqlarını da dili ilə
yalayacaqdır...
Tatar millətini bilmək üçün tatarlar arasında
yaşamaq gərəkdir, bunlara yavuq gediniz;
ruhlarını oxuyub anlayınız, düşününüz, tarixi
nəğmələrini eşidiniz; o vaxt tatar nə gözəl bir
millət olduğunu hiss edərsiniz!
Mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı
təsir göstərə bilər ki, o müzakirəyə qoyulan və
bütün cəmiyyətə aid olan məsələyə tamamilə
qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən
fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun.
Komediya çıxartmaqdan əsl məqsəd tərbiyədir.
Insan çox vaxt öz zindəganlığında özünün və ya
qeyri-şəxsin qüsuratını görmür və yainki hiss
etmir. Amma komediya çıxardanda bunların
hamısını görüb yaxşını yamandan seçir və mümkün
olan qədər çalışır ki, yaman sifətləri özündən
rədd etsin.
Heç bir millət qılınc və tüfəng iləqabağa
getməyibdir. Hansı millət ki, qabağa gedib
tərəqqi edibdir ancaq elmin gücünə xoşbəxt
olubdur. Amma o millət ki, ümidini qılınca
bağlayıb, həmişə zəlalətdə bulunubdur. Hənuz
zəlalətdə qalmış millətlərdən biri dəbizim
müsəlman millətidir.
İnsan tərəqqi üçündür. Bu gün dünyaya gəlib
gedən sonradan yeni dünyaya gələnə bir yol
"gərəkdir" göstərsin, tainki yeni dünyaya
gələnlər bunları insan görüb daha ziyadə tərəqqi
edələr, tərəqqi yolunu "sirati-müstəqimi"
qayadan-daşdan, tikandan, quyudan, uçurumdan
təmizləyib insan üçün ümumi bir nöqtəyə, bir
kəbeyi-amala yeriş etməyi daha ziyadə asan
edələr...
Hər millət üçün tərəqqi qapısı məktəbdir və hər
məktəbin tərəqqi tapmağı milli müəllimlərə
bağlıdır.
Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun
ruhani rabitəsi olsun, vətənilə bir yerdə
ağlasın, bir yerdə gülsün. Ona binaən lazımdır
Şərqdə bu şüarı buraxmaq: hər kim xüsusi özü
üçün yox, ancaq vətən, məmləkət üçün işləyirsə,
onun haqqı var seçsin və seçilsin.
Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu
pul ilə almaq, pııla satmaq olmaz, Bu hiss
şan-şövkətdən, tac və taxtdan əl çəkdirər.Bıı
hiss padşahı gədadan ayırmaz, Həqiqəti təmiz
məhəbbət məzhəb, din bilməz və çirkin fıkirlər
bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra
ölmək ancaq həqiqi, təmiz məhəbbətin
nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz
məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir.[18]