Gərçi bu gün Nəsimiyəm, qureyşiyəm, haşimiyəm,
Məndən uludur ayətim, ayətə, şanə sığmazam!
Bir
ovuc tozdur küləklər qarşısında bu bədən,
Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən.
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək
Aqil insan zər üçün öz ömrünü verməz hədər.
Rəqib məndən sorur: nəndir sənin yar?
Rəfiqimdir, həbibimdir – nəm olsun!
Ey özündən bixəbər, qafil, oyan!
Haqdən olma yadü həm batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!
Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!
Aldanma anın alına, andan həzər еylə!
…Dünya evinin səltənəti beş gün imiş çün,
Bünyadını yıx, ər kimi zirüzəbər eylə!
Dilbəra, mən səndən ayru ömrü, canı neylərəm?
Tacü-taxtü, mülkü, malü, xanımanı neylərəm?
İstərəm vəsli-camalın ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
Allahü əkbər, еy sənəm, hüsnünə hеyran olmuşam,
Qövsü-qüzеhdi qaşların, yayinə qurban olmuşam.
Yüzündürür cənnət gülü, saçın həqiqət sünbülü,
Еşqində mən bülbül kimi, aləmdə dəstan olmuşam.
Kövnü məkandan kеçmişəm, mə’ni şərabın içmişəm,
Canan yüzünü görmüşəm, sər ta qədəm can olmuşam.
Dinləgil bu sözü ki, candır söz,
Aliyi-asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh anla və baq,
Şeylə kim xaliqi-cahandır söz...
Hər kimin kim, zərqi var, iqrarı yox,
Bir ağacdır kim, dikilmiş barı yox.
Hər kişinin sorma əslin, izzətindən bəllidir,
Söhbəti-ürfan görənlər, xidmətindən bəllidir,
Həq-taala elm içində çünki “simahüm” dedi,
Hər kişinin üzünə bax, surətindən bəllidir.
Ol bilir həqqi ki, yalançı deyil.
Hər kim yalan söylər, ol naci deyil.
Həccə doğru varmayan Hacı deyil,
Doğru söz doğrulara acı deyil.
Həqdən enən kəlaməm, yəni ki, lamü beydən,
Elmü-kitabü hərfəm, ayatü bəyyinatam.
...Nəsimiyəm ki, hər şey külli-mühit oldum,
Həm bilənə həll oldum, bilməzə müşkilatam.
Gər dilərsən xaliqi etmək əyan,
Hərfi sözsüz necə eylərsən bəyan?
Hərfdən özgə xaliqə yoxdur nişan,
Gər tapıbsan, gəl, bəyan eylə rəvan.
Şişəmi çün daşa çaldım, həqqi izhar eylədim,
Çeşmi-əhvəl ağrıdan arif bəsərlər ağrımaz.
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz.
Üzünü məndən nihan еtmək dilərsən, еtməgil!
Gözlərim yaşın rəvan еtmək dilərsən, еtməgil!
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi biхaniman еtmək dilərsən, еtməgil!
Hеç kimsə Nəsimi sözünü kəşf еdə bilməz,
Bu, quş dilidir, bunu Sülеyman bilir ancaq.
Düşdü yеnə dəli könül gözlərinin хəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, хəyali nə?
Bivəfa dünyadan usandı könül,
Yox dedi, dünyayı yox sandı könül,
Düşdü eşqin oduna yandı könül,
Vəhdətin qəndabına qandı könül.
Adımı həqdən Nəsimi yazərəm
Bil bu mənidən ki, siməm, ya zərəm.
Həm bütü-uşadıcı, həm Azərəm,
Həm hidayət eylərəm, həm azərəm. |