E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Nəsiminin yubileyini yüksək səviyyədə hazırlamaq və keçirmək bütün ictimaiyyətimizin borcudur. Biz şübhə etmirik ki, bu hadisə Sovet ədəbiyyatlarının əlaqələrinin daha da inkişaf etməsinə, Azərbaycan və qardaş respublikaların yazıçıları arasında yaradıcı əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaqdır.

Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinətanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur.

Heydər Əliyev,

 Azərbaycan xalqının ümummilli lider


İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Böyük şair, filosof və mütəfəkkir Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbay-can ədəbi dilinin əsasını qoyub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini və xeyirxahlığını görmək lazımdır.
Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər – poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, “Qala”, “Atəşgah məbədi” qoruqlarında və əlbəttə, Bakıda keçirilib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstü açılıb. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib. Bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın!

Leyla Əliyeva,
Heydər Əliyev Fondunun vitse-prezidenti


Nəsimi şair və mütəfəkkir kimi öz zamanının ən qabaqcıl, mütərəqqi simalarından idi. Onun zəngin bədii irsi də, mənalə həyatı və faciəli aqibəti də böyük tarixi əhəmiyyətə malikdir. Nəsimi bir insanpərvər kimi, insane dostu kimi əsrlər arxasından irəliyə, gələcəyə baxırdı. Onun gözəl fikirləri, xoş arzuları, böyük sənət əsəri olan şeirləri bu gün daha yüksək qiymətləndirilir. Şair öz həqiqi dostlarını, qədirşünaslarını məhz bu gün, çoxmillətli Sovet ölkəsində tapmışdır.

       İmadəddin Nəsimi Azərbaycan şeirində hürufiliyin ən parlaq nümayəndələrindən biri olmaqla islam dini və feodalizm quruluşu əleyhinə çıxan bu cərəyanın ən müsbət keyfiyyətlərini də özündə cəmləşdirmişdi. Söz yox ki, bir dini-fəlsəfi cərəyan kimi hürufilik Nəsimi yaradıcılığında özünə məxsus ziddiyyətlərlə təzahür edirdi. Lakin tarixilik baxımından yanaşdıqda, mütəfəkkir şairin öz zəmanəsində qabaqcıl mövqedə durduğunu, öz insanpərvərlik vəzifəsini cəsarətlə yerinə yetirdiyini təsdiq etməli oluruq.

       Nəsiminin üstünlüyü orasında idi ki, öz əqidəsində sarsılmaz idi və öz qabaqcıl fikirlərini təbliğ etmək üçün qüdrətli şair qələminə malik idi. O, öz yaradıcılığını dövrün, zamanın ən ən vacib məsələləri ilə, xalq azadlığı, insan səadəti problemi ilə möhkəm bağlaya bilirdi. Xalqa bağlı şair ilə aydın fikirli mütəfəkkir Nəsimidə ecazkar bir şəkildə birləşirdi. 

Məmməd Arif,

akademik


Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldıran, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm edən, böyük Nizaminin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları davam və inkişaf etdirib öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkardır.

Həmid Araslı,

akademik


      Bütün Azərbaycan ədəbiyyatı içərisində tam mənası ilə şöhrətlənib, ad-san qazanan dörd böyük şairimiz vardır ki, onların birisi Seyid İmadəddin Nəsimidir.                                 

Nəsiminin bütün xalq ədəbiyyatına olan təsirindən başqa bir də klassik cığatay, osmanlı və Azərbaycan ədəbiyyatına böyük xidməti və təsiri olmuşdur. Hürufiliyə gəldikdə, biz bunu çox müxtəsər və çox aydın söyləməliyik. Bütün hürufi məsləkində olanlar (allahın Şah Fəzlullah Hürufi şəklində təcəlli etdiyinə inanaraq qayil olan insanlardır) və bu etiqadda bulunanlara hürufiməslək deyirlər.

Salman Mümtaz,

ədəbiyyatşünas, alim


 İmadəddin Nəsimi Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi böyük şairlərdən biridir. O, son dərəcə nadir istedad və original sənətkar idi. Dünya ədəbiyyatının ölməz klassikləri içərisində onun heykəli elələri ilə yanaşı durur ki, onların həyatı və yaradıcılığı mütərəqqi siyasi ideallarla estetik təfəkkürün vəhdətini təşkil edir. Bədii söz Nəsiminin əlində inam və əqidələri yolunda mübarizə silahı idi. O, qayəsiz, fikirsiz, idealsız bir şeir yazmamışdır.

       Nəsimi doğma Azərbaycan dilində böyük sənət yaratmış ilk böyük şairdir. O, on dördüncü əsrdə dərin fəlsəfi fikirləri, incə lirik duyğuları, insan ürəyinin, insan ehtiraslarının ən incə hərəkətini dəqiq və gözəl ifadə edən Azərbaycan şeir dilini yaratmışdır. Lakin havadan yox, xalq dilinə əsaslanaraq! Nəsiminin şeirlərində Azərbaycan xalq məsəlləri, xalq ifadələri, xalq dilinin sadə və mənalı tərkibləri olduqca çoxdur.

Mirzə İbrahimov,

Xalq yazıçısı


 Böyük şair-filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam vəişıqlı ideal sahibiolub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq”ini yalnız poeziyasının qüdrəti ilədeyil, şəxsi dönməzliyi, fədakarlığı iləəfsanələrəçevrilmiş mərdanəvəamansız ölümüylətəbliğ vətəsdiq etdi.

Qabil,

Xalq şairi


İmadəddin Nəsiminin yaşayıb yaratdığı dövrdən bizi ayıran altı əsr bu nəhəngin poeziyası üzərindən qələm çəkə bilməmişdir. Yaradıcılığı dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş böyük Azərbaycan şairinin adı bu gün də göy qübbəsində ən böyük ulduzlardan biri kimi parlayır və öz şəfəqləri ilə üstümüzə işıq salır.

Babacan Qafurov,

akademik


Nəsiminin şöhrətindən yalnız hurifilər deyil, başqa şairlər, hətta xəttatlar da istifadəedirdilər.

Cahangir Qəhrəmanov,

Akademik


 Böyük Azərbaycan şairi, Yaxın Şərq poeziyasının klassiki İmadəddin Nəsiminin anadan olmasının altı yüz illiyi Şərq və Qərb xalqlarının mədəni həyatında diqqətəlayiq hadisədir. Bu gün qədirbilən nəsillər doğma poeziyanın fəxri olan, nəcib təsiri vətənindən uzaqlara yayılmış, adı ölməz adlar sırasında çəkilən, bir çox xalq tərəfindən öyrənilən və qiymətləndirilən böyük sənətkarlarını daha tez-tez yad edirlər.

Nikolay Tixonov,

rus yazıçısı


 Nəsimi Azərbaycan poeziyasının klassikidir. Lakin Nizami və Füzuli, Vaqif və Axundov, Sabir və Səməd Vurğun kimi o da Gürcüstan şairi sayılır, çünki qonşularımız və qardaşlarımız olan azərbaycanlılar Rustavelini, Pşavelanı, Çavçavadzeni öz doğma oğulları hesab edirlər.

Qriqori Abaşidze,

gürcü şair və yazıçısı


 Nəsiminin doğma ədəbiyyat qarşısında başlıca tarixi xidməti yazılı ədəbiyyata Azərbaycan dilini gətirməsidir. Şərq poeziyasının ərəb və fars dillərində yazıldığı bir dövrdə onun doğma dildə yazılmış gözəl “Divanı” parlaq şəkildə sübut etdi ki, Azərbaycan dilində də gözəl nəzm əsərləri yaratmaq mümkündür.

Sergey Vasilyev,

Rus şair


Cordano Bruno Qərb dünyasının Nəsimisi sayılmaqla fəxr edə bilər... Dahi Nəsimi şahlar, soltanlar, xaqanlar dövründə, cəhalət zülmətində, ictimai ədalətsizlik hökm sürən bir zamanda Ghjmetey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım təki şəfəq saçmışdır. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb, nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaq. Nəsiminin dərin mənalı, diqqətəşayan sözlərini oxuduqda heyrətlənməmək, qürur, fərəh duymamaq olmur.

Cozef Nort,

ABŞ-ın görkəmli jurnalisti və publisisti


       Nəsimi yaradıcılığı klassik Azərbaycan şeirinin bədii fikrinin tarixində ən əhəmiyyətli bir yer tutur. İlk dəfə ana dilində fəlsəfi şeirlər yazan şair yüksək təfəkkürü və zəkası ilə zirvələrə yüksəlmişdir.

Aypara Ramiz qızı

filologiya elmləri namizədi, şairə


       Böyük şair səmimi bir vəcdi-sufiyanə ilə farsi və bilxassə türkcə şeirlər yazmış, hürufiliyin inkişafı tarixində böyük bir rol oynayaraq Anadoluda da doqquzuncu əsrdən etibarən Rəfii kimi mühüm şagirdlər yetişdirmişdir... Bu ilahi sənətkar ləhceyi-nəzmi etibarilə tamamən Azəri dairəsinə mənsub olduğu halda, osmanlı ədəbiyyatı üzərində də pək dərin izlər buraxdı. Füzuli də daxil olmaq üzrə bütün azəri şagirdləri iki əsr onu kəndilərinə müqtəda bildilər...

Məmmədfuad Köprülüzadə

ədəbiyyatşünas, türkoloq


       Azərbaycan ictimai-fəlsəfi fikir tarixində özünəməxsus xidmətləri olan İmadəddin Nəsimi həm də gözəllik və məhəbbət nəğməkarı, söz ustasıdır. Nəsiminin dövrümüzə qədər gəlib çatmış irsi əgər bir tərəfdən, mütəfəkkir şairin fəlsəfi görüşlərinin, dünyaya hürufi baxışının təzahürüdürsə, digər tərəfdən, məharətli bir sənət bahadırının ədəbiyyat-şeir xəzinəsinə əbədi qiymətli yadigarıdır.

Azadə Rüstəmova,

Əməkdar elm xadimi


       Orta əsr Yaxın və Orta Şərqdə fəlsəfi fikrin inkişafında Nəsiminin rolu ondan ibarətdir ki, şair XIV əsrin sonlarında Azərbaycanda meydana gəlmiş və Şərq ölkələrinin çoxlarında yayılmış hürufiliyin əsas müddəalarını öz poetik əsərlərində açıq-saçıq şəkildə təsvir və şərh etmişdir. Bununla əlaqədar olaraq Nəsimi eyni zamanda Azərbaycan dilində fəlsəfi poeziyanın banisi hesab edilir.

Vaqif Aslanov,

 professor


       Nəsimi məzhəb, təriqət xadimləri tərəfindən xalqların bir-birinin canına salındığı, məzhəb təəssüb müharibələrinin alovlandığı bir dövrdə insanlıq, insan azadlığı və səadəti haqqında nəğmələr qoşur, bu nəğmələrdə əsil azadlığa həsrət və məhəbbət ifadə edirdi.

Qasım Cahani,

 professor


       Böyük sənətkar, mütəfəkkir və fədakar şair Nəsiminin söz sərvəti Azərbaycan xalqının mədəniyyət tarixini ziynətləndirən solmaz və zəngin xəzinədir. Zaman keçəcək, insanlar gəlib gedəcək, bu xəzinənin rövnəqi solmayacaqdır. Gələcək nəsillər bu zəngin xəzinədən yenə faydalanacaq və onu ədəbi olaraq yaşadacaqdır.

Şamil Cəmşidov,

filologiya elmləri doktoru      


       Elm Darvinin şəxsində insanının meymun mənşəyini, ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi..

Yaşar Qarayev,

filol. e. d-ru, prof., Əməkdar elm xadimi


Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-Allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər.

Zümrüd Quluzadə,

Əməkdar elm xadimi


Nəsimi dövrünün çox savadlı vədərin məlumatlı adamı olmuşdur. Onun dünya görüşü şeirlərindəgizli vəaçıq şəkildəöz əksini tapmışdır. Şair zəngin ədəbi vəfəlsəfi irs qoyub getmişdir.

 

          L.Hüseynzadə,

Filoloji elmlər namizədi


 Nəsimi dərin məntiqi vəfəlsəfi baxışları, mübariz poeziyası iləbütün oxucu vətədqiqatçıları heyran edir.

Tağı Musəvi,

Tarix elmləri namizədi

 


 Nəsimi Şərqin ulu şairi, böyük fikir adamı olmuşdur.

Məmməd Aslan,

Şair


Nəsimi şeir dünyasının incilərindəndir. Nəsimi yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixindəyeni dövr açmışdır.

 

Səadət Şıxıyeva,

Filologiya üzrə fəlsəfə doktoru


Nəsimi öz mərdanə ölümü ilədüşmənlərini belətəəccübləndirmiş, insanların qəlbindəəsrlərləyaşamasına zəmin yaratmışdır.

 

Əliyar Səfərli,

Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü


       Nəsimi şeirlərinin əsas hissəsini dünyəvi məhəbbət təşkil edir. Şairin, hətta dünyəvi ruhlu şeirləri onun mistik fəlsəfi şeirlərini belə kölgədə qoyur. Nəsiminin yaratdığı insan sürəti təbiətin bəxş etdiyi hər cür gözəlliklərdən üstündür.

 

V.Feyzullayev

<< Geri