Nəriman
Nərimanov metrostansiyası — Bakı Metropoliteninin
Qırmızı xəttinin stansiyası. Bu stansiyadan qatarlar
30-45 dəqiqədən bir depoya gedir. "Bakmil", "Gənclik" və
"Ulduz" stansiyaları arasında yerləşir.
6
noyabr 1967-ci ildə istismara verilmişdir.
1970-ci
ilə qədər "Nəriman Nərimanov" stansiyası qırmızı xəttin
axırıncı stansiyası idi.
Stansiya Nəriman Nərimanovun adını daşıyır.
"Nəriman Nərimanov" stansiyası Təbriz və Ağa Nemətulla
küçələrinin kəsişməsində yerləşir.
28
oktyabr 1995-ci il Bakı metropoliteninin “Ulduz”
stansiyasından “Nərimanov” stansiyası istiqamətində
hərəkət edən qatarda yanğın baş verib. Bu hadısə tarixin
ən böyük metro qəzası sayılır.
Stansiyaya daxil olan qatarlarda Arif Məlikov
bəstələdiyi "Güllərim" mahnısından fraqment səslənir.
Şəhərə
çıxış:
-
Təbriz küçəsi
-
Əhməd Rəcəbli küçəsi
-
Ağa Nemətulla küçəsi