Tibb sahəsində yüksək ixtisaslı kadrların
hazırlanmasında Azərbaycan Tibb Universitetinin keçdiyi yol
Respublikamızın səhiyyəsinin inkişafında pillələrdən birini
təşkil edir. Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının
hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan
Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb
fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı
Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır.
1930-cu il 19 iyunda Azərbaycan SSR Xalq Komissarları
Sovetinin 287\99 saylı qərarı ilə Bakı Dövlət Universiteti
nin tibb fakültəsi müstəqil, 2 fakültədən ibarət
(müalicə-profilaktika və sanitariya-gigiyena) tibb
institutuna çevrildi.
1957-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali
Sovetinin fərmanına əsasən, instituta tanınmış ictimai xadim,
həkim, yazıçı Nəriman Nərimanovun adı verildi və institutun
bütün sonrakı fəaliyyəti onun adı ilə bağlı oldu.
1991-ci il 4 fevralda Azərbaycan SSR Nazirlər Sovetinin
qərarı ilə Azərbaycan Tibb İnstitutuna Universitet statusu
verilmişdir, o vaxtdan etibarən institut N.Nərimanov adına
Azərbaycan Tibb Universiteti adlanır.