E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


1870

Tiflis şəhərində anadan olmuşdur.

1890

Qori müəllimlər seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd ibtidai məktəbində bir rus dili müəllimi kimi öz pedaqoji fəaliyyətinə başlamışdır.

1894

"Nadanlıq" əsərini yazmışdır.

1895

"Dilin bəlası" yaxud "Şamdan bəy"" əsərini yazmışdır.

1899-1908

"Bahadır və Sona" əsərini yazmışdır.

1899

"Nadir şah" əsərini yazmışdır.

1902

Odessadakı Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə qəbul olmuşdur.

1905

Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirmişdir.

1908

Odessadakı Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirmişdir.

1909

Həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

"Xolera-Vəba" əsərini yazmışdır.

1909-1918

 

Həştərxanda və Bakıda “Xolera-vəba”, “Şaxotka-vərəm”, “Traxom”, “Qadınlar aləmi”, “Tibb və İslam”, “Əyyaşlıq” və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirmişdir.

1910

"Xolera-Vəba" əsərini yazmışdır.

“Tibb və İslam” əsərini yazmışdır.

Həştərxanda sürgündə olarkən ictimai-siyasi fəaliyyətlə yanaşı həkimliklə də məşğul olmuşdur.

"Çaxotka-Vərəm" əsərini yazmışdır.

"Ailəmi-nisvan" əsərini yazmışdır.

"Tif və Dizenteriya", Vərəm", Traxom", Həmli arvat"əsərlərini yazmışdır.

1913

Bakıya qayıdandan sonra fəhlələr arasında təbliğatla məşğul olmuşdur.

1913

"Pir" əsərini yazmışdır.

1914

Bakının Qara şəhər rayonu müalicəxanasında pulsuz işləmiş, neft mədənlərində işləyən xəstə fəhlələri və xəstəxanaya yaxın kəndlərin camaatını müalicə etmişdir.

1915

"Bir kəndin sərgüzəşti" yaxud "Əmi" əsərini yazmışdır.

1917

"Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru olmuşdur.

1918

Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunmuşdur.

İyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilmiş, sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışmışdır.

1919

Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilmişdir.

1920  
 

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutmuşdur.

1922

SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilmişdir.

1925

N. Nərimanov müəmmalı şəkildə vəfat etmiş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

1957

Bakının Keşlə rayonunun adı dəyişdirilərək Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır.

Azərbaycan Respublikası Ali Sovetinin fərmanına əsasən Azərbaycan Tibb İnstitutuna adı verilmişdir.

1967
6 noyabr

Bakı Metropoliteninin Qırmızı xəttinin stansiyası "Nəriman Nərimanov" metrostansiyasının açılışı olmuşdur.

1972

Yasamal rayonunda heykəlinin açılışı olmuşdur.

1974

Anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.

1977

1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə xatirə muzeyi açılmışdır.

1990

Anadan olmasının 120 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.

M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının hazırladığı "Nəriman Nərimanov: Anadan olmasının 120 illiyi münasibətilə"  metodik tövsiyələr kitabı nəşr olunmuşdur.

1992

"Ucqarlarda inqilabımızın tarixinə dair" kitabı nəşr edilmişdir.

2002

"Məktublar və Qarabağ məsələsinə dair sənədlər" kitabı nəşr edilmişdir.

2004

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Seçilmiş əsərləri” latın qrafikası ilə nəşr edilmişdir.

2010

Anadan olmasının 140 illiyik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.

2016

"Məktublar və Qarabağ məsələsinə dair sənədlər" əsəri təkrar nəşr edilmişdir.

2020
14 fevral

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalamışdır.

2020

Milli Kitabxananın hazırladığı “Nəriman Nərimanov - 150” adlı ilk metodik virtual tövsiyyə respublika kitabxanaçılarına onlayn təqdim olunmuşdur.

2020

Milli Kitabxananın hazırladığı “İctimai-siyasi xadim, yazıçı, pulisist Nəriman Nərimanov - 150” adlı elektron məlumat bazası istifadəçilərə virtual rejimdə təqdim olunmuşdur.

 

<< Geri